Daily Archives: 08.08.2020

CAHANDAR BAYOĞLU: KİMDİ DƏLİ, KİMDİ DƏLİ, MƏNƏM DƏLİ…

Стандартный

3

Mənə bir video göndəriblər, göndərən and-aman edir ki, videodakı verilişi Salyanın Şorsulu kəndində və Bakının Maştağa kəndində yerləşən xəstəxanalarda müalicə olunan xəstələr mədəni və intellektual istirahət vaxtlarında yaradıblar. Vallah, bilmirəm inanım ya inanmayım. Ancaq verilişə baxdım. Adını bilmədiyim xəstə aparıcı verilişi başlayan kimi söyüş qoydu, dedi ki, kim bizim verilişə güldən ağır söz desə, maygülüdür və ermənidir. Sonra qonağla, yəqin ki, Maştağadan Şorsuluya, ya da Şorsuludan Maştağaya gəlmiş Cahandar Bayoğluyla söhbətə başladı. Aparıcı Bayoğluya dedi ki, ay Bayoğlu, sənin üst-başından niyə belə iy gəlir, bəs sizin xəstəxananızda su yoxdur? Bayoğlu dedi ki, suyumuz var, ancaq mən gözləyirəm türk milləti birləşsin, türk imperiyasını aparıb çıxaraq Ağ dənizə, mən də ağ dənizdə, arvadlardan üzr istəyirəm, çimim. Dedi ki, türk imperiyasının imperatoru özü olacaq və taxta çıxmağını Ağ dənizdə kirtökmə mərasimiylə qeyd edəcək…

Sonra Cahandar 400 milyonluq türk xalqına müraciət etdi və mordvinləri və udmurtlatrı da qatdı bura. Studiyaya zəng vurub dedilər ki, türklərin sayı o qədər olmaz. Aparıcı dedi ki, maygülü, olar, ondan da çox olar. Başqa bir tamaşaçı zəng vurdu ki, bəs mordva və udmurtlar nə türkdürlər, nə də müsəlmandırlar. Cahandar Bayoğlu dedi ki, sən ermənisən, udmurt və mordva isə türkdür. O ki qaldı müsəlmanlığa, türk imperiyası yaranan kimi özüm öz ülgücümlə onların hamısını sünnət eləyəcəm…

Sonra aparıcı ilə Bayoğlu tarixin dərinliklərinə baş vurdular. Bayoğlu dedi ki, çar Rusiyası “türk milləti param-parça olandan sonra qurulub”. Yəqin verilişdən qabaq dərmanı çox atdığından Cahandar Rusiyadakı “azlıqları” “azğınlıqlar” adlandırırdı.  Deyirdi ki, Rusiyada beş-on adamdan, o cümlədən Satanovskidən başqa hamı, 145 milyon insan əsarətdədir və türk milləti birləşəndə rusları da Satanovskinin əsarətindən azad edəcək.

Cahandar Bayoğlu dedi ki, başqa türk xalqaları ilə birləşməkdən ötrü ölür, özü şəxsən Qurbanqulu Berdımühəmmədovla hər cür yaxın və hətta intim əlaqəyə girməyə hazırdır.

Bir tamaşaçı soruşdu ki, bu nə əlaqədir, hansı əlaqədir, siz azlıqdansınız ya azğınlıqdan. Aparıcı yenə zəng vurana “maygülü” və “erməni” deyib söydü…

Verilişin şirin yerində ağ xalatlı iki yekəpər kişi içəri girib dedi ki, televiziya ulduzları, daha bəsdir, gedin dərmanlarınızı için, peşaba çıxıb girin yerinizə…

Düzü, xəstələrin belə qəşəng veriliş hazırlaya biləcəklərini gözləməzdim. AzTV-dən min dəfə maraqlıdır. Ancaq bilmirəm aparıcı niyə tamaşaçılara “maygülü” deyirdi. «Maygülü» deməyindən görünürdü ki, aparıcı şorsululudur. Maştağalılar ayrı cür söyürlər. Deyirlər maman belə gəldi, nə bilim papan belə getdi…

Sabahdan gərək bu kanalı izləyəm.

