Category Archives: ЛАСО

QURAN QƏRİBƏLİKLƏRİ. RƏQƏMLƏR, MANİPULYASİYALAR…

Стандартный

Quranın yaradılmadığına, onun məhz Allah tərəfindən nazil olduğuna ilahiyyatçılar 5 “sübut” göstərirlər

1. Quran bircə nüsxədə mövcuddur.

Bu “sübut”, hüquqda deyilən kimi, cılız və dəyərsizdir. Quranın nəyə görə bir nüsxədə olduğu məlumdur – onun bütün başqa nüsxələri Osmanın tapşırığı ilə vahid Kitab yaradılandan sonra məhv edilib.

2. Bütün dünyada milyonlarla insan Quranı əzbər bilir.

Milyonlarla insan Şekspirin əsərlərini əzbər bilir, ancaq bu, məsələn, “Hamletin” xristian allahı tərəfindən nazil olduğuna sübut deyil və ingilislər bunu iddia da eləmirlər.

3. Qeyri-adi dil ustalığı və stilistika.

Qurana mömin kimi yox, filoloq kimi yanaşan hər kəsə onun mətnlərinin heç də kamil olmadığını görər. Müxtəlif surələrdə fikirlər yarımçıq deyilir, cümlələr qırılır, bənzətmələrədə primitivliyə və kobudluğa rast gəlmək olur. Kiçik surələrin bədii dil səviyyəsi yüksəkdir, mətnlər böyüdükcə qüsurlu sayıla biləcək hissələr və hissəciklər çoxalır.

4. Öndeyimlik və elmi kəşflər.

Bu “sübutu” irəli sürənlər onu Quranda insan rüşeyminin inkişafı prosesinin təsviri ilə bərkitmək istəyirlər. Guya embrion  ilk dəfə 7-ci əsrdə, Quranda təsvir olunub. Hərçənd embrion barədə məlumatlar qədim Babildə, Assiriyada, Misirdə, Çində mövcud olub. Vikipediyada oxuyuruq: “ Orqanizmlərin embrional inkişafı barədə ilk təsəvvürlər Hippakrat və Aristotelin (e.ə. 4-cü əsr) adları ilə bağlıdır”.

Belə çıxır ki, embrion məsələsində, Babil, Misir, Çini qoyaq bir yana, yunanlar Quranı 1000 ildən çox qabaqlayıblar.

 5. Beşinci sübut Peyğəmbərin fövqəladə ləyaqətləridir. Onları sadalayandn sonra qala bilən şübhələri dağıtmaq üçün ilahiyyatçı belə bir sual qoyur: əgər Quranın müəllifi Məhəmməd özü idisə, niyə başqa peyğəmbərlərin adı dönə-çəkildiyi halda, öz adı cəmi dörd dəfə çəklilir?

Burda ilahiyyatçılar üçün xarakterik olan, ucuz, ancaq etibarlı instrument kimi işlədilən manipulyasiya ilə qarşılaşırıq.

Doğrudan da Məhəmməd adı Quranda dörd dəfə işlənilir. Ancaq Məhəmməd Quranda daha çox nəbi ya rəsul kimi xatırlanır. Bir ingilis dilli mənbəyə görə. “nəbi” sözü Quranda 75 dəfə işlənib.”Rəsul” sözünün neçə dəfə işləndiyi barədə məlumatı tapmadım, düşünürəm ki, 75-dən qat-qat çox olmalıdır. Quranın çox yerində “Allah” sözü ilə “rəsul” sözü qoşa işlənir, Allaha itaət tələbi eyni cümlədə rəsula da aid edilir. “Allah” sözü isə bir mənbəyə görə 2707 dəfə işlənib. Başqa bir mənbədə 2698 dəfədir.

Ümumiyyətlə, Quran araşdırmalarındakı rəqəmlərlə manipulyasiyalar xüsusə rus dilli mənbələrdə istənilən qədərdir. Bir mənbədə Quranda işlədilən sözlərin sayı 77934, o birinidə 77449 kimi göstərilir. Başqa mənbədə bu rəqəm yuvarlaqdır, 77000 mindir. Bu rəqəm guya  7 rəqəminə aid edilən sakrallığı Quran mətninə də verir. Bəzi islamçılar daha uzağa gedirlər. Yeddi rəqəminin ətrafında hərlənib-fırlanan biri deyir ki, Quran 7-ci əsrdə Məhəmməd tərəfindən Adəm övladlarına hədiyyə edilib.

Yeddinci əsrdə müsəlman üçün nə sakrallıq? 7-ci əsr – xristian tarixi deyilmi?

