Daily Archives: 17.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURAL MƏMMƏDOV

Стандартный

Tural Elxan oğlu Məmmədov (17 sentyabr 1990Qazax rayonu – 27 sentyabr 2020Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Tural Məmmədov 1990-cı il sentyabrın 17-də Qazax rayonunun Qızılhacılı kəndində anadan olub. 1996-2007-ci illərdə Qazax şəhərində S. Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Tural Məmmədov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsinin birinci günü  Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. 11.12.2020-ci il tarixində Qazax rayonunda dəfn edilib.

Реклама