Category Archives: şəhidlər

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: NİCAT MƏMMƏDOV

Стандартный

Nicat Şamxal oğlu Məmmədov (18 may 1993; HoradizAzərbaycan – 21 oktyabr 2020; Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Nicat Məmmədov 1993-cü il mayın 18-i Horadiz şəhərində anadan olub.

Əsgər Nicat Məmmədov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı həlak olub.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ƏHLİMAN MEHDİYEV

Стандартный

Əhliman Rəhman oğlu Mehdiyev (17 may 2002Məzrəliİmişli rayonuAzərbaycan — 2 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Əhliman Mehdiyev 17 may 2002-ci ildə İmişli rayonunun Məzrəli kəndində Rəhman Mehdiyevin ailəsində anadan olmuşdur.  2008-2019-cu illərdə İmişli rayon Məzrəli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

Əhliman Mehdiyev 2020-ci ilin iyul ayında hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, «N» saylı hərbi hissədə xidmət edirdi. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Koroğlu yüksəkliyi və Ömər aşırımı istiqamətində gedən döyüşlərdə 2 dəfə yaralansa da, döyüş gedən ərazini tərk etməmişdir. Əhliman Mehdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində  həlak olmuşdur. Doğulduğu İmişli rayonunun Məzrəli kəndində dəfn edilmişdir.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ANAR ƏLİYEV

Стандартный

Anar Talıb oğlu Əliyev (16 may 1991Oğuz rayonu – 26 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Anar Əliyev 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 1998–2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur. Ailəli idi, 1 oğlan övladı yadigar qaldı.

Anar Əliyev 2009–2011-ci illərdə  müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində iştirak edib və oktyabrın 26-da Füzuli  uğrunda döyüşləsə həlak olub. Ooktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn edilmişdir.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ELXAN MƏMMƏDOV

Стандартный

Elxan Məmmədov (15 may 1998CəyirliQobustan rayonu – 29 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elxan Bədəl oğlu Məmmədov 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub.  2005–2016-cı illərdə Qobustan rayonunun A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb.

Elxan Məmmədov 2016–2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.  2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 11-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldığdan sonra oktyabrın 29-da vəfat edib. Qobustan rayonu Cəyirli kəndində dəfn olunub.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ROMİR ƏLİYEV

Стандартный

Romir Rəşadət oğlu Əliyev (14 may 1997Aşağı NüvədiLənkəran rayonuAzərbaycan — 21 oktyabr 2020QubadlıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

27 sentyabr 2020-ci ildən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Romir Əliyev könüllü əsgər olaraq iştirak etmişdir.  21 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə  həlak olmuşdur.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ELGÜN MİKAYILLI

Стандартный

Elgün Aqil oğlu Mikayıllı (13 may 2001XılMasallı rayonu – 14 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elgün Mikayıllı 2001-ci il mayın 13-də Masallı rayonunun Xıl kəndində anadan olub.  2007-2018-ci illərdə Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elgün Mikayıllı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən  hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.  2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı həlak olub. Masallı rayonunda dəfn edilib.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: MAYOR ANAR NOVRUZOV

Стандартный

Anar Gülverdi oğlu Novruzov (12 may 1976ƏrkivanMasallı rayonu – 14 iyul 2020Tovuz rayonu) — Azərbaycan Ordusunun mayoru, Tovuz döyüşləri şəhidi.

Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur.  Atası Gülverdi Novruzov uzun müddət rayonda bərbər olaraq çalışmışdır. 2004-cü ildə dünyasını dəyişmişdir. 

Anar 1993-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra  Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Sonra fikrini dəyişdirmiş və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə vermişdir. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıtmış və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirmişdir.

Anar Novruzov 2003-cü ildən Nazilə xanımla ailəli idi.

1999-cu ildə ali hərbi məktəbi bitirən Anar Novruzov hərbi vəzifəsinə başlamışdır. Həmin ildən öz xahişi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və CəbrayılFüzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Hərbi əməliyyatlarda xidmət etdiyi korpusun döyüşlərdə olmamasına və özünün Sumqayıtda xidmət etməsinə baxmayaraq Anar Novruzov da yaxından iştirak edirdi. O, bu döyüşlərdə qəlpə yarası almışdı.

Anar Novruzov iş otağında
Mayor Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak oldu. Həmin an onunla birgə olan general-mayor Polad Həşimov və bir çox zabit-əsgər heyəti həlak olmuşdur.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: FƏRİD ZAMƏDDİNOV

Стандартный

Fərid İmran oğlu Zaməddinov (11 may 1986Vartaşen – 10 noyabr 2020TalışTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Fərid Zaməddinov 2003–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.

Giziri Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsi uğrunda gedən döyüşlərdə siştirak edib. Noyabrın 10-da  həlak olub. Oğuz Şəhidlər Xiyabanında dəfn edilib.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: CAVİD ƏLİYEV

Стандартный

Cavid Şaban oğlu Əliyev (10 may 1996AlmalıtalaTovuz rayonu – 9 noyabr 2020Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Cavid Əliyev 1996-cı il mayın 10-da Tovuz rayonunun Almalıtala kəndində anadan olub. 2002–2013-cü illərdə Tovuz rayonunun Almalıtala kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin «Vergi işi» ixtisasına daxil olub. 1 il təhsil aldıqdan sonra 2014-cü ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanır. Subay idi.

Cavid Əliyev 2014–2016-cı illərdə  Ağdam rayonunda yerləşən  hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Ordu sıralarından tərxis olunduğdan sonra təhsilini başa vurub, daha sonra isə inşaat sahəsində çalışıb.

2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün İkinci Qarabağ müharibəsi başlananda, Cavid Əliyev könüllü müharibəyə yollanıb. Noyabrın 9-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə həlak olub. Noyabrın 16-da Tovuz rayonunda dəfn edilib.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: AQİL HÜSEYNOV

Стандартный

Aqil Habil oğlu Hüseynov (9 may 1995; ƏhmədliBeyləqan rayonuAzərbaycan — 7 oktyabr 2020; CəbrayılAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Aqil Hüseynov 9 may 1995-ci ildə Beyləqan rayonunun Əhmədli kəndində Habil Hüseynovun ailəsində anadan olmuşdur.  2001–2012-ci illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun əsgəri olan Aqil Hüseynov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  İkinci Qarabağ müharibəsində rabitəçi olaraq iştirak etmişdir.  7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn edilmişdir.