Monthly Archives: Ноябрь 2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHNUR HÜSEYNOV

Стандартный

Şahnur Şahin oğlu Hüseynov (30 noyabr 1991BelqoqradPolşa — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.

Şahnur Hüseynov 1991-ci il noyabrın 30da Polşanın Belqoqrad şəhərində anadan olub.  Orta təhsilini Füzuli rayon İkinci Mahmudlu kəndində alıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. Əlinur adlı oğlu yadigar qaldı.

Şahnur Hüseynov Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissədə bölük komandiri, sonra taborun qərargah rəisi, daha sonra isə tabor komandiri vəzifələrində çalışıb.

Kapitan  Şahnur Hüseynov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı həlak olub. Astara rayonunda dəfn edilib.

MİRZƏ ƏLİLİN BAKIYA, MİRZƏ ZƏLİLƏ MƏKTUBU

Стандартный

Qorxulu xəbərlər gəlir Bakıdan,

Əmoğlu, doğrusu şok içindəyəm,

Casusla doludur Azəribaycan,

Bil ki, nə gündüzüm var, nə də gecəm!

 +

ABŞ casusları saysız-hesabsız,
Bakıda ingilis qoşun kimidir,

Onlardan az deyil yəqin fransız,

Siyahı uzanar sayılsa bir-bir.

 +

AZTV-yə baxdım İnternetdə mən,
Qarınağrısına düşdüm, əmoğlu!

Deyirdi hər casus millətə düşmən,
Hər biri əxlaqsız, hər biri oğru.

 +

Deyirdi onların hamısı geyidir,
Əmoğlu, özünü gözlə sən orda!

Ancaq üzür məni, düzü, bir fikir:

Doğub-törəyirlər necə bəs onda?

 +

Deyirdi casuslar burun soxurlar,

Varsa harda kimin pulu, sərvəti,

Dava tutan da var hətta SOCARla,

Guya mənimsəyir qazı vı nefti.

 +

Əmoğlu, özünü gözlə indi sən,
Sən də casus kimi özünü apar.

Əgər pensiyandan gizləmisənsə,
Bilər əmigəlnim, müsibət qopar.

 +

AzTV deyirdi bizimkilərdən,

Az deyil bu casus şəbəkəsində.

Yazırlar nə gəldi prezidentdən,
Yazırlar birinci xanımdan həm də.

 +

Bir kəsə də aman yox indən belə,

Hər gün tuthatut və nəhkəmə indi.

Mübarizədirsə xaricilərlə,

Özününkülərlə  müharibədir.

 +

Əmoğlu! Səninçin narahatam mən,
Söz danışmısansa harda, haçansa,

Özünü könüllü təslim elə sən –

Əgər tez otursan, tez də çıxarsan…

 

Mirzə TƏBİL

28. 11. 2023, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN SÜLEYMANOV

Стандартный

Elçin Tehran oğlu Süleymanov (29 noyabr 1991Böyük BəhmənliFüzuli rayonu – 30 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Elçin Süleymanov 1991-ci il noyabrın 29-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub

Ailəli idi. Bir qız övladı yadigar qaldı.

Elçin Süleymanov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

 Elçin Süleymanov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sentyabrın 30-da həlak olmuşdur..

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TALEH ƏLİZADƏ

Стандартный

Taleh Zaur oğlu Əlizadə (29 noyabr 1995Cəlilabad rayonuAzərbaycan — 18 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Taleh Əlizadə 1995-ci il noyabrın 29-da Cəlilabad rayonunun Alar kəndində anadan olub.

Ailəli idi. 1 oğul övladı yadigar qaldı.

Taleh Əlizadə 2020-ci il sentyabrın 27-dəErmənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Taleh Əlizadə oktyabrın 18-də Cəbrayılın azad edilməsi zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN POLADOV

Стандартный

Elçin Adil oğlu Poladov (27 noyabr 2001Aşağı QuşçuTovuz rayonu – 6 noyabr 2020Qırmızı Bazar) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elçin Poladov 2001-ci noyabrın 27-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elçin Poladov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

 Elçin Poladov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edib. Noyabrın 6-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə həlak olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn edilib.

İLHAM ƏLİYEV PARİSİ MƏHƏMMƏDMİRZƏLİLƏRLƏ PARTLADIR

Стандартный

Qədim ingilislərdən kimsə deyib: «Revenge is a dish best served cold». Yəni “Qisas – soyuq halda çəkiləsi yeməkdir”.

İlham Əliyev qisasçı, çox qisasçı adamdır, ancaq ermənilərdən qisası isti-isti yox, otuz il keçəndən sonra aldı.

İndi Fransa hökumətinin, ayrı-ayrı siyasətçilərinin İlham Əliyevə, Azərbaycandakı siyasi rtejimə qarşı apardığı kampaniyanı müşahidə edənlər  təəccüblənirlər: “Niyə padşahımız fransızlardan qisas almır?”

