Ruslan Amiraslan oğlu Sadıqov (31 dekabr 1987; Şəki rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu.
Ruslan Sadıqov 31 dekabr 1987-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur. 1994-1995-ci illərdə Şəki rayon Təpəcənnət kənd natamam orta məktəbində, 1995-2004-cü illərdə Şəki rayon Cəfərabad kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini 2004-2005-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbdə başa vurmuşdur. Fidan Sadıqova ilə ailəli idi, Nuray və Aylin adlı 2 qızı və Ehsan adlı oğlu yadigar qaldı.
Для отправки комментария необходимо войти на сайт.