Monthly Archives: Август 2020

CƏNAB NAZİR, RAYONLARI BİRDƏN ALMAYIN, BİR-BİR ALIN…

Стандартный

Ceyhun_Bayramov

Qubadlının işğalı ölkədə geniş qeyd edilir. Xüsusən kütləvi informasiya vasitələri bu günü Novruzu, Şaxta babanı gözlədikləri kimi gözləyirlər. Məəsələn, Teleqraf.com saytında Qubadlının işğalı haqqında məlumat gecə saat 12 tamam olan kimi yerləşdirilib. Yəqin bütün redaksiya kompütüerlərin arxasında oturub vaxtı izləyirmiş.

Məşədi İbad demişkən, çox gözəl, çox pakizə!
Ancaq ən xoş xəbəri xarici işlər naziri Ceyhun Bayramov verib. Bu cənab belə deyib: “Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək».

Yəqin Qubadlı qaçqınları bunu eşidəndə “Uzundərə” oynatıblar. Qubadlı qaçqınları qocaldıqlarından, həm də ürəkəri yaralı olduğuna görə şıdırğı havaları oynaya bilmirlrər. Elə “Uzundərə” oynayırlar…

Cənab Bayramov! Torpaqların hamısını birdən almayın, növbə ilə alın, yavaş-yavaş alın. Çünki bu rayonlarda alınanda onların təntənəli açılışı olacaq, əlahəzrət prezident şəxsən özü gedib qırmızı lent kəsəcək. Ona görə prezident yorulmasın deyə, rayonları bir-bir, iki-üç aylıq fasilə ilə alın. Həm də qaçqınlar qocalıblar, xəstədirlər. Onların birdən-birə sevinclə çox yükləmək olmaz…

Yaşasın Xarici işlər nazirliyi!

Yaşasın Qubadlı qaçqınları!

Yaşasın AzTV!
Mirzə ƏLİL

31.08. 2020, Samara

«QƏDİRLİ NÜMUNƏVİ ƏR İDİ…»

Стандартный

gav

Real deputat Erkin Qədirli də qatıqlamağa başlayıb. Bugünkü qatıqlamasında deyib ki, filan-filan sənədlərə görə, filan-filan tarixlərə görə Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxa bilməz.

Erkin Qədirli “12 stul” romanındakı şair Nikifor Lyapsis-Trubetskoyu xatırladır. Ostap Bender onun altından stulu çəkib aparır, Nikifor deyr “apara bilməzsən”, Ostap da deyir  “aparıram ki!” 

A kişi, necə çıxa bilməz, çıxıb da! Neyləyəcəksən o tarixlərlə, o sənədlərlə?

A kişi, otur yerində, danışıb özünü biabır eləmə. Azdan-çoxdan hörmətin var, onu da itirərsən. Qoy heç olmasa səni xatırlayanlar desinlər ki, “Qavrila (Qədirli) sadiq ər idi…”

Mirzə ƏLİL

30.08. 2020, Samara

AZƏRBAYCAN SSR-İN RAYONLARA BÖLÜNMƏYİ — 30 AVQUST 1930

Стандартный

1

1930-cu ildə Azərbaycan SSR-də 10 dairə (Bakı, Gəncə, Zaqatala, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şəki (Nuxa), Şirvan (Göyçay))mövcud idi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə respublika ərazisi 63 rayona bölündü. 1931-ci ilin fevralında bəzi rayonlar ləğv edilərək yeniləri yarandı, bununla əlaqədar onların sayı 47-yə endi. (Hacıkənd, Əliabad, Ağsu, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilmiş, Hil, Gəncə, İsmayıllı, Nuxa və Şaumyan rayonları yaradılmışdır.

