Rəvan Yusif oğlu Əliyev (27 may 2001, Sumqayıt – 23 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Rəvan Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Quba şəhərində yaşayıb. 2007-ci ildə Quba şəhər 3 saylı orta məktəbində təhsil almağa başlayıb. İkinci sinifdə oxuyanda musiqi məktəbinə qəbul olub və orada tar sinifini bitirib. Musiqi ilə bərabər futbolla da məşğul olub. Oradan fəxri fərmanlar alıb. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.
5 iyul 2019-cu ildə hərbi xidmətə başlayıb. Yevlax şəhərində yerləşən Dövlət Sərhəd Qoşunlarında xidmət edib. İkinci Qarabağ müharibəsi başlayanda Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər döyüşlərə gedə bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və altı əsgər müharibəyə könüllü olaraq qoşulub.
Zəngilan uğrunda gedən döyüşlərdə yeddi könüllü əsgərin hamısı həlak olub. Sərhəd Qoşunlarının ilk şəhidləri onlar olublar. Oktyabrın 23-də şəhid olub və 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.
Для отправки комментария необходимо войти на сайт.