Hüseyn Qəribzadə (tam adı: Hüseyn Qədir oğlu Qəribzadə; 6 sentyabr 2001; Şəmkir, Azərbaycan — 28 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Hüseyn Qəribzadə 2001-ci il sentyabrın 6-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Çinarlı qəsəbəsinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi.
Hüseyn Qəribzadə 2019-cu ildən həqiqi hərbi xidmətdə idi.
Hüseyn Qəribzadə 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Sentyabrın 28-də Füzuli döyüşləri zamanı həlak olub. Şəmkir rayonunda dəfn edlib.
Для отправки комментария необходимо войти на сайт.