Daily Archives: 28.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞƏHRİYAR AĞAMALYEV

Стандартный

Şəhriyar Əvəz oğlu Ağamalıyev (28 sentyabr 1989HacıqabulAzərbaycan SSR — 30 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Leytenant Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da Murovdağ döyüşləri zamanı həlak olub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ALİM MƏHƏMMƏDOV

Стандартный

Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001FındıqlıZaqatala rayonu – 27 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.

Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən  hərbi hissəsində xidmət edirdi.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 27-də Füzuli döyüşlərində həlak olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb.