Daily Archives: 25.08.2020

ANAR MƏMMƏDOVLA MÜQAYİSƏDƏ SİYAVUŞ NOVRUZOV RƏĞBƏT DOĞURUR…

Стандартный

3

“Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir”.

“…əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır”.

“Ölkədə ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi hakimiyyəti çox mürəkkəb duruma salıb”.

Söhbət hansə ölkədən gedir? Deyilənlər Azərbaycanı xatırlatmırmı? Dünənəcən hakim komandada olmuş adamlar zdə qandallanmırmı? Nə qədər icra baççsı tutulub?

Əhalinin  etimadını itirən Azərbaycan hakimiyyəti deyilmi?

Hüquq və azadlıqlar Azərbaycanda poğulmurmu? Nə qədər gəc fəal elə son vaxtla turtulub?

Mənə elə gəlir ki ağlı başında və vicdanı lazımi yerində olan insan deyər ki, bəli, bu, Azərbaycandır.

Ağlını deyə bilmərəm, ancaq vicdanıın olmağı böyük şübhə doğuran millət vəkili Anar Məmmmədov deyir ki, bura Ermənistandır.

Yəni Anar Məmmədov deyir ki, Ermənistan ölüb, yerdən götürəni yoxdur. Apar bayrağını sanc Yerevanda ürəyin isytəyən yerə.

Ancaq nədənsə bu qırışmal deputat Ermənistanın bu ölü vəziyyətində aparıb bayrağımızı Ağdamın ya Cəbrayılın bir kəndinə də sanca bilmir.

Bu adamın işi-peşəsi milləti tovlamaq, gözünə kül üfürmək, ağı qara kimi göstərməkdir. Bu cinayətkar fəaliyyətə görə Anar Məmmədov ayda bir ətək pul qazanır.

Bu Anar Məmmədov ömründə bir gün ictimai-faydalı əməklə məşğul olmayıb. Elə oxumaqla məşğuldur. Türkün məsəli bu məktəbə girir, türkün məsəli, o biri məktəbdən çıxır. Beş-altı universitet qurtarıb. Üç il bundan qabaq, ayıb olmasın, yenə girib birinə.

“Mən eylə bilirdim ki…”

Mən elə bilirdim ki, yalan danışmaq, fırıldaqla məşğul olmaq üçün çox oxumaq lazım deyil…

Bu adan Siyavuş Novruzovdan da təhlükəli və ziyanlıdır. Siyavuşun xeyli yaşı var, özü də xəstəyə oxşayır. Ancaq by Anar Məmmədli cavandır, özü də buğa kimidir.

Vay bu odlar yurdu Azəribaycanımızın halına…

Mirzə ƏLİL

25.08.2020, Samara

RAYONLARA BAŞÇI TƏYİNATI FERMAYA MÜDİR TƏYİNATINA BƏNZƏYİR…

Стандартный

1

Allah şeytana lənət eləsin! Qulaqlara qurğuşun!

Əlahəzrət prezidentin rayonlara rəhbər təyin eləməyi mal ya qoyun fermasına müdir təyin eləməyə bənzəyir. Yəni əlahəzrət prezident rayon camaatına üzünü çevirib demir ki, bu adam kimdir, nəçidir, hansı ləyaqətlərinə görə onu bu yüksək vəzifəyə layiq görüb, əvvəllər hansı vəzifələrdə çalışıb, hansı işləri görüb. Əlbəttə, mal fermasına, toyuq, qaz fermasına müdir təyin edəndə məmuru inəklərlə, toyuqlarla, qazlarla tanış eləməyin mənası yoxdur. Yəni ki, inəyin, toyuğun, qazın şüuru, intellekti, pisi yaxşıdan ayırmaq qabiliyyəti yoxdur. Ona görə də yeni müdirin tam bioqrafiyasını rəngli printerdə çap edib hər inəyin buynuzundan assan da, bir şey qanmayacaq.

Ancaq insanlara mal-heyvan kimi yanaşmaq düzgün deyil. Biləsüvar camaatı bilməlidir ki, niyə onları uzun illər ərzində ofisinant rəhbərlik edib. Biləsüvar camaatı bilməlidir ki, bu Faiq Qürbətov kimdir, hansı yuvanın quşudur, niyə görə prezident onu təyin edir.

Lənət şeytana: bəlkə Faiq Qürbətov Gəncə Qumarbazıdır? Bəlkə Salyan qoçusudur?

Mən Biləsüvar camaatını şüurlu, intellektli insanlar və konstitusiya hüquqları olan vətəndaşlar sayıram. Ancaq görünür nədənsə əlahəzrət prezident ayrı fikirdədir. Çünki Biləsüvara başçı təyinatı mal-heyvan ya quşçuluq fermasına təyinata bənzəyir.

Allah şeytana lənət eləsin! Qulaqlara qurğuşun!

Bəlkə prezident haqlıdır? Axı bu insanlar səslərini çıxarmırlar! Salyana beş il sədərəkli quldur rəhbərlik elədi, heç səsini çıxaran oldu? Başına gül səpirdilər!

Heyvan heuyvanlığıyla narazılığını böyürməklə, nərə çəkməklə, buynuyzlarıyla divarları yıxmaqla bildirir!

Şeytana min lənət!

Yaşasın AzTV!

Yaşasın Paşa-holdinq!

Yaşasın Allahşükür Paşazadə!

Mirzə Əlil

25.08. 2020, Samara