Daily Archives: 03.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏD ABDULLAYEV

Стандартный

Məhəmməd Ramazan oğlu Abdullayev (3 may 1992TalalarBalakən rayonu — 16 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Məhəmməd Abdullayev 1992-ci il mayın 3-də Balakən rayonunun Talalar kəndində anadan olub.

1998-2009-cu illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb.

Məhəmməd Abdullayev 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Məhəmməd Abdullayev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı həlak olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FAMİL ƏLİZADƏ

Стандартный

Famil Habil oğlu Əlizadə (3 may 1999ƏrkivanMasallı rayonu — 21 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

2005-2016-cı illərdə Ərkivan qəsəbəsinin tam orta məktəbində, 2016-2017-ci illərdə Bakı şəhərində 2 saylı peşə məktəbində təhsil alıb.

Famil Əlizadə 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Famil Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Oktyabrın 21-də şiddətli Füzuli döyüşlərində həlak olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn edilib.