Quranın Allah tərəfindən nazizl olmağına, əsasən Məhəmməd tərəfindən yaradılıb ətrafındakı savadlı, bilikli insanlar tərəfindən indi bütün dünya müsəlmanlarının tanıdığı bildiyi hala salınmadığına heç bir sübut yoxdur. Meracın da, 20 ildən çox vaxt ərzində Cəbrayılın Məhəmmədə Quran ayələrini diktə etdiyinin də sübutu yoxdur. Mətnlə peşəkar işləmək vərdişləri olan hər kəs deyə bilər ki, məsələn, 2-ci surə müxtəlif vaxtlarda deyilmiş, müxtəlif mövzulara, sahələrə aid olan, vahid kontekst yaratmayan fraqmentlərdən yaradılmışdır. Surələrin xeyli hissəsi barədə bunu demək olar. Belə iri həcmli mətni yalnız eşitməklə yadda saxlayıb, əsrlər sonra yaranmış stenoqrafiyanı bilmədən, yazıya almaq mümkün deyildi. Niyə görə müxtəlif sahələrə aid olan mülahizələrin, təsəvvürlərin, biliklərin hamısının Məhəmmədə aid olduğuna inanmalıyıq? Bəzi rəvayətlərə görə, o, ətrafına 40 katib yığıb ki, onlar deyilənləri yazıya alıb saxlayıblar. Bu, beyin mərkəzini xatırladır və ağlabatandır. Surələrin birində menstruasiyaya aid fraqment var. Niyə görə peyğəmbər özü menstruasiya məsələsini tənzim etməliydi? Allahın Cəbrayıl vasitəsiylə Məhəmmədi menstruasiya sahəsində maarifləndirməyi də gülməlidir. Guya ərəblər bu işin nə olduğunu bilmirdilər?

Cəlil Məmmədquluzadənin hekayələrinin birində bir məşədi ya kərbəlayı arvadını çox istəsə də, hərdən ona acığı tutur və boşayır. Boşayır, sonra barışıb təzədən kəbin kəsdirir. Üçüncü dəfə boşayandan sonra ona məlum olur ki, daha arvadına təzədən kəbin kəsdirə bilməz, gərək arvad başqa bir kişiyə ərə gedə, sonra ondan boşana, sonra əvvəlki ərinə gedə…

Bu məşədi ya kərbalayı arvadını verir ondan asılı olan, fağır və başıaşağı kimi tanıdığı birinə ki, sonra boşatdırıb təzədən alsın…

Sonrası tragiqkomediyadır…

Qısa desəm, məşədi ya kərbalayı qalır başına döyə-döyə və ağlaya-ağlaya…

Bu hekayəni uşaqlıqda oxuyanda elə bilirdim ki, boşanma-evlənmə karuselini Mirzə Cəlil məzə üçün uydurub.Sonra bildim ki, bel bir prosedur İnək surəsində nəzərdə tutulub…

Bunun müəllifinin Allah olduğuna inanırsınzsa, siz Allaha inanmırsınız…

Yeri gəlmişkən, Quranın tam mətnini ilk dəfə müsəlmanlar yox, İtaliyada Paqanini çap edib. Əlbəttə, skripkaçı Nikkolo Paqanini yox, çapçı Paqanino Paqanini 1537-38-ci ildə….

X.X.

20 03. 2024, Samara

Şəkildə: ilk dəfə Paqanini tərəfindən nəşr edilmiş Quran

CƏLAL MÜƏLLİMİN OĞLUSAN? GÖZÜMÜZ AYDIN! MƏN DƏ HƏSƏN AĞANIN QOHUMUYAM!

Стандартный

Qurban Məmmədli necə də Şeyx Nəsrullahı xatırladır!

Qurban Məmmədlinin babasının erməni olduğu iddia edilsə də, mən onda Şeyx Nəsrullahla çox oxşarlıq görürəm. Şeyx Nəsrullah ölü dirildəcəyini vəd edəndə birdən qışqırığa keçir və kitabı, yəni Quranı silkələyib deyirdi: “Kim inanmırsa, gəlsin, bu kitabla verim cavabını!”

Qurban Məmmədlinin də dəmir arqumentləri ordan-burdan yöndəmsiz tərcümələrdə oxuduğu Qurandır, Hacı Şahindir, təzəliklə tapdığı və saatlarla bədbəxt tamaşaçılarına dinlətdirdiyi əldəqayırma ilahiyyatçılar, başqa sözlə desək, demaqoqlar və lotulardır.

Şeyx Nəsrullah, məlum olduğu kimi, Naxçıvanda hər gecə bir qızı siğə eləyirdi. İndi Naxçıvanda törəmələri  olmalıdır. Özü də çox olmalıdır…

“Mən Cəlal müəllimin oğluyam!”

