Daily Archives: 11.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RUSLAN HÜSEYNOV

Стандартный

Ruslan Vəli oğlu Hüseynov (11 may 1998Beyləqan rayonuAzərbaycan — 1 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Ruslan Hüseynov 1998-ci il mayın 11-də Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Ruslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ruslan Hüseynov noyabrın 1-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində həlak olub.

Реклама

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: YUSİF BAYRAMOV

Стандартный

Yusif Bayramov (11 may 1966Laçın rayonu – 21 aprel 1994HoradizFüzuli rayonu) — Qarabağ müharibəsi iştirakçısı.

Yusif Əli oğlu Bayramov 11 may 1966-cı ildə Laçın rayonunda andan olub. 1973-1981-ci illərdə Laçın rayonundakı 1 saylı orta məktəbdə təhsil alıb. Sonra 127 saylı TPM-ə daxil olub. 1984-cü ildə traktorçu –maşinist ixtisası ilə TPM-ni bitirib.

1984-1986-cı illərdə Sverdlovsk şəhərində həqiqi hərbi xidmət çəkib. Hərbi xidmətini başa vurduqdan sonra Laçına qayıdıb və əvvəlcə Laçın qaz tikinti idarəsində, sonra isə tikinti idarəsində qaynaqçı işləyib.

1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına təcavüzü başlayanda Laçın rayonunda yaradılan könüllü hərbi dəstələrdə, sonra könüllü özünümüdafiə batalyonunun tərkibində erməni quldur birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak edib. Yusif Laçın rayonunun Tığıkl, Tığıkll, Zerti, Alxaslı, Mişni, Pircahan, Qoşasu, Qorçu, Ərikli, Vağazin kəndləri uğrunda gedən döyüşlərdə şəxsi igidlik göstərib. Dəfələrlə düşmən arxasına kəşfiyyata gedib.

1992-ci ildə Laçın rayon DİN-nin PPX batalyonuna sıravi heyətə işə qəbul edilib. 1993-cü il martın 26-da Kəlbəcər və Laçın rayonlarının sərhəddində — Tumel deyilən yerdə Milli ordumuz iri birləşmələrin mühasirəsinə düşən vaxt Yusif erməni quldurlarının arxasına keçə bilir, qrantamyotla 3 ədəd ağır texnikanı və 30-a yaxın erməni yaraqlısını məhv edərək, mühasirəyə düşmüş ordu hissələrimizin mühasırədən çıxmasına səbəb oldu. Əli kişinin oğlu Zakir 1988-1992, Nəsib 1988-1993, Xaqani 1993-1994-cü illərdə erməni təcavüzkarlarına qarşı müharibədə iştirak edib.

Füzuli Horadiz-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı Yusif bu rayonların kəndlərinin azad olunmasında qəhrəmanlıqla vuruşub.

21 aprel 1994-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən ağır döyüşdə igidliklə döyüşərək həlak olmuşdur. Subay idi. Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.