Daily Archives: 09.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAARİF ƏLİYEV

Стандартный

Maarif Təbriz oğlu Əliyev (9 sentyabr 1994NeftçalaAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Maarif Əliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.

Maarif Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı FüzulininHadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub. Neftçala şəhərində dəfn edilib.

Реклама