Daily Archives: 08.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN NƏHMƏTOV

Стандартный

Ceyhun Ehtiqad oğlu Nəhmətov (8 sentyabr 1994Mərdəkan – 8 noyabr 2020AğbəndZəngilan rayonu

2016-cı ildə Dövlət Sərhəd Xidməti Akademiyasını leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır. 2018 ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etmişdir. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsində  xidmətini davam etdirmişdir. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən  döyüşlərdə Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak eləmişdir Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam eləmişdir. 8 Noyabr 2020 ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə həlak olmuşdur. 8 Noyabr 2020-ci ildə Bakı şəhəri 3-cü Fəxri Xiyabanda dəfn edilmişdir.

Реклама