1931-ci ilin fevralında bəzi rayonlar ləğv edilərək yeniləri yarandı, bununla əlaqədar onların sayı 47-yə endi. (Hacıkənd, Əliabad, Ağsu, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilmiş, Hil, Gəncə, İsmayıllı, Nuxa və Şaumyan rayonları yaradılmışdır. «1931-ci ilin oktyabrında Petropavlovsk kəndi «Sabirabad şəhəri» adlandırılır. 1933-cü ilin martında yenidən Qubadlı rayonu, 1934-cü ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları təşkil edildi. 1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirildi. 1938-1939-cu illərdə Azərbaycanın inzibati-ərazi bölgüsündə əsaslı dəyişikliklər edildi. 1938-ci ilin iyulunda Qaradonlu rayonunun adı dəyişdirilərək «İmişli» edildi, Hil — «Qusar», Zuvand- «Lerik», Biləsuvar-«Puşkin», Nərimanov-«Xanlar», Veryaduz-«Yardımlı» adlandırıldı. 1938-ci ildə Annino kəndi «Şamxor şəhəri», Goranboy kəndi «Qasım İsmayılov qəsəbəsi», Yelenendorf kəndi «Xanlar şəhəri», Zubovka kəndi «Əli Bayramlı» şəhəri adlandırıldı. 1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yaradıldı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizaq və Corabert rayonları «Hadrut» və «Mardakert» rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov və İsmayıllı rayonları yaradıldı. 1939-cu ildə Hacıqabul şəhəri «Qazıməmməd» adlandırıldı. 1940-cı ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları təşkil edildi. 1943-cü ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaradıldı. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Əbrəqunis rayonu ləğv edildi. 1949-cu ilin avqustunda Tərtər rayonu «Mir-Bəşir» rayonu adlandırıldı.

HİKMƏT HACIYEVİ TƏCİLİ ATASIYLA GÖRÜŞDÜRÜN!

Стандартный

trend_hikmet_haciyev_300620_5

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev altı aydır ki, atasını görmür. Ata ayrılığı çox ağır dərddir. Mərhum şeyx Seyid Şərafətdin Səlyani demişdi ki, bir insan əgər atasını altı ay görməz, onun əqli başından kənar olar.

Yəni ağlı başından çıxar.

Biz demirik ki, Hikmət Hacıyevin ağlı başından çıxıb. Ancaq görünür ki, bu istiqamətdə proseslər gedir. Baxın görün Hacıyev nə deyir:

 “Ermənistan rəhbərliyi Tovuz hadisələrini guya özləri üçün dırnaqarası qələbə kimi təqdim etməyə çalışır”.

Necə yəni “dırnaqarası?  Necə yəni “guya”? Əgər bir qotur kapitan iki dılğır əsgərlə öz ərazimizdə bizim polad generalımızı, polkovnikimizi, mayorumuzu öldürürsə, bu, qələbə deyilmi? Bəs qələbə necə olur?

Görün sonra Hacıyev nə deyir:

Azərbaycanın Ermənistanla dövlət sərhədi boyunca hər hansı hərbi məqsədi yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin məqsədi sərhədlərin toxunulmazlığının, müdafiəsinin, sərhəd yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsidir.

Necə yəni hərbi məqsədi yoxdur? Sərhədin toxunulmazlığı məqsəd deyilmi? Niyə sərhəd belə pis qorunur? Üç dılğır erməni sərhədi keçib bütün regional rəhbərliyi məhv edəndə, ordu niyə cavab vermədi? Fələstinlilərin bir sınq-salxaq raketi İsrail ərazisində bir yəhudinin bir yerini cızsa, İsrail aviasiyanı qaldırır, fələstinlilərin mövqelərini darmadağın edir, bəzən onlarla insanı qırır. Hanı Azərbaycan ordusunun cavabı? Demaqoqiya cavab deyil! Demaqoqiya avam, sadəlövh adamların gözünə kül üfürməkdir!

Cənab Hacıyev, yəqin belə cəfəngiyyatı başınız pozulduğunuza görə danışırsıbnız. Təcili Gəncəyə gedin. Ya da atanızı Bakıya gətizdirin. Bəlkə ağlınız yerinə gələr və bilərsiniz ki, Paşinyan Şuşadadır və qələbə barədə dedikləri tamamiə doğrudur.

Mirzə  ƏLİL

29.08. 2020, Samara

КОСМИЧЕСКИХ УДАЧ, АФИНА!

Стандартный

AFİNA

Выпускница средней общеобразовательной   школы «Образовательный центр» в п.г.т Рощинский Афина Мамедова, успешно сдав экзаены, поступила на социально-гуманитарный факультет Самарского государственного университета им. Королева  по направлению «Социология». Она зачислено на бюджетное место.