Alacaq, tələsməyin. Dövlətlər səviyyəsində qisas vaxt, strateji palanlaşdırma tələb edən prosedurdur. Ancaq prosedur artıq başlanıb. Fransızlar hələ İlham Əliyevin xətrinə dəyməmişdən padşahımız qisas tədbirlərinin planını cızıb, startını verib.

Məhəmməd Mirzəlini tanıyırsınız? Leksikasının yarısı “uje”, “vapşe” kimi sözcüklərdən, qalan yarısı da cinsiyyət orqanlarının adlarından ibarət olan gədəni deyirəm. Kim deyə bilər ki, bu gədəni Fransaya İlham Əliyev yeritməyib? Bu gədənin lham Əliyevi, onun ailəsini söyməyi də planlaşdırılıb. Yəni İlham Əliyevin xüsusi orqanları (Mirzəli deyən orqanlar yox) özləri belə söyüşcülü seçib Fransaya yeridiblər.

Arkadi Raykin bir səhnəcikdə tərəvəz bazasına avadanlıq əvəzinə royal almış işçisinin qarnına dümsük vurub soruşurdu: “Royal? İ şto budet? Yəni ki, sual çıxır: söyüşcül, başdan xarab Məhəmməd Mirzəli Fransadadır – indi nə olsun?

O olsun ki, bu Məhəmməd Mirzəli orda doğub törəyəcək, mirzəlilər Nantı, Marseli, Parisi bürüyəcək. Dünya bir də görəcək ki, İlham Əliyev nəinki Parisi, bütün  Fransanı partladır.

Fransa nədir? Fransa sivilizasiyadır, mədəniyyətdir. Çox böyük, çox zəngin. Kənd məktəbində mənim müəllimim şagirdlərin birinə hər gün bir neçə dəfə “Murdar sudan əmələ gələn deyirdi”, çünki uşaq nikahdankənar doğulmuşdu…

Mənim əsl müəllimlərim Paskal, Hüqo, Balzak, Kamyu, Sartr olublar.

Qorki Dikkens haqqında deyirdi: “Bu yazıçı insanı sevmək elmini yaxşı mənimsəmişdi”.

Bunları böyük fransız müəlliflərinin hər biri haqqında demək olar.

Fransız poeziyası, fransız musiqisi, kino, balet, Luvr – bunlar dünya mədəniyyətinin zəngin xəzinəsidir.

On beş-iyirmi Məməmmədmirzəli on beş-iyrm il ərzində on beş-iyirmi minə çevrilər, bu mədəniyyətin əsaslarında çatlar yaradarlar.

Bu yaxnlarda fransız mətbuatı Fransanın üzləşdiyi yeni bir problemdən yazırdı. Parisdə və başqa şəhərlərdə mənzillərdə çox təhlükəli yataq həşəratları əmələ gəlmişdi.

Məhəmmədmirzəlilər o həşəratdan da təhlükəlidirlər.

Çox istərdim ki, Makron, Fransanın başqa nüfuzluları İıham Əliyevə sülh təklif edələr, razılaşıb Məhəmmədmirzəliləri göndərələr uzaq bir yerə, Məsələn Ruandaya köçürələr. Qoy orda Məhəmməd Mİrzəli təsərrüfatını oynadıb söyüş söysün. Afrikalı cavanlar ona elə təsərrüffat göstərərlər ki, dilini həmişəlik qoyar qarnına ya ayrı bir yerinə..

İndi YouTube-u gəzib Məhəmməd Mirzəlini Sevinc Osmanqızının verilişndə görəndə məəttəl qaldım. Bu incə-mincə, iki uşaq anası olan qadının, əlini cinsiyytə orqanlarından çəkməyən gədə ilə ünsiyyəti. məni, Ləman Afətqızı demişkən, şoka saldı…

Heyf sənə Fransa…

Fransa təkcə fransızların yox, bütün bəşəriyyətin mənəvi irsi və sərvətidir. Onu Məhəmmədmirzəlilərdən qorumaq müqəddəs borcumuzdur.

Allah eləsin ki, Fransa İlham Əliyevin qabağında ağ bayraq qaldırsın və sülh istəsin. Onda bəlkə padşahımız yeniyeni məhəmmədmirzəlilr göndərib Fransanı viranq qoymaq fikrindən daşınar.

Amin!

Mirzə Əlil

26. 11. 2023, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜQAR ƏSGƏROV

Стандартный

Vüqar Rza oğlu Əsgərov (26 noyabr 1994QarabağlarNaxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020Şuşa rayonu)- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Əsgərov Vüqar 1994-cü il noyabrın 26-da Şərur (indiki Kəngərlirayonunun Qarabağlar kəndində anadan olub. 2001–2012-ci illərdə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub, lakin maddi çətinliklərə görə təhsilini davam etdirə bilməyib. 2014-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən universitetə qəbul olur, amma təhsildən imtina edir.4 övladlı ailənin 2-ci oğul övladı olan Əsgərov Vüqar qardaşını Rusiyada baş vermiş avtomobil qəzasında itirib. Atası ağır ürək və şəkər xəstəsi olan Vüqarın ən böyük arzusu onun sağlamlığına qovuşması olub.

