Daily Archives: 15.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XAQANİ MƏMMƏDOV

Стандартный

Xaqani Mürşüd oğlu Məmmədov (15 may 2000KürdəmirAzərbaycan — 2 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xaqani Məmmədov 2000-ci il mayın 15-də Kürdəmir şəhərində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Xaqani Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xaqani Məmmədov noyabrın 2-də Xocavənd döyüşləri zamanı həlak olub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RÖVŞƏN TƏHMƏZOV

Стандартный

Rövşən Təhməzov (tam adı: Rövşən Zahid oğlu Təhməzov, 15 may 1997SumqayıtAzərbaycan – 8 oktyabr2020) Röv— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Rövşən Təhməzov 15 may 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

Rövşən Təhməzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.