Поздравляем Афину и ее родителей, Илаху и Намига Мамедовых. Также выражаем благодарность замечательным педагогам Рощинской школы.

YAQUB ƏYYUBOVUN AĞZINA BİR MİLYON DOLLAR QOYUBLAR

Стандартный

Eyyubov_Yaqub_Abdulla_oğlı

Aslan İsmayılov İnternetdə xəbər yayıb ki, guya baş nazirin müavini Yaqub Əyyubov dişinə bir milyon dollar xərcləyib. Bu xəbər əslində doğrudur və eyni zamanda doğru deyil. İcazənizlə mən bunu bir yəhudi lətifəsi ilə başa salım.

“- Xaim, eşitmişəm ki, lotoreyada bir milyon dollar udmusunuz. Doğrudur?

— Tam doğru deyil.

— Necə yəni tam doğru deyil?

— Birincisi, milyon yox, min dollar. İkincisi, lotoreyada yox, kartda. Üçüncsü, udmamışam, uduzmuşam…”

İndu keçək Yaqub Əyyubova. Bir milyon dolllara Yaqub Əyyubov diş qayırtdırmayıb. Yetmiş beş yaşlı qocanın diş nəyinə lazımdır? Bir milyon dolları əlahəzrət prezident Əyyubovun ağzına qızıl-valyuta ehtiyatı kimi qoyub. Əyyubov əlli ildir hökumətdədir. Çox etibarlı adamdır. İndi banklara etibar yoxdur. Ona görə lham Əliyev ölkənin qızıl-valyuta ehtiyatlarını ən etibarlı yerlərdə saxlayır. Bir milyon da Əyyubovun ağzına qoyub. Ona görə də bir milyon məsələsi doğrudur, diş məsələsi yalandır. Biz hələ bilmirik ki, başqa məmurların,  etibar etdiyi başqa yaxınların ağzına prezident nə qədər qoyub…

Nə diş, a kişi? Əyyubov həppilim kişidir, manna sıyığıyla dolanan adamdır, dişi neynir? Nəyi, kimi dişləyəcək?

 Tələqraf.com-a istinadla
Mirzə ƏLİL

28.08. 2020, Samara

SƏRDAR CƏLALOĞLU, ÜSTÜNƏ TANKLA GƏLİRƏM!

Стандартный

Sərdar Cəlaloğlu

Ah, bu pandemiya! Ah, bu karantin! Sərhədləri bağlayıblar, qalmışıq qəfəsdə!

Sərhədlər bağlanmasaydı, mən yerimdə oturardımmı? Vallah, indi yox, bir həftə bundan qabaq tapançamı bağlardım belimə, uçardım Azərbaycana. Daha mənim səbrim tükənib, yaxşı adamlar oturub yerində, bu çaqqal-çuqqal, qarğa-quzğun düşüb Ramiz Mehdiyevin üstünə, kişini leş kimi dimdikləyirlər, cırıb-dağıdırlar.

“Dala durun, maygülülər! Əllər yuxarı!”

Tapançadan bir güllə atılan kimi bu cındırlar qaçıb dağılardılar.

Heyf, sərhəd bağlıdır!

Düzünə qalsa, mənim tapançam da yoxdur.

Açığını desəm, Bakıya getməyə pulum da yoxdur.

Azərbaycan sərhədini aşmağa pasportum da yoxdur.

Qalmışam yana-yana…

Baxıram bu Sərdar Cəlaloğluna, hansı kanaldasa yumruqlarını yelləyir aparıcı qadının gözünün qabağında. Hər yumruq mənim iki başım boydadır. Özü də adi yumruq deyil, naxçıvanlı yumruğudur. Belə yumruğun qabağına tapança ilə çıxmaq ollaz. Gərək tankla çıxasan!

İstyirəm Putinə müraciət edib bir tank istəyəm. Verər, sözümü yerə salmaz. O qədər istifadəsiz tankı var ki. Bəlkə ikisini verər. Qoşaram dallı-qabaqlı, keçərəm sərhədi, sürərəm tankları Sərdar Cəlaloğlunun qapısına, tankın lüləsini, Jvanetski demişkən, uzadaram pəncərəsinə, deyərəm: “Ramiz Mehdiyev haqqında dediklərini təkrar elə!”

