Monthly Archives: Ноябрь 2018

ŞƏHİDLƏR: FİRUDİN MEHDİYEV

Стандартный

Firudin_Mehdiyev_(şəhid)

Firudin Mehdiyev (azərb. Mehdiyev Firudin Sovet oğlu) — Qarabağ müharibəsi iştirakçısı və şəhidi.

Firudin Mehdiyev 1967-ci ilin 21 noyabr tarixində Bakı şəhərində, müəllim ailəsində anadan olmuşdur. 19741984-cü illərdə Nəsimi rayon 42 saylı orta məktəbdə təhsil almışdır. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye, mülki tikinti fakültəsinə daxil olmuşdur. 1992-ci ilin fevral ayında könüllü olaraq Milli Ordununsıralarına daxil olmuşdur. O, Füzuli rayonunda yerləşən Xocavənd rayon Tuğ kənd ərazi batalyonunun kəşfiyyat qrupunda vuruşurdu. ÇimənCəmilli, Hoğa, Veysəlli, Gövşadlı, xüsusilə Qırmızı Bazar ətrafında gedən döyüşlərdə fərqlənmişdir.

1992-ci ilin 26 iyun tarixində Xocavənd rayonunun Tuğ kəndinin girəcəyində erməni hərbi hissələri batalyonu mühasirəyə almışdılar. Batalyon komandiri, Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov ağır yaralandığına görə döyüş meydanında köməksiz qalmışdı. Firudin Mehdiyev komandir Rasim İbrahimovun köməksiz olduğunu bildikdə, özü ilə bir qrup döyüşcü götürüb düşmən mühasirəsini yararaq, komandirə kömək göstərməyə cəhd etmişdir.

Komandir pərakəndə düşmüş hissənin mühasirədən çıxarılmasını və komandirliyi Firudinə tapşırmışdır. Firudin, 5 nəfər döyüşçü ilə birgə düşmənin atəşini üzərlərinə götürərək 600-800 əsgər və zabitin mühasirədən çıxmasına şərait yaratmışdır. 6 saatlıq döyüş zamanı Firudin Mehdiyev xeyli sayda erməni əsgərini, piyadaların 2 döyüş maşınını və 3 snayperini zərərsizləşdirmiş, özü isə qəhrəmancasına həlak olmuşdur.

vikipediya

Реклама

ŞƏHİDLƏR: RAMİZ BUDAQOV

Стандартный

Budaqov_Ramiz

Ramiz Qərib oğlu Budaqov (d.7 noyabr 1973Qazaxıstan — ö. 27 aprel 1994Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (əsgəri). 1994-cı ildə Gülçülük kəndindətabor komandirinin həyatını xilas edərək şəhid olub.

Ramiz Budaqov 1973-ci il 7 noyabr tarixində Qazaxıstan vilayətində anadan olub. Ramiz Budaqov subay idi.

Əsgər Ramiz Budaqov 1994-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində Ağdam Rayonunun Gülçülük kəndində gedən döyüş zamanı tabor komandirinin həyatını xilas edərək, özü qəhrəmancasına şəhid oldu.

vikipediya

ŞƏHİDLƏR: POLKOVNİK VÜQAR YUSİFOV

Стандартный

Vüqar_Yusifov.jpg

Vüqar Nurəddin oğlu Yusifov (d. 2 noyabr 1976ŞəmkirAzərbaycan — ö. 2 aprel 2016GoranboyAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (polkovniki). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. ö

Vüqar Yusifov 1976-cı ilin 2 noyabr günündə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedən Vüqar Yusifov 1993-cü ildə həmin məktəbi bitirdi. Elə həmin il Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar Yusifov 1997-ci ildə leytenant rütbəsi aldı və bir il sonra həmin hərbi ali məktəbi bitirdi.

Vüqar Yusifov  2006-cı ildə isə ailə həyatı qurdu. Bu nigahdan onların üç övladı var idi; Ayan Yusifzadə (d. 2007), Aytən Yusifzadə (d. 2009) və Yusif Yusifzadə (d. 2014).

Polkovnik Vüqar Yusifov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Vüqar Yusifov doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və polkovnik Yusifov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vüqar Yusifov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Vətənə xidmətə görə» ordeni (III dərəcəli) ilə təltif edildi.

vikipediya