Mirzə ƏLİL

08. 08. 2020, Samara

ƏVƏZ ZEYNALLI: «HELİKOPTER YOX, DİKENƏR»!

Реклама

İŞQALDAN QURTARACAĞIQ. GEC-TEZ…

Стандартный

2

Nəhayət, Azərbaycan xalqı otuz ilin nigarançılığından qurtardı. Allah təzə nazir Ceyhun Bayramovun canını sağ , gəlirini çox eləsin. Amerikada Məmmədyarovdan da yaxşı evlər alsın. Halaldır!

Nəhayət, bildik ki, Azərbaycan ərazisi işğaldan nə vaxt qurtaracaq. Əlbəttə, biz həmişə bilirdik ki, qurtaracaq, ancaq vaxtını bilmirdik. Köhnə nazır heç vaxt konkret bir vaxt demirdi. Elə rusca deyirdi ki, qurtaracaq. Qalırdın içini yeyə-yeyə. Çox insan elə içini yeməkdən ölüb getdi…

İndi, nəhayət, Ceyhun Bayramov işğalın sonunun konkret vaxtını deyib. Açıq, gizlətmədən, qorxmadan deyib ki, “gec-tez”.

Allah ölənlərinə rəhmət eləsin, ay nazir! Bizi intizardan qurtardın! Vərəmləmişdik, çərləmişdik. Heç kim xalqa dəqiq bir vaxt demirdi. İndi bildik, ürəyimiz sakit oldu, indi daha rahat yeyib-içə bilərik.

Gec-tez!

Deyirlər ki, prezident Məmmədyarovu işdən çıxaranda nazir vızifəsinə on beş-iyirmi namizəd olub. İlham Əliyev hamısına bir sual verib: işqal nə vaxt qurtaracaq? Biri deyib beş ildən sonra, biri deyib əlli ildən sonra, biri deyib yüz ildən sonra. Ceyhun Bayramov deyib “gec-tez”

Prezident deyib “afərin”! «Səni qoyuram nazir!»

Ümumiyyətlə, bizim prezidentin kadr seçiminin analoqu yoxdur. Bir dəfə də səhv eləməyib. Çünki işə qoyanda sual verir.

Ceyhun Bayramovun cavabı nəinki prezidenti, hətta bütün Azərbaycan xalqını razı saldı.

İndi Mirzə Əlil oturub öz-özünə zümzümə də edir:

«Gec-tez tez… Tez-gec-gec… Ay balam…”

Mirzə ƏLİL

08. 08. 20, Samara

MƏHƏRRƏM ƏLİYEVİN NƏVƏSİ MOSKVADA ERMƏNİ TANKINI TARAN EDİB

Стандартный

məhərrəm_əliyev

Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçi general-polkovnik Məhərrəm Əliyevin nəvəsi Moskvada erməni tankını taran edib. Doğrudur, polis gələndən və yaxından baxış keçiriləndən sonra məlum olub ki, taran edilən erməni tankı deyil, yapon maşını «Lexux»dur. Yəqin nəvə bir az hallı olub, yapon maşınını erməni tankına oxşadıb, qeyrət basıb. Ancaq bu kiçik detal nəvənin şücaətini azaltmır. Azərbaycan prezidenti nəvəyə «Tovuz qəhrəmanı» fəxri adı verib, general Məhərrəm Əliyevə isə i-ci Fəxri xiyabanda bir hektar yer ayırıb.

Mirzə ƏLİL

 

Внук главного военного советника президента Алиева генерал-полковника полиции Магеррама Алиева в Москве на большой скорости врезался в армянский танк. Но при близком рассмотрении оказалось, что атаке генеральского внука подвергся не армянский танк, а японский автомобиль «Тойота». Видимо, внучок был под кайфом, поэтому японскую машину принял за вражеский танк.

Говорят, что президент Азербайджана уже наградил юного патриота, который на дорогих машинах гоняется за армянскими танками в Москве.