Vallah, Sərdar Cəlaloğlu altını bulayar, ətrafına yumruqları boyda kömbələr qoyar…

A zalım oğlu, Ramiz Mehdiyev emissardır? Ölkəni son iyirmi ildə Ramiz Mehdiyev idarə edib? Edibsə, bəs sənin yerlilərin Kəmaləddin Heydərovu, Elçin Quliyevi kim qoyub vəzifəyə? Niyə akademiyanın yarısı naxçıvanlıdır? Milli Məclisə o qədər naxçıvanlını və yerazı kim dürtüb? Bunu da Ramiz Mehdiyev eləyib?

Gah deyirsən Mehdiyev Rusiyanın emissarıdır, gah deyirsən Amerikanın tapşırığı ilə Ramiz Mehdiyev müxalifəti basırdı dama. Rusiyanın ayrı dərdi yoxdur, elə gecə-gündüz Azərbaycanı ziyan vurmaq fikrindədir? Bəs niyə bir milyon azərbaycanlı Rusiyada Azərbaycandakından da sərbəst pul qazanır və milyardlarla dollar pul Rusiyadan Azərbaycana axır?

Əgər hər şey Ramiz Mehdiyevin əlində və ixtiyarında olubsa, sən necə “qəzet sahibi” olmusan? Pul tapmışdın?

Niyə qadınla danışanda yekə yumruqlarını yelləyirsən?

Arvadın ərə tabe olmağını Xudayar bəydən eşitmisən?

Yox, gərək, mən Putindən tank istəyəm. Minib  gələcəyəm Bakıya, tankı sürəcəyəm Sərdar Cəlaloğlunun qapısına. Lüləsini tuşlayacağam Sərdarın sərinə, yəni başına. Mərmi başına da dəyməsə. yumruğunun birinə dəyər, çünki yumruğu da başı boydadır…

Ramiz müəllim, darıxma, gəlirəm. Sən o biri nəvələrinə də toy hazırlığı gör. Tankı saxlaram mağarın  yanında, bir polis yaxın gələ bilməz…

Poka, poka…

Mirzə ƏLİL

28.08. 2020, Samara

SAMARA AZƏRBAYCANLILARI BAYNUR İSAYEİN XATİRƏSİNİ YAD EDİBLƏR

Стандартный
SAMARA AZƏRBAYCANLILARI BAYNUR İSAYEİN XATİRƏSİNİ YAD EDİBLƏR

 

bay 1

27 avqust 2020-ci ildə Samara azərbaycanıları həyatdan vaxtsız köçmüş həmvətənləri, vilayətin tanınmış işadamı Baynur İsayevin xatirəsini «Kaspi» kafesində verilən cüməaxşamı ehsanında yad ediblər.

Allah rəhmət  eləsin!bay 7bay 8bay 5

bay 4

bay 2

YOXSA DƏRD – SEVİNC DƏ BİLMƏRİK NƏDİR…

Стандартный

sent2015

Məmmədağa Əhədliyə

Leybnits deyənlər əgər doğrusa,                                                           

Başqa dünyalarla müqayisədə,

Bizim dünyamızdan yaxşısı yoxsa,

Elə bu ömür də insana bəsdir.

=======================

Çətin sevindirər davamlananda,
Zülmü ağır olar məhkəmələrin.

Sənə bu dünyada nəşə daddıran,
Hər şey orda günah sayılar yəqin.

===========================

Sevinclə keçərsə gündüzün, gecən,
Nə ağrın olarsa, azarın nə də.

Özün bu halından sən bezəcəksən,

Yoxsa dərd —  sevinc də bilinməz nədir.

==========================

Xurma kölgəsində, su qırağında,
Başımız altında gül mütəkkələr.

Yuxuya getmərik, qurdalanaq ha,

Çünki canı yormaz ağır əməklər.

============================

Şirin yuxu olar ən ümdə istək,
Bezdirər məzəsi  hurilərin də.

Yata da bilimərik yuxuda görək
Azarı, tanıyaq  dadını dərdin…

27.08. 2020, Samara