Daily Archives: 30.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İBRAHİM HÜSEYNLİ

Стандартный

İbrahim İsa oğlu Hüseynli (30 may 1992Yevlax rayonuAzərbaycan — 19 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

İbrahim Hüseynli 1992-ci il mayın 30-da Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İbrahim Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İbrahim Hüseynli oktyabrın 19-da Hadrut döyüşləri zamanı həlak olub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN İSMAYILOV

Стандартный

Elçin Mübariz oğlu İsmayılov (30 may 1989UcarAzərbaycan — 7 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Elçin İsmayılov 1989-cu il mayın 30-da Ucar şəhərində anadan olub.[1] 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) «Motoatıcı Taqım Komandiri» ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub. Ailəli idi. 2 oğlu yadigar qalıb.

Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət edəndən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 20 nəfəri mərhələni uğurla başa vurdu. Həmin 20 nəfərdən biri də Elçin İsmayılov olub. Xüsusi Təyinatlı Qüvvələrin heyətində dəfələrlə xarici dövlətlərdə hərbi təlimlərə qatılıb.

2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində Qrup Komandirinin müavini vəzifəsində xidmət edən Elçin İsmayılov, 2014-cü ildən həmin hərbi hissədə Xüsusi Əməliyyatlar Taborunun Komandiri vəzifəsində xidmət edib.

Elçin İsmayılov 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətində olan döyüşlərdə, həmçinin 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.

Azərbaycan Ordusunun kapitanı olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad ediləndə, ora Azərbaycan bayrağını sancanlardan biri Elçin İsmayılov idi. Elçin İsmayılov oktyabrın 7-də Füzuli döyüşləri zamanı həlak olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

vikipediya