Elman Mehman oğlu Həsənov (28 fevral 1993; Qızılhacılı, Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Monthly Archives: Февраль 2023
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: EMİN ALMƏMMƏDOV
Emin Akif oğlu Alməmmədov (27 fevral 1989; Şəmkir, Azərbaycan SSR — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.
Emin Alməmmədov 1989-cu il fevralın 27-də Şəmkir şəhərində anadan olub.
Gizir Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da həlak olub. Şəmkir şəhərində dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞÖHRƏT MİKAYILOV
Şöhrət İkram oğlu Mikayılov (26 fevral 2002; Zərgərli, Qəbələ rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Şöhrət Mikayılov 2020-ci ildə hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. 31 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İBRAHİM MƏMMƏDOV
İbrahim Azər oğlu Məmmədov (25 fevral 2000; Gəncə, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
İbrahim Məmmədov 2000-ci il fevralın 25-də Gəncə şəhərində anadan olub. 1999-2018-ci illərdə Gəncə şəhərində İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
İbrahim Məmmədov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
İbrahim Məmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏNVƏR ŞIXƏLİYEV
Ənvər Vadimoviç Şıxəliyev (24 fevral 2001; Xürəl, Qusar rayonu, Azərbaycan — 29 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ənvər Şıxəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da həlak olub. Qusar rayonunda dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ASİF TAĞIYEV
Asif Zakir oğlu Tağıyev (23 fevral 1985, Daşkəsən – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Kiçik çavuş Asif Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günü Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olub.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏFA QARAXANOV
Səfa Yenişər oğlu Qaraxanov (22 fevral 1994, Xələc, Salyan, Azərbaycan — 1 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin MAHHXHQ əsgəri.
Səfa Qaraxanov 22 fevral 1994-cü ildə Salyan rayonu Xalac kəndində anadan olub. 2001-2012 illərdə orta məktəbdə oxuyub.] 2012-cu ildə əsgərliyə çağırılıb. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi çalışmağa başlayıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Cəbrayıl döyüşlərində iştirak edib. Oktyabrın 1-i Füzulidəhəlak olub.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏMRAH ƏKBƏROV
Əmrah Şahid oğlu Əkbərov (21 fevral 1998, Livədirqə, Lerik rayonu – 12 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin leytenantı,.
Əmrah Əkbərov 1998-ci il Fevralın 21-də Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə gedir. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta maktəbdə davam etdirir. O, 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.2016-cı ildə həmin liseyi bitirmişdir.
Əmrah Əkbərov 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur.2020-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı kimi xidmət etməyə başlamışdır.
Leytenant Əmrah Əkbərov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 12-də Hadrut döyüşləri zamanı həlak olmuşdur.
QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR:
Xəyyam Daşdəmirov (tam adı: Xəyyam Məhəmməd oğlu Daşdəmirov; 22 fevral 2002; Balik, İsmayıllı rayonu, Azərbaycan — 12 iyul 2020; Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsində yaşayıb, 314 nömrəli tam orta məktəbdə oxuyub. 18 yaşı var idi.Subay idi.
Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman həlak olub.Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİCAT İMAMVERDİYEV
Nicat Məhərrəm oğlu İmamverdiyev (19 fevral 2002; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Əli İbrahimov 19 fevral 1995-ci ildə Şəkidə dünyaya gəlib. Ailənin tək övladi olub.
2010-cu ildə Şəki şəhər 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirib. Elə həmin il Şəki şəhər 1 saylı Texniki Peşə məktəbinə qəbul olub və 2013-cü ildə həmin məktəbi elektrik qaz qaynaqçısı ixtisası üzrə bitirib.
Для отправки комментария необходимо войти на сайт.