Göümüz aydın! Mən də Həsənağanın qohumuyam. Həsənağa dost-doğma xalam oğludur. İndi neyləyək?

Cəlal müəllimin oğlu olmaq əsil-nəcabət yaradır? Sovet müəllimində nə nəcabət?

Mərhum Cəlal müəllimin yaşını bilmirəm. Təxmin etmək olar ki, Stalinin, Xruşşovun, Brejnevin, Bağırovun, Vəli Axundovun vaxtında müəllim olub. Uşaqlara deyib ki, Lenin sizin babanız, Stalin atanız, Bağırov… Bağırov da atanızdır… Yəni hamısı ananızı zad eləyib… Dərs dediyi siniflərdə Leninin, Stalinin, Bağırovun şəkilləri asılıb. Stalin “pərəstişi” ifşa olunan kimi Cəlal müəlim boğazını arıtlayıb, bəlkə yumurta da içib düşüb Stalinin üstünə. Şəklini aparıb qoyub toyuq hininə. Başlayıb Xruşşovun tərifinə…

Cəlal müəllim yəqin seçkilərdə də komissiya üzvü olub və əlli-altmış adamın yerinə səs verib. Çünki kəndlərdə seçkilərə gedən olmurdu. Seçki komissiyaları məktəblərdə təşkil olunduğundan müəllimlər gəlməyənlərin yerinə səs verirdilər. İndi yalançı alternativ olsa da, sovet vaxtı seçkilər alternativsiz idi. Özü də hər namizəd 99, 99 faiz səs alırdı. Bu faizi o cümlədən Cəlal müəllim kimi müəllimlər təmin edirdilər.

Yəni Qurbanın atası ilə bir müəllim kimi fəxr eləməyə elə bir əsası yoxdur. Sevgi – ayrı şeydir. Qurbanın atası kolxoz suçusu da olsaydı, oğlu onu sevməliydi. Bu, qanın hökmüdür.

Bir şey də var. Qurban Məmmədli internat uşağıdır. Yəni yeddi yaşından Qurbanı atası verib internata. Düz on il Qurban internatda yaşayıb.  İntrernat həyatı, xüsusən Azərbaycan, xüsusən Naxçıan internatıındakı həyat ağır həyatdır. Qurban Məmmədlinin xarakterindəki bir çox cəhətlərin, xüsusən mənfi cəhətlərin onun internatda formalaşması ilə bağlı olduğunu güman edirəm. Daim öz ətrafında təsir, təzyiq qrupu yaratmaq, onu başqa qruplara qarşı mübarizəyə yönəltmək və daimi döyüş hazırlığı vəziyyətində saxlamaq, mövqe qazanmaq, qazanılmış mövqeyi qorumaq üçün heç bir vasitədən çəkinməmək, əsası olmayan ittihamlar yağdırıb rəqibin iradəsini sarsıtmaq…

İnternat uşağı…

Cəlal müəllim niyə yeddi yaşlı uşağını internata verirdi? Yəqin on ya on iki uşağı olduğundan. Niyə Cəlal müəllimin on ya on iki uşağı olmalıydı? 100-120 sovet rublu alan adam nə filkirləşirmiş? Uzağı iki ya üç göz evi olan ailə necə yatıb-dururmuş? Bu halda valideynlərin məhrəm həyatı uşaqların gözü qabağında keçmirmi? Qurban Məmmədlinin psixoloji zədələri bununla bağlı deyilmi? Bəhanə axtarır ki, hansı bir qadınısa fahişə adlandırsın… Hicab-micab… Qardaşı Sərdar bundan betər…

Yalançılıq, manipulyasiyalar, üskük oynatmaq…  Bunlar xeyli dərəcədə internat həyatı ilə bağlı deyilmi?

Burda Ordubad internatının məzunu vardı, bandit idi, öldürdülər…

Nə islam dəyəri? Müsəlman azərbaycanlının həyatı fəlakət olub…

Qurban Məmmədli dahi yerlisi Mirzə Cəlil kimi bizim ayıblarımızdan danşmalıdır ki, onlardan səy və zəhmərtlə xilas olaq, təmizlənək.

Bolşeviklərə qədər geniş yayılmış siğə mənəvi dəyərdir?

Qardaş ölən qardaşının arvadını alırdı — bu, dəyərdir?

Xudayar bəylər, zoğal dəyənəkləri, haqsızlıq, hüquqsuzluq — bunlar nədir?

Və əgər doğrudan da islam dəyərləri mif deyilsə, həqiqətən mövcuddursa, niyə sayı milyard yarım olan müsəlmanlar abırlı bir dövlərt qura bilmirlər? Müsəlmanın qurduğu dövlət zülm ocağı olur.

