Daily Archives: 11.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ÜLVİ KƏRİMOV

Стандартный

Ülvi Rövşən oğlu Kərimov (11 sentyabr 1988SalahlıYevlax rayonu – 16 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Ülvi Kərimov 2005-2006-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Ağstafa rayonu yerləşən  hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Bir müddət sonra cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmətini davam edib. 2016-cı ildən snayper, idi. 2018-ci ildən isə manqa momandiri idi.

Kiçik çavuş Ülvi Kərimov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Kərimov oktyabrın 16-da Suqovuşan döyüşlərimdə həlak olub. Yevlax rayonunun Salahlı kəndində dəfn edilib.

Реклама