Elşən Habil oğlu Müslümov (azərb. Müslümov Elşən Habil oğlu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu,
Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995-ci ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Əslən Ağsu rayonunun Kalva kəndindəndir. Təhsilini 2002-ci ildə 286 saylı tam orta məktəbdə alıb. 2011- ci ildə Bakı Humanitar Kollecin «Turizm və otellərin idarə olunması» fakultəsinə daxil olub. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini 2016- cı ildə başa vurmuşdur.
Elşən Müslümov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmiş, 8 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
13 oktyabrda Bakıda II Fəxri Xiyabanda dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.