Daily Archives: 15.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSABALA HÜSEYNOV

Стандартный

İsabala Hüseynov (tam adı: İsabala Ceyhun oğlu Hüseynov; 15 sentyabr 2001BakıAzərbaycan — 4 noyabr 2020LaçınAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

İsabala Hüseynov 2001-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub.  2007-2018-ci illərdə 318 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu illərdə isə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə 16 nömrəli Bakı Peşə Liseyində «Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər» ixtisası üzrə təhsil alıb. Subay idi.

İsabala Hüseynov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən  hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininZəngilanın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsabala Hüseynov noyabrın 4-də Laçın döyüşləri zamanı həlak olub. Suraxanı rayonunun Əmircan qəsəbəsində dəfn edilib.

Реклама