Daily Archives: 28.05.2021

QARABAĞDA HƏLAK OLANLAR: GƏNCƏLİ VÜSƏT ƏLİYEV

Стандартный

Vüsət Həsən oğlu Əliyev (28 may 1971NərimanlıBasarkeçərGöyçə mahalı — 27 iyul 1993Gəncə şəhəriAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüsət Əliyev Göyçə mahalının Basarkeçər rayonun Nərimanlı kəndində anadan olmuşdur. Erməni işğalçıları tərəfindən dədə-baba torpaqlarından didərgin düşən Vüsət Əliyev daha sonra Gəncə şəhərində yerləşir.

Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhə bölgəsinə yollanır. 1991-ci ildən 1993-cü ilə qədər döyüşlərdə iştirak etmişdir. Ağdərə rayonunun geri alınması uğrunda gedən əks hücum zamanı ağır döyüşlərdə iştirak edir, başından qəlpə yarası alır. Yaralı olduğu halda döyüş yoldaşlarını mühasirədən çıxarmışdır. Bakı şəhərindəki hərbi hosbitala gətirilən Vüsət Əliyev 26 iyul 1993-cü il tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

VƏTƏN MHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ARAZ SEYFULLAYEV

Стандартный

Araz Elsevər oğlu Seyfullayev (28 may 2001MasallıAzərbaycan — 7 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Araz Seyfullayev 2001-ci il mayın 28-də Masallı şəhərində anadan olub. Subay idi.

Araz Seyfullayev Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Araz Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Araz Seyfullayev oktyabrın 7-də Füzuli döyüşləri zamanı həlak olub. Masallı şəhərində dəfn edilib.