Monthly Archives: Сентябрь 2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NƏCƏF HÜSEYNOV

Стандартный

Nəcəf İlqar oğlu Hüseynov (30 sentyabr 1992ArıqıranGədəbəy rayonu – 30 sentyabr 2020Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi.

Nəcəf Hüseynov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və sentyabrın 30-da həlak olub. Gədəbəy rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AMİN SƏFƏRLİ

Стандартный

Amil Nizami oğlu Səfərli (29 sentyabr 1994İmişli rayonu – 5 noyabr 2020Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞƏHRİYAR AĞAMALYEV

Стандартный

Şəhriyar Əvəz oğlu Ağamalıyev (28 sentyabr 1989HacıqabulAzərbaycan SSR — 30 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Leytenant Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da Murovdağ döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ALİM MƏHƏMMƏDOV

Стандартный

Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001FındıqlıZaqatala rayonu – 27 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.

Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən  hərbi hissəsində xidmət edirdi.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 27-də Füzuli döyüşlərində həlak olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN DADAŞOV

Стандартный

Nurlan Səyyad oğlu Dadaşov (27 sentyabr 2001QarasaqqalKürdəmir rayonu – 2 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Səyyad oğlu Dadaşov 27 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. 2007-2018-ci illərdə Qarasaqqal kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Nurlan artıq bir ilin əsgəri idi. O, Murovdağ, Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə igidliklə iştirak edib.  Oktyabrın 2-də həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏDƏT QƏNBƏROV

Стандартный

Mədət Əzim oğlu Qənbərov (26 sentyabr 1995Ağdam rayonuAzərbaycan — 17 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mədət Qənbərov 26 sentyabr 1995-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Əslən Ağdam rayonunun Mollalar kəndindəndir. Kənd işğal olunduqdan sonra Mədətin ailəsi məcburi köçkün həyatı sürmüşlər. Mədət Qənbərov 2001-2012-ci illərdə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbdə və Ağdam rayon İmamqulubəyli qəsəbə tam orta məktəbdə təhsil almışdır. 2017-ci illərdə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra 2018-2019-cu illərdə Ağdam rayon 69 nömrəli tam orta məktəbdə  çalışmışdır. Subay idi.

Mədət Qənbərov 2017-ci ildə hərbi xidmətə çağırılmışdır.  2018-ci ildə hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam etmişdir.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından  Mədət Qənbərov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.  2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində  atıcı olaraq iştirak etmişdir. 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR ƏZİZLİ

Стандартный

Elnur Şahin oğlu Əzizli (d. 25 sentyabr 2000; Biləsuvar rayonu — ö. 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu.

Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur.

Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına həlak olmuşdur.

Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarlığında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSKƏNDƏR DÖVLƏTLİ

Стандартный

İskəndər Vüqar oğlu Dövlətli (24 sentyabr 1992SoruLerik rayonuAzərbaycan — 30 oktyabr 2020HadrutXocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində həlak olmuşdur.

İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat etmişdir.

Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər gizir rütbəsi almışdır.

İskəndər Dövlətli 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 30 oktyabr 2020-ci ildə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLMUŞDUR: ASLAN ƏLİYEV

Стандартный

Aslan Elman oğlu Əliyev (23 sentyabr 2001; HacıalılıGöyçayAzərbaycan — 7 noyabr 2020; XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin əsgər‘i, Vətən müharibəsi şəhidi.

Aslan Əliyev 23 sentyabr 2001-ci ildə Göyçay rayonunun Hacıalılı kəndində dünyaya gəlib.

2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Aslan Əliyev Xocavənd döyüşlərində iştirak etmiş, 7 noyabr 2020-ci ildə yarasındanhəlak olmuşdur. Göyçayda dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RÜSTƏM TURABOV

Стандартный

Rüstəm Fərman oğlu Turabov (22 sentyabr 1998GüzdəkAbşeron rayonuAzərbaycan — 15 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,

Rüstəm Turabov 22 sentyabr 1998-ci ildə Abşeron rayonunun Güzdək qəsəbəsində Fərman Turabovun ailəsində anadan olmuşdur.  2004-2015-ci illərdə orta təhsil almışdır.

Rüstəm Turabov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar  29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

CəbrayılınXocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rüstəm Turabov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonunda dəfn edilmişdir.