Monthly Archives: Май 2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN SULTANOV

Стандартный

Nurlan Yaşar oğlu Sultanov (31 may 1999Tovuz rayonuAzərbaycan — 5 noyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Sultanov 1999-cu il mayın 31-də Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Sultanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınQubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Sultanov noyabrın 5-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FAİQ İBADOV

Стандартный

Faiq İsmixan oğlu İbadov (31 may 1993SarıbulaqBalakən rayonu — 1 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Faiq İbadov 1993-cü il mayın 31-də Balakən rayonunun Sarıbulaq kəndində anadan olub.

1999-2010-cu illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alıb.

Ailəli idi. Bir oğlu yadigar qaldı.

Faiq İbadov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Faiq İbadov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı həlak olub. Balakən rayonunun Sarıbulaq kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İBRAHİM HÜSEYNLİ

Стандартный

İbrahim İsa oğlu Hüseynli (30 may 1992Yevlax rayonuAzərbaycan — 19 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

İbrahim Hüseynli 1992-ci il mayın 30-da Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İbrahim Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İbrahim Hüseynli oktyabrın 19-da Hadrut döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN İSMAYILOV

Стандартный

Elçin Mübariz oğlu İsmayılov (30 may 1989UcarAzərbaycan — 7 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Elçin İsmayılov 1989-cu il mayın 30-da Ucar şəhərində anadan olub.[1] 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) «Motoatıcı Taqım Komandiri» ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub. Ailəli idi. 2 oğlu yadigar qalıb.

Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət edəndən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 20 nəfəri mərhələni uğurla başa vurdu. Həmin 20 nəfərdən biri də Elçin İsmayılov olub. Xüsusi Təyinatlı Qüvvələrin heyətində dəfələrlə xarici dövlətlərdə hərbi təlimlərə qatılıb.

2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində Qrup Komandirinin müavini vəzifəsində xidmət edən Elçin İsmayılov, 2014-cü ildən həmin hərbi hissədə Xüsusi Əməliyyatlar Taborunun Komandiri vəzifəsində xidmət edib.

Elçin İsmayılov 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətində olan döyüşlərdə, həmçinin 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.

Azərbaycan Ordusunun kapitanı olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad ediləndə, ora Azərbaycan bayrağını sancanlardan biri Elçin İsmayılov idi. Elçin İsmayılov oktyabrın 7-də Füzuli döyüşləri zamanı həlak olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAUF SÜLEYMANOV

Стандартный

Rauf Allahverdi oğlu Süleymanov (29 may 1987AbasallıNeftçala rayonu – 5 oktyabr 2020Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.

Rauf Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994-2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Rauf Süleymanov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rauf Süleymanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı həlak olub. Neftçala rayonunun Abasallı kəndində dəfn edilib.

QARABAĞDA HƏLAK OLANLAR: GƏNCƏLİ VÜSƏT ƏLİYEV

Стандартный

Vüsət Həsən oğlu Əliyev (28 may 1971NərimanlıBasarkeçərGöyçə mahalı — 27 iyul 1993Gəncə şəhəriAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüsət Əliyev Göyçə mahalının Basarkeçər rayonun Nərimanlı kəndində anadan olmuşdur. Erməni işğalçıları tərəfindən dədə-baba torpaqlarından didərgin düşən Vüsət Əliyev daha sonra Gəncə şəhərində yerləşir.

Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhə bölgəsinə yollanır. 1991-ci ildən 1993-cü ilə qədər döyüşlərdə iştirak etmişdir. Ağdərə rayonunun geri alınması uğrunda gedən əks hücum zamanı ağır döyüşlərdə iştirak edir, başından qəlpə yarası alır. Yaralı olduğu halda döyüş yoldaşlarını mühasirədən çıxarmışdır. Bakı şəhərindəki hərbi hosbitala gətirilən Vüsət Əliyev 26 iyul 1993-cü il tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

VƏTƏN MHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ARAZ SEYFULLAYEV

Стандартный

Araz Elsevər oğlu Seyfullayev (28 may 2001MasallıAzərbaycan — 7 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Araz Seyfullayev 2001-ci il mayın 28-də Masallı şəhərində anadan olub. Subay idi.

Araz Seyfullayev Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Araz Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Araz Seyfullayev oktyabrın 7-də Füzuli döyüşləri zamanı həlak olub. Masallı şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏVAN ƏLİYEV

Стандартный

Rəvan Yusif oğlu Əliyev (27 may 2001Sumqayıt – 23 oktyabr 2020Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəvan Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Quba şəhərində yaşayıb. 2007-ci ildə Quba şəhər 3 saylı orta məktəbində təhsil almağa başlayıb. İkinci sinifdə oxuyanda musiqi məktəbinə qəbul olub və orada tar sinifini bitirib. Musiqi ilə bərabər futbolla da məşğul olub. Oradan fəxri fərmanlar alıb. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.

5 iyul 2019-cu ildə hərbi xidmətə başlayıb. Yevlax şəhərində yerləşən Dövlət Sərhəd Qoşunlarında xidmət edib. İkinci Qarabağ müharibəsi başlayanda Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər döyüşlərə gedə bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və altı əsgər müharibəyə könüllü olaraq qoşulub.

Zəngilan uğrunda gedən döyüşlərdə yeddi könüllü əsgərin hamısı həlak olub. Sərhəd Qoşunlarının ilk şəhidləri onlar olublar. Oktyabrın 23-də şəhid olub və 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ASİM ABBASOV

Стандартный

Asim Rasim oğlu Abbasov (26 may 1987Hacırüstəmliİmişli rayonuAzərbaycan SSR — 28 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Asim Abbasov 1987-ci il mayın 26-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub.

Asim Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun çavuşu olan Asim Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Asim Abbasov sentyabrın 28-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RUSLAN ABBASOV

Стандартный

Ruslan Hikmət oğlu Abbasov (25 may 2000SahilQaradağ rayonuAzərbaycan — 14 oktyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ruslan Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.

2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə də, iyun ayında Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissələrdən birinə dislokasiya olumuşdur.

Azərbaycan Ordusunun çavuşu olan Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində həlak olmuşdur.

Şəhid 16 oktyabrda doğulduğu rayona gətirilərək, Lökbatan qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.