Daily Archives: 22.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RÜSTƏM TURABOV

Стандартный

Rüstəm Fərman oğlu Turabov (22 sentyabr 1998GüzdəkAbşeron rayonuAzərbaycan — 15 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,

Rüstəm Turabov 22 sentyabr 1998-ci ildə Abşeron rayonunun Güzdək qəsəbəsində Fərman Turabovun ailəsində anadan olmuşdur.  2004-2015-ci illərdə orta təhsil almışdır.

Rüstəm Turabov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar  29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

CəbrayılınXocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rüstəm Turabov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonunda dəfn edilmişdir.

Реклама