Daily Archives: 21.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TALEH YUSİFOV

Стандартный

Taleh Valeh oğlu Yusifov (21 may 1992BakıAzərbaycan — 10 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Taleh Yusifov 1992-ci il mayın 21-də Bakı şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Taleh Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Yusifov oktyabrın 10-da Füzuli döyüşləri zamanı həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GÜLƏDDİN ŞAHBABABAYEV

Стандартный

Güləddin Zəfər oğlu Şahbabayev (21 may 2001Şabran rayonuAzərbaycan — 17 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Güləddin Şahbabayev 2001-ci il mayın 21-də Şabran rayonunun Düz Bilici kəndində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Güləddin Şahbabayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Güləddin Şahbabayev oktyabrın 17-də Füzuli döyüşləri zamanı həlak olub. Şabran rayonunda dəfn edilib.