Daily Archives: 02.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR MƏMMƏDOV

Стандартный

Anar Elşad oğlu Məmmədov (2 may 1986SabirabadAzərbaycan SSR — 20 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Anar Məmmədov 1986-cı il mayın 2-də Sabirabad şəhərində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı yaralansa da, bir gün hospitalda müalicə aldığdan sonra döyüş meydanına geri dönüb. Anar Məmmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, sonda bir gülləsi qalanda isə onu özünə vuraraq həlak olub. Sabirabad rayonunun Cavad kəndində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AĞAMİRZƏ QULİYEV

Стандартный

Quliyev Ağamirzə İlham oğlu (2001 və ya 2 may 2001Gəncə – 2020 və ya 6 noyabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ağamirzə Quliyev 2 may 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinə daxil olmuşdur, daha sonradan Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəb-liseyinə qəbul edilmişdir. Yaşayış yerinin dəyişməsi səbəbi ilə 21 saylı məktəbdə təhsil almış, 2018-ci ildə Səməd Vurğun adına 41 saylı tam orta məktəbdən məzun olmuşdur.

Ailədə 3 uşaq olmuşlar: 1 bacı və 2 qardaş. Evin böyük oğlu idi.

2 may 2019-cu ildə 18 yaşını tamamlamış və iyulun 5-i hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd döyüşlərində həlak olmuşdur.

19 noyabr 2020-ci il tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.