Daily Archives: 04.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HÜMBƏT YAQUBOV

Стандартный

Hümbət Mərhəmət oğlu Yaqubov (4 sentyabr 1998MeynimanHacıqabul rayonuAzərbaycan — 27 oktyabr 2020Qırmızı BazarXocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hümbət Yaqubov 20172019-cu illərdə  həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra  səfərbər olunmuş və hərbi təlim toplantılarına çağırılmışdır.

 Hümbət Yaqubov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 15 oktyabr tarixindən pulemyotçu olaraq  CəbrayılınFüzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Həmin ilin 30 noyabr tarixində Hacıqabulda dəfn edilmişdir.

Реклама