Daily Archives: 10.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ASİF QƏRİBOV

Стандартный

Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000Əli-Bayramlı – 30 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi.

Asif Qəribov 2019-cu ilin oktyabr ayında  həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Реклама