
Faiq İsmixan oğlu İbadov (31 may 1993; Sarıbulaq, Balakən rayonu — 1 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Faiq İbadov 1993-cü il mayın 31-də Balakən rayonunun Sarıbulaq kəndində anadan olub.
1999-2010-cu illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alıb.
Ailəli idi. Bir oğlu yadigar qaldı.
Faiq İbadov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Faiq İbadov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı həlak olub. Balakən rayonunun Sarıbulaq kəndində torpağa tapşırılıb.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.