Daily Archives: 03.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLƏKBƏR ƏLƏSGƏROV

Стандартный

Ələkbər İsgəndər oğlu Ələsgərov (3 sentyabr 1998BakıAzərbaycan — 1 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ələkbər Ələsgərov 3 sentyabr 1998-ci ildə Bakı şəhərində Kubinkada anadan olmuşdur. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olmuşdur. Nişanlı idi.

Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon N saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət çəkmişdir.

Ələkbər Ələsgərov general Polad Həşimov‘un ölümündən sonra könüllü orduya yazılmışdır.  2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Hökməli qəbiristanləğında dəfn edilib. 

Реклама