Monthly Archives: Июль 2023

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAHADUR ABBASOV

Стандартный

Bahadur Bayram oğlu Abbasov (d. 31 iyul 1960NaxçıvanAzərbaycan — ö. 24 may 1992Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Bahadur Abbasov 1960-cı il 31 iyulda Naxçıvan şəhərində anadan olub.

Bahadur Abbasov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci il 24 may həlak oldu.

Əsgər Bahadur Abbasov, Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN MƏMMƏDOV

Стандартный

Elməddin Mikayıl oğlu Məmmədov (30 iyul 1995; Şəki kəndiŞəkiAzərbaycan — 6 oktyabr 2020; SuqovuşanAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri.

Mehdi Məmmədov 30 iyul 1995-ci il tarixdə Şəki rayonunun Şəki kəndində anadan olub.  2001 – 2012-ci illərdə Turan qəsəbə tam orta məktəbində təhsil alıb. 2013-cü ilin iyul ayından 2015-ci ilin yanvar ayınadək həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin yanvar ayında müddətdən artıq hərbi xidmətə qəbul edilib. Vaqif Mustafayevin çəkdiyi «Xoca» filmində şəhid rolunu oynayıb.

2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Mehti Məmmədov Suqovuşan döyüslərində savaşıb. 6 oktyabr 2020-ci ildə həlak olub. 2 noyabr 2020-ci il tarixdə Şəkidə Turan qəsəbə qəbiristanlığında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FAİQ HƏSƏNOV

Стандартный

Faiq Hüseyn oğlu Həsənov (28 iyul 1990; BakıAzərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri.

Faiq Həsənov 1990-cı il iyulun 28-də Bakı şəhərində anadan olub.

Giziri Faiq Həsənov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LƏNKƏRANLI KAMRAN ƏLİYEV

Стандартный

Kamran Rasim oğlu Əliyev (28 iyul 2001Aşağı NüvədiLənkəran rayonu – 12 oktyabr 2020Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kamran Əliyev 12 oktyabr 2020-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: MƏLİK ZÜLFÜQAROV

Стандартный

Məlik Kamran oğlu Zülfüqarov (27 iyul 2001KarrarKürdəmir rayonu – 21 oktyabr 2020) — əsgər.

Məlik Kamran oğlu Zülfüqarov 27 iyul 2001-ci il Kürdəmir rayonunun Karrar qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə Karrar qəsəbəsində yerləşən tam orta məktəbdə təhsil almağa başlamış, 2018-ci ildə isə təhsilini bitirmişdir. Evin tək oğlu olan Məlik 21 oktyabr 2020-ci ildə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SÜBHAN HƏSƏNOV

Стандартный

Sübhan Rauf oğlu Həsənov (26 iyul 2001; MasallıAzərbaycan — 7 dekabr 2020 (dəfn tarixi); QarabağAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sübhan Həsənov 26 iyul 2001-ci ildə Masallı şəhərində anadan olmuşdur. 2007-ci ildə şəhid Masallı şəhər İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.

Sübhan Həsənov 2019-cu ilin 30 iyul tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 

Sübhan Həsənov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Sübhan Həsənov 7 dekabr 2020-ci ildə Masallı şəhərinin qəbiristanlığında dəfn olunmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: YALÇIN RƏHİMOV

Стандартный

Yalçın Elçin oğlu Rəhimov (25 iyul 2000Ağsu rayonuAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. Daha sonralar ailəsi ilə birlikdə Maştağanın Lahıc kəndində məskən saldıqları üçün Yalçın təhsilini Nardaran kəndinin 295 nömrəli məktəbində davam etdirmişdir. Məktəbdə oxuduğu müddətdə əlavə olaraq güləş, kikboksinq kimi idman növləri ilə, həmçinin üzgüçülüklə məşğul olan Yalçın müxtəlif yarışlarda iştirak etmişdir.

Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsiində iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub Ağsu rayonunun Çaparlı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZAUR ƏLİYEV

Стандартный

Zaur Eldar oğlu Əliyev (24 iyul 1989ŞəkiAzərbaycan — 15 oktyabr 2020SuqovuşanAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin Maxe əsgəri.

Zaur Əliyev 1989-cu il iyul ayının 24-də Şəkidə anadan olub. 1995-ci ildə Şəki şəhər 9 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2005-ci ildə Şəki Avtomobil məktəbini sürücü ixtisası üzrə bitirib. Ailədə bir bacı və bir qardaş olan Zaur Əliyevin özü də ailəli idi. Özümdən sonra bir oğul övladı yadigar qalıb.

2007 – 2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə yenidən xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib. 15 oktyabr 2020-ci ildə həlak olub  olub. Həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD HÜSEYNOV

Стандартный

Fərid Fətəli oğlu Hüseynov (23 iyun 1994Cəlilabad rayonuAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu.

Fərid Hüseynov 1994-cü il iyunun 23-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.

Baş çavuş Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ ƏLAK OLANLAR: BALAZADƏ ABDULLAYEV

Стандартный

Balazadə Rafət oğlu Abdullayev (22 iyun 1991SalyanAzərbaycan — 18 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Balazadə Abdullayev 1991-ci ildə Salyanda anadan olmuşdur.2009-2011-ci illərdə müddətli hərbi xidmət keçmişdir. Onun üç yaşında bir oğlu var idi.

Baş əsgər  Balazadə Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə döyüşlərində iştirak edib. Balazadə Abdullayev oktyabrın 18-də Ağdərə istiqamətində həlak olub. Ələtdə dəfn edilib.