Daily Archives: 21.08.2020

VİLAYƏT EYVAZOVLA QƏŞƏM NƏCƏFZADƏNİN TELEFON SÖHBƏTİ

Стандартный

Qəşəm_Nəcəfzadə

Allo! Qəşəm Nəcəfzadədir?

— Bəli, mən görkəmli şair Qəşəməm. Zəng hardandır?

— Vilayətdən.

— Nə vilayət, a kişi. Məni dolayırsan? Azərbaycanda vilayət var? Bir vilayət vardı, onu da, türkün məsəli, ermənilər zad elədilər. Bəlkə sən Türkmənistandan zəng vurursan?

-Şair, mən o vilayətlərdən deyiləm!

— Rəhmətliyin oğlu, indi cən mənimlə Məşədi İbadı oynayacaqsan? «Yox, mən o məcnunlardan deyiləm…» Qoçaq, bəs sən hansı vilayətlərdənsən?

— Qəşəm şair, Vilayət mənim adımdır. Özüm də general-polkovnikəm.

— Vallah, sən məni yenə dolayırsan. Sən generalsan ya polkovnik?

— Mən general-polkovnikəm. Yəni genaralın kvadratı, kubu. Yəni ən yuxarı rütbədəyəm. Bunu ancaq naxçıvanlılara verirlər. Özüm də nazirəm. Nazir Vilayət Eyvazov!

— Cənab nazir! Acizanə üzr istəyirəm. Cənab nazir! Divandan dik qalxıb durmuşam ayaq üstdə. Bir əlim də qulağımın dibində, sizə “çest” verirəm!

— Qəşəm şair, azad! Otur! Səninlə söhbətim var.

— Cənab nazir! Mən söhbətə hazıram! Mən həbsə də hazıram! Mən şəxsən hesab edirəm ki, hər bir vətəndaş həbsə hazır olmalıdır, bu, ziyarət kimi bir yşeydir, öndərimiz demişkən, dövlətçiliyimizə xidmət edir.

— Sağ ol, şair! Mən sizdən oğlunuz haqqqında soruşmaq istəyirəm.

— Cənab, nazir, mənim oğlum yoxdur. Mən heç evlənməmişəm.

— Necə evlənməmisən, Qəşəm?

— Cənab nazir, əlahəzrət prezidentimiz toyları qadağan edib. Mən  daha prezidentin qadağasını pozub toy çaldıra bilmərəm ki…

— Şair Qəşəm, axı sən çoxdan evlisən. Mənim qabağımda sənəd var. Burda yazılıb ki, sənin arvadın var.

— Arvad? Düzdür, arvad var, ancaq çoxdankı arvaddır. Mən fikirləşirdim ki, o heç sayılmır…

— İki oğlun da var. Böyüyü Kəramət…

— Cənab nazir, yadıma düşdü. Var, düzdür. Kəramət oğlumdur. Sizə qurbandır. Kəramət oğlumu sizə, əlahəzrət prezidentimizə qurban da kəsərəm, ancaq ləyaqəti yoxdur… Həm də heç tuta bilmirəm, əl vermir, qırışmal burcudur…

— Qəşəm şair, indi Kəramət bizdədir…

— Sizdədir? Cənab nazir, Kəraməti qonaq çağırmısınız?

— Hə, elə bir şeydir.

— Allah sizdən razi olsun, cənab nazir, sizə generallıqdan, polkovniklikdən başqa mayorluq da versin. Sizdən xahişim var: Kəraməti çox içməyə qoymayın, qoy ürəyi nə istəyir, yesin, ancaq işməsin. İçən kimi qatıqlayacaq. Yenə əlahəzrətdən ev istəyəcək.

— Kəramətin davası ev davasıdır?

— Ay nazir, ay başınıza dolanım, bəs nədir? Bəs deyirdiniz əqidə davası eləyir? Əqidə hardaydı, ay başınıza dönüm…  Ev istəyir. Pul istəyir.

— Verərik. Daha nə istəyir?

— Deyir Cəlil Məmmədquıluzadənin heykəlini götürüb yerinə onun heykəlini qayırıb qoysunlar.

— Buna da baxarıq. Cəlil Məmmədquluzadə naxçıvanlı da olsa, naxçıvanlılara çox qaralar yaxıb. Ondan narazılıq çoxdur.

— Yaxıb da sözdür, cənab nazir, hamımızın anasını, türkün məsəli, zad eləyib. Özü də evi ola-ola, pulu ola-ola. Bizim Kəramətə ev verəsən, yemək-içməyinin, kefinin pulunu verəsən, yazmağı da tərgidər.

— Verərik, Qəşəm şair.

— Qurbanam sizə, cənab nazir. Qurbanam əlahəzrət prezidentimizə. Vallah, Kəramət əlimə düşə, onu qurban kəsərəm prezidentimizə. Allah sizə leytenantlıq da versin…

Mirzə ƏLİL

21. 08. 2020, Samara

Реклама