Daily Archives: 21.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSAX VERDİYEV

Стандартный

İsax Ədalət oğlu Verdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Verdiyev İsax Ədalət oğlu 1997-ci il sentyabrın 21-də Tərtər rayonunda anadan olub. Evin tək övladı idi. 5 dil bilən İsax İqtisad Universitetində oxuyarkən savadına görə 1 illik Türkiyədə təhsil almağa göndərilib. Ailəli idi, bir oğlu var.

İsax Verdiyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində  könüllü iştirak edib.  05.10.2020-ci ildə Füzuli rayonu istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub.

Реклама