Mİrşahin Operativ Qərargaa müraciət edib. Stalinin 1941-ci ildə xalqa müraciətinə oxaşayır.
«Bu gün Operativ Qərargahın brifinq keçirəcəyi gözlənilir. Bayram günlərində tam qapanma tələb edirəm! Bir vətəndaş kimi! Az-çox tanınan bir jurnalist kimi! İnsan kimi!”
Mirşahin, əlbəttə, vətəndaşdır, şəxsiiyyət vəsiqəsi də var, xarici pasportu da, banklarda əmanətləri də, daşınmaz əmlakı da. Vətəndaşdır, təsdiq edirəm! Bir məşhur salyanlının dediyi kimi, Mirzə Baqi tərəfdən etiraz yoxdur!
Az-çox tanınan jurnalist olduğu da şübhəsizdir. Əslində az yox, çox tanınıb, hərçənd az tanınsaydı, daha yaxş olardı, yəni belə ad çıxarınca can çıxarmaq yaxşıdır. Xalq belələri barədə deyir: “Sənı tanımayana…”
Ancaq “insanam” iddiasını çətin ki, Azəribaycan xalqı qəbul edər. A kişi, sənin haran insandır, nəyin insandır? Səndə insanlıq qalıb?
Başqa bir salyanlının dediyi kimi, sözümün sonunda barmağımı qaldırıb deyirəm: Mirşahin qapansın! Operatiiv qapansın! Birdəfəlik qapansın!
Mirzə Cəlil
09. 05. 2021, Samara
Для отправки комментария необходимо войти на сайт.