Daily Archives: 13.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ROYAL TAĞIYEV

Стандартный

Röyal Tağı oğlu Tağıyev (13 may 1995QubalıbalaoğlanHacıqabul rayonu – 6 oktyabr 2020HadrutXocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Röyal Tağıyev 13 may 1995-ci ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olub.

Röyal Tağıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Röyal Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbrayıl döyüşləri zamanı vuruşaraq həlak olmuşdur. Röyal Tağıyev Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində dəfn edilmişdir.