İslam dəyərləri hardadır? Niyə sən islam ölkəsidə yox, Britaniyada yaşayırsan? Sən Cəfər Cabbarlının pyesindəki personajı xatırladırsan: “Şəriət avam adamlar üçündür. Sənə-mənə nə şəriət…”

“Mən Cəlal müəlimin oğluyam…”

Cənab Qurban, bu bəyanat özünüifşadır. Sovet müəlliminin nəfəsi yalanla gedib-gəlib. Bəziləri qlobal sovet yalanını həvəslə yayıblar, icra ediblər, bəziləri, azlıq, vicdan əzabı çəkib…

Arxayınsınızmı ki, Cəlal müəllim sovet yalanını könüllü yayıb-çoxaltmayıb?

Mirzə ƏLİL

02. 03. 2024, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AZƏR HƏSƏNOV

Стандартный

Azər Aydın oğlu Həsənov (6 may 1982QaradəmirçiBərdə rayonu – 13 oktyabr 2020AğdərəTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Azər Həsənov 1982-ci il mayın 6-da Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Azər Həsənov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Çavuş Azər Həsənov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 13-də Ağdərə istiqamətində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HÜSEYN HƏSƏNOV

Стандартный

Hüseyn Həsənov (tam adı: Hüseyn Vahim oğlu Həsənov; 13 aprel 2001ÇiyniUcar rayonuAzərbaycan — 27 sentyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hüseyn Həsənov 2001-ci il aprelin 13-də Ucar rayonunun Çiyni kəndində anadan olub.

Hüseyn Həsənov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib və döyüşlərin birinci günü hılak olub. Ucar rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN İSMAYILOV

Стандартный

Elçin İlqar oğlu İsmayılov (17 mart 1995, GöytəpəCəlilabadAzərbaycan — 02 oktyabr 2020, FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin MAHHXHQ əsgəri.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Elçin İsmayılov Füzuli döyüşlərində iştirak edib. 2 oktyabr 2020-ci ildə  Qaraxanbəyli kəndində gedən döyüşdə həlak olub. Cəlilabadda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAMRAN QASIMOV

Стандартный

Kamran Fazil oğlu Qasımov (2 fevral 2001QaravəlilərGədəbəy rayonu – 27 oktyabr 2020Xocavənd rayonu) — Vətən müharibəsi şəhidi.

23.07.2019-cu ildə Gədəbəy rayon komissarligindan hərbi xidmətə yola salinib. Füzuli rayonu Cocuxmərcanlı kəndində 706 sayli hərbi hissənin IV tabor 12-ci bölüyündə xidmətə başlamişdır.

27.09.2020-ci ildə Vətən müharibəsi zamani Füzuli, Xocavənd istiqamətində gedən döyüslərdə istirak edib. Pulemyotçu olub.

27.10.2020-ci ilda Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. 26.11.2020-ci ildə Baki şəhəri Sabunçu rayonu Zabrat məzarliğinda dəfn edilib.

МАНДЕЛЬШТАМ И СВО: «РАЗВЕ РОССИЯ НЕ БЕЛЫЙ РАЙ…»

Стандартный

Как будто написаны сегодня. Как будто поэт  переложил на стихи одно из выступлений бывшего актера Дмитрия Певцова…

В белом раю лежит богатырь:
Пахарь войны, пожилой мужик.
В серых глазах мировая ширь:
Великорусский державный лик.

+

Только святые умеют так
В благоуханном гробу лежать:
Выпростав руки, блаженства в знак,
Славу свою и покой вкушать.

+

Разве Россия не белый рай
И не веселые наши сны?
Радуйся, ратник, не умирай:
Внуки и правнуки спасены!

Декабрь 1914

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAMAL ƏLİYEV

Стандартный

Camal Mehman oğlu Əliyev (17 dekabr 2000Cəlilabad – 14 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Camal Əliyev 2000-ci il dekabrın 17-də Cəlilabad şəhərində anadan olub.  Subay idi.

 Camal Əliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli döyüşləri zamanı həlak olub. Cəlilabad şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HAXVERDİ KƏRİMOB

Стандартный

Haxverdi Sadıq oğlu Kərimov (1 dekabr 2000OvçuluŞamaxı rayonu — 24 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri.

2007-2018-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində orta məktəbində təhsil alıb.

Subay idi.

Haxverdi Kərimov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Haxverdi Kərimov oktyabrın 24-də Füzuli döyüşləri zamanı həlak olub. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SÜBHİ MİRZƏYEV

Стандартный

Sübhi Balamirzə oğlu Mürsəliyev (28 dekabr 1979İsmayıllıAzərbaycan — 30 sentyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub.

Mayor Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  iştirak edib. Sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı həlak olub. İsmayıllı rayonunda dəfn edilib.