Daily Archives: 31.08.2020

CƏNAB NAZİR, RAYONLARI BİRDƏN ALMAYIN, BİR-BİR ALIN…

Стандартный

Ceyhun_Bayramov

Qubadlının işğalı ölkədə geniş qeyd edilir. Xüsusən kütləvi informasiya vasitələri bu günü Novruzu, Şaxta babanı gözlədikləri kimi gözləyirlər. Məəsələn, Teleqraf.com saytında Qubadlının işğalı haqqında məlumat gecə saat 12 tamam olan kimi yerləşdirilib. Yəqin bütün redaksiya kompütüerlərin arxasında oturub vaxtı izləyirmiş.

Məşədi İbad demişkən, çox gözəl, çox pakizə!
Ancaq ən xoş xəbəri xarici işlər naziri Ceyhun Bayramov verib. Bu cənab belə deyib: “Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək».

Yəqin Qubadlı qaçqınları bunu eşidəndə “Uzundərə” oynatıblar. Qubadlı qaçqınları qocaldıqlarından, həm də ürəkəri yaralı olduğuna görə şıdırğı havaları oynaya bilmirlrər. Elə “Uzundərə” oynayırlar…

Cənab Bayramov! Torpaqların hamısını birdən almayın, növbə ilə alın, yavaş-yavaş alın. Çünki bu rayonlarda alınanda onların təntənəli açılışı olacaq, əlahəzrət prezident şəxsən özü gedib qırmızı lent kəsəcək. Ona görə prezident yorulmasın deyə, rayonları bir-bir, iki-üç aylıq fasilə ilə alın. Həm də qaçqınlar qocalıblar, xəstədirlər. Onların birdən-birə sevinclə çox yükləmək olmaz…

Yaşasın Xarici işlər nazirliyi!

Yaşasın Qubadlı qaçqınları!

Yaşasın AzTV!
Mirzə ƏLİL

31.08. 2020, Samara

Реклама