Monthly Archives: Май 2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CUMART ƏLİMURATOV

Стандартный

Cumart Şıxrəhim oğlu Əlimuradov (31 may 2001UrvaQusar rayonu – 5 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cumart Əlimuradov 2001-ci il mayın 31-də Qusar rayonunun Urva kəndində anadan olub.   Subay idi.

Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib və  oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı həlak olub. Qusar rayonunun Urva kəndində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FAMİL PİRVƏLƏD

Стандартный

Famil Teyfur oğlu Pirvələdov (30 may 1995Qusar rayonuAzərbaycan — 18 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Famil Pirvələdov 1995-ci il mayın 30-da Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub.

Kiçik çavuş Famil Pirvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  oktyabrın 18-də Füzuli döyüşlərində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏMİRAĞA AĞAYEV

Стандартный

Əmirağa Mahir oğlu Ağayev (29 may 2002SurraŞabran rayonuAzərbaycan — 11 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əmirağa Ağayev 29 may 2002-ci ildə Şabran rayonu Surra kəndində dünyaya göz açmışdır.

Orta məktəbi bitirdikdən sonra Əmirağa 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır.

Əmirağa Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı  Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ailəsi ilə sonuncu dəfə 11 oktyabr tarixində əlaqə saxlayan Əmirağa Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmirağa Ağayevin nəşi 10 fevral 2021-ci ildə tapılmış və 11 fevral tarixində Şabran Şəhidlər Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏD ƏLİYEV

Стандартный

Məhəmməd Yaqub oğlu Əliyev (28 may 2001SabirkəndŞəmkir rayonuAzərbaycan — 31 oktyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Məhəmməd Əliyev 28 may 2001-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində Yaqub Əliyevin ailəsində anadan olmuşdur. 2007-2018-ci illərdə orta təhsil almışdır. Subay idi.Məhəmməd Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində yerinə yetirirdi.

Məhəmməd Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində atıcı, kəşfiyyatçı və sanitar olaraq iştirak etmişdir.  Kəşfiyyat əməliyyatlarında iştirak edərək qarşı tərəfdən mühüm məlumatlar əldə etmişdir. 31 oktyabr 2020-ci ildə Şuşa rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: 18 YAŞLI YUSİF NƏBİYEV

Стандартный

Yusif Elton oğlu Nəbiyev (27 may 2002Aşağı ZeynəddinAğdaş rayonuAzərbaycan — 9 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Yusif Nəbiyev 27 may 2002-ci ildə Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində anadan olmuşdur. Subay idi.

Yusif Nəbiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.  2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  Yusif Nəbiyev 9 oktyabr 2020-ci ildə FüzuliCəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLİ ƏSƏDOV

Стандартный

Əli Bayram oğlu Əsədov (27 may 2000Şahsevən TəzəkəndAğcabədi rayonuAzərbaycan — 11 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əli Əsədov 27 may 2000-ci ildə Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində anadan olmuşdur. 2007-2017-ci illərdə Ağcabədi rayon Şahsevən Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra 2 illik şəxsi təsərrüfatla məşğul olmuşdur.

Əli Əsədov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin sentyabrında könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

 Əli Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak etmiş,11  oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMİR KƏRİMOV

Стандартный

Elmir Rəhim oğlu Kərimov (26 may 1998HənifəBalakən rayonu — 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elmir Kərimov 1998-ci il mayın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub.

2004-2015-ci illərdə Z.Əliyeva adına 3 saylı Balakən şəhər tam orta məktəbində təhsil alıb.

Elmir Kərimov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.  2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

 Elmir Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində   iştirak edib. Suqovuşan döyüşləri zamanı həlak olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: COŞQUN BAYRAMOV

Стандартный

Coşğun Ənvər oğlu Bayramov (25 may 1991QəmərvanQəbələ rayonu – 8 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Coşğun Bayramov 1991-ci il mayın 25-də Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.  Ailəli idi. Bir oğlu yadigar qaldı.

Coşğun Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsiində iştirak edib.   Oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı həlak olub. Qəbələ rayonunun Qəmərvan kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RUSLAN ABBASOV

Стандартный

Ruslan Hikmət oğlu Abbasov (25 may 2000SahilQaradağ rayonuAzərbaycan — 14 oktyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 

Ruslan Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.

2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə də, iyun ayında Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissələrdən birinə dislokasiya olumuşdur.

Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak etmiş, 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində həlak olmuşdur. 16 oktyabrda  Lökbatan qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ALLAHVERDİ TAĞIYEV

Стандартный

Allahverdi Əkbər oğlu Tağıyev (24 may 1992İmişliAzərbaycan — 27 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Allahverdi Tağıyev 24 may 1992-ci ildə İmişli şəhərində anadan olmuşdur.

Allahverdi Tağıyev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra eyni hərbi birləşmədə müddətdən artıq xidmət etməyə başlamışdır.

Allahverdi Tağıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.. Allahverdi Tağıyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.