Əsgərov Vüqar 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi v üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdəiştirak edib. 25 oktyabr 2020-ci ildə həlak olub.

TURAL SADIQLI «BOMBA RABATAY!»

Стандартный

Qərbdə yaşayıb You Tube kanalları işlədən müxalifətçilər “saspens” janrını elə mənimsəyiblər ki, ustalıqda Hiçkoku da ötüblər.

Ərəstun Oruclu vaxtaşırı  elan edir: “Məndə konfidensial məlumat var. Baş prokurorluqdan pozitiv addımlar gözləyirəm. Bir həftə vaxt verirəm. Atmasa, məlumatı yayacağam”.

Bir həftə keçir. Baş prokuror neqativ addımlamağa davam edir, çünki ölkənin addımlamaq qaydası belədir. Ərəstun Oruclu baritonunu basa endirib məlumatını yayır. Məlum olur ki, məlumat hem məlumat deyilmiş, rus demişkən, “pşik” imiş. Amerikada yaşayan Ərəstun Təzə bazardakı alverçidən nəyi çox və yaxşı bilər? Əlli il bundan qabaq guya təhlükəsizlik orqanlarında işləyib… Bizim milli Ştirlits… Qalıb kino çəkmək…

Hələ Qurban Məmmədlini demirəm… “Əziz həmvətənlərini” elə intizarda saxlayır ki, infarkt alanların olduğuna şübhə eləmirəm. Nəticədə çayxanalarda üç il bundan qabaq danışılan əhvalatı şiə mollaları kimi avazla danışır və tələb edir ki, qonorarını təcili göndərsinlər…

Son vaxtlar Ərəstunun və Qurbanın cavan bir konkurenti meydana atılıb: Tural Sadıqlı. Bir həftə idi  Baş prokurordan “pozitiv addımlar” tələb edir, əks təqdirsdə “bomba” video yayacağını bildirirdi. Baş prokuror, həssas adamdırsa, yəqin ki, bu həftə içində bir neçə dəfə şalvarıbnı isladıb…

Tural bəy də Baş prokurorun əvvəlki kimi neqativ yeridiyin görüb “bomba” videosunu yaydı.

Çox məyus oldum. Bir həftə nahaq yerə “saspens” halında olmuşam. Çörək boğazımdan keçmirdi…

Videoda bir azərbaycanlı arvad pul sayır, onun türk əri isə onu telefona çəkir. Arvad pulu saya-saya danışır, hərdən burda yazılası mükün olmayan sözlər də işlədir, ad çəkir, guya saydığı pulları aparıb Tərtər prokuroruna verəcəklər…

Birinin evində pul saymağı nə vaxtdan cinayət olub? Vallah, mən ömrümdə o qədər pul görməmişəm, pul saymağım da yadıma gəlir. Pensiyamı atırlar karta, məndən qabaq kommunalçılar öz xərclərini kartdan çıxırlar, elə baxa-baxa qalıram…

Deyək ki, mənm pulum var, mən pulu sayıram və özümü telefona çəkdirirəm. Hələ vilayət prokurorunun adını da çəkirəm.

Burda cinayət varmı? Cinayət varsa, onu mən törədirəm, çünki prokurora şər atıram.

Prokurorun o pulu aldığına Turalın nə sübutu var?

Tural “əziz həmvətənlərini” dolayıb? Onları hərif sayır?

Tural Sadıqlı deyir ki, mühacirət hökuməti qurur. Belə adama hakimiyyət etibar eləmək olarmı?

Vallah, bu adamlar müxalifətçiliyi özləri gözdən, hörmətdən salırlar. Kasıblar üçün şoumenlikdən başqa heç nəyə yaramırlar.

“Əziz həmvətənlər” isə bu verilişlərə baxdıqlara vaxtı dəyərli bir məşğələyə sərf etsələr yaxşıdır. Məsələn, Hiçkokun filmlərinə baxsınlar…

Mirzə ƏLİ

25. 11. 2-23, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN OSMANOV

Стандартный

Orxan Mənsur oğlu Osmanov (25 noyabr 1999MürşüdobaXaçmaz rayonuAzərbaycan — 1 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Orxan Osmanov 20172019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra «N» saylı hərbi hissələrin birində müddətdən artıq hərbi xidmətə başlamışdır.

Orxan Osmanov 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində baş atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 1 oktyabr 2020-ci ildə  həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏYYUB BƏŞİROV

Стандартный

Əyyub Ramiz oğlu Bəşirov (24 noyabr1998Yevlax rayonuAzərbaycan — 16 oktyabr2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Əyyub Bəşirov 2020-ci il sentyabrın 27-dəErmənistan işğalı altında olan ərazilərin azad edilməsiüçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabr 16-da həlak olmuşdur.