Daily Archives: 04.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ARƏSTƏ BAXIŞOVA

Стандартный

Arəstə Kərim qızı Baxışova (4 may 1989XaçmazAzərbaycan SSR — 23 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşer.

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub.[1] Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində «İngilis dili» üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.

Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı FüzulininZəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı həlak olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHİN HÜSEYNLİ

Стандартный

Şahin Vaqif oğlu Hüseynli (4 may 1995BeyləqanAzərbaycan — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Şahin Hüseynli 1995-ci il mayın 4-də Beyləqan şəhərində anadan olub. 2002-2013-cü illərdə Beyləqan şəhərində R. Abbasov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb.

Şahin Hüseynli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şahin Hüseynli sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAUF İBADOV

Стандартный

İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub.

2002-2013-cü illərdə 2 saylı orta məktəbdə, 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil almışdı.

2017-2018ci illərdə 708 saylı MO hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətdə nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunmuş, və hərbi hissə komandiri tərəfindən qol saatı hədiyə olaraq verilmişdir.

Uşaq vaxtından rəsmə və incəsənətə olan marağını məktəb və institut dövrlərində olduğu kimi, əsgərlik dövründən sonra da davan etdirmişdir. Universitetdə ilk sərgi Raufun rəsm əsərləri ilə təşkil olunmuşdur və digər müsabiqələrdə iştirak edərək 15ə yaxın fəxri fərmanlarla təltif olunmuşdur.

2020 iyul ayındakı Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşmüşdür. 

2020ci il sentyabr ayın 21-dən cəbhəyə yola salınmışdır.

Sentyabr ayının 27sindən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə, Rauf manqa komandiri təyin olunmuşdur.

Hadrut meşəliyində gecə saatlarında, bütün heyət mühasirəyə düşmüş və 6 şəhid vermişlər və Şəhidlərimizdən birinin cəsədini Rauf çiyninə alaraq 20 kilometrlik məsafədə yerləşən arxa posta çatdırıb. Səhərə yaxın gəlib öz mövqeyinə çatmışdır və bunlara baxmayaraq, o komandirlərinə ön cəbhədə vuruşacağını və yeni post alacağını dəfələrlə söyləmişdir. Bu müddət ərzində o gizir vəzifəsinə təyin olunmuş və 052 saylı briqadaya rabitəçi təyin olunmuşdur.

Son məlumata görə, 23 oktyabr tarixində, Laçın Dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv etmiş və qəhramancasına həlak olmuşdur. Cəsədləri bir neçə gün neytral ərazilərdə qalmış və atəşkəs elan olunduqdan sonra cəsədləri neytral ərazidən çıxarılmışdır.

30 oktyabr 2020-ci il tarixində, Abşeron rayon, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.