Tag Archives: Aynur Camalqızı

İ. MIXLININ NAMƏLUM “AĞILLI KÜR” ROMANI TAPILIB

Стандартный

ismayıl şıxlı

Məşhur yazıçı İsmayıl Mıxlının naməlum romanı müəllifin ölümündən sonra tapılıb. Əlyazma Mıxlının bağında qazıntı aparılan zaman çıxdığığndan roman Qazarlar Burliyinin səksən beş yaşlı gənc sədri Danara verilib və hazırda Danar müəllim  əsəri nəşrə hazırlayır.

İndiyədək oxuculara naməlum qalmış roman “Ağıllı Kür” adlanır. Bu roman əlli il bundan qabaq yazılıb, ancaq İsmayıl Mıxlı uzaqgörəm mütəfəkkir yazıçı olduğundan öz əsrini qabaqlayıb və indi əlahəzrət İlham Əliyevin həyata keçirdiyi “Ağıllı kənd”, “Ağıllı məhəllə”, “Ağıllı bazar” layihələrini qabaqlayıb.

İsmayıl Mıxlının romanındakı Kür doğrudanda da ağıllı çaydır. Çay öz sularını pambıq, tütün, taxıl  sahələrinə özü axıdır, anaşa, marixuana, xaşxaş əkilən yerlərə girmir. Çayın suları laızımi məntəqələrdə turbinsiz elə fırlanır ki, İsmayıl Mıxlının yerlisi Səməd Vurğun demişkən, “işıqlanır hər dağ-dərə”. Ağıllı çay öz sularında ağıllı balıqlar yetişdirir. Bu balıqlar adam kimi dil bilir, suyun aıtında müxtəlif idman yarışları keçirir və AzTV-nin verilişlərinə baxırlar. Bu balıqlar hamısı gözəl tərbiyə alır və hər biri öz yerini bilir. Kübar balıqlar imötəbər nsanların, dövlət məmurlarının toruna düşür. Əsil-nəcabətsiz balıqlar isə kasıb-kusubun qarmağına ilişir.

Romanda balıqların keçirdiyi elmi-tətbiqi konfransdan söz açılır. “Əlahəzrət prezidentinə alternativ varmı? “ sualına bir naqqa bitərəf qalmaqla bütün balıqlar yekdilliklə “Yoxdur. Nida işarəsi!” cavabını veriblər. O vaxtdan qərara  alınıb ki, naqqa balıq sayılmasın.

Ağıllı Kürün sahilində yaşayan insanların hamama ehtiyacı yoxdur, çünki bu ağıllı çayda çimən insanları ağıllı sular özü sabunsuz-zadsız təmizə çıxarır.

Ağıllı Kürün sahilində yaşayanlar arzu və istəklərini prezidentə və onun xanımına poçta yox, çaya atırlar, Ağıllı Kürün ağıllı suları xalqın məktubunu operativ şıkildə ünvana çatdırır. Prezidentin və arvadının xalqa cavab verib-vermədiyi barədə İsmayıl Mıxlı yazmır.

Kürün sularında çimmək üçün üzməyi bilmək lazım deyil. Bu ağıllı sularda yalnız ölkənin naz-nemətindən, ailədəki mehribanlqdan boğazacan doyub könüllü həyatdan getmək istəyənlər özləri özlərini boğurlar. Boğulanların meyitlərini ağıllı sular yubanmadan mərhumların yaxınlarına çatdırırlar.

Romanın əsas süjet xətlərindən biri də sevgi macərasıdır. İ. Mıxlı bir erkək nərənin Araz vasitəsilə Kürə girmiş ermən çəkisinə olan faciəvi məhəbbətindən məharətlə söz açır. Əlyazma ilə taış olmuş görkəmli mətbuat xadimi Aynur Qavalqızı yazır ki, iki balığın faciəsi onu elə kövrəltdi ki, “göz yaşlarına hakim ola bilmədi”.

Roman eyni zamanda çoxlu dildə nəşr ediləcək. Tərcümə mərkəzinin rəhbəri  Qapaq Məsud əsəri balıq dilinə çevirir, hərçənd balıqlar özləri dilimizi yaxşı bilirlər.

Qazarlara, yəni romanı qazıb çıxaranlara prezident “Laçın dəhlizi” medalını verib.

Mirzə ƏLİL

17-18 mart 2021, Samara

SOYDAŞIM, BAĞIŞLA, HƏRDƏN ERMƏNİLƏRƏ HƏSƏD APARIRAM…

Стандартный

İlham Əliyev 3

Vallah, azərbaycanlı olmağın elə qəliz tərəfləri var ki, hərdən fəlakətə uğramış ermənilərə də həsəd aparırsan. Yəni indi bu ermənilər Azərbaycan ərazisindən rədd olub gedəcəklər, Ermənistanda da qalmazlar, gedəcəklər Rusiyaya, Fransaya, Amerikanın şimalına, cənubuna. Biz azərbaycanlılar isə yenə qalacağıq indi hardayıqsa, orda. Yəni yenə İlham Əliyev, öndər, heykəllər, birinci vitse-prezident, heyvərə deputatlar, harınların Millii Məclisdə oturam oynaşları, naxçıvanlı akademiklər və generallar, Paşa Holdinq…

Adam başını sıldrım bir daşa çırpmaq istəyir..

İlham Əliiyevin yapon jurnalistinə verdiyi müsahibəni oxuyanda bir daha şəhidlərimiz üçün yanıb-yaxıldım. Heyf sizdən, uşaqlar…

Deyir ki, arvadım on minlərlə insana yardım edir. Demir ki, arvadında o pul hardandır, harda və necə qazanıb. Demir ki, arvadının atası Azərbaycan xalqını soyub…

Deyir ki, mən arvadıma vəzifə verdim.

A kişi, dövlət sənin şəxsi biznesindir?

Deyir hər bir azərbaycanlı Mehriban xanımın vurğunudur.

Hə?

Mehman Hüseynovun başına nə oyun gətirdiniz?

Bilmirəm verdiyi suallara aldığı cavabları eşidəndə yapon jurnalisti nə düşünüb. Bəlkə sarsıntıdan, Aynur Camalqızının dediyi kimi, göz yaşlarına hakim ola bilməyib…

Mən isə başımı daşa vurmaq istədim və hətta baş götürüb Azərbaycandan gedən ermənilərə qibtə elədim…

Mirzə Əlil

22.10. 2020,Samara

«ELMAN MƏMMƏDOV XOCALIDA ALDIĞI AĞIR YARALARDAN VƏFAT EDİB»

Стандартный

Elman_Məmmədov

Hamımız bilirik ki, indiyəcən başqa ölkələrdə Xocalı qırğınına şübhə edənlər var. Bunun səbəbi təkcə daşı, dəmiri dələn erməni yalanları deyil. Bu şübhənin ən ciddi səbəblərindən biri millət vəkili Elman Məmmədovdur. Bəli, Xocalı şəhərinin sonuncu başçısı olmuş Elman Məmmədov.

Tutaq ki, ingilis jurnalisti erməniyə deyir ki, siz Xocalı əhalisini qırmısınız. O da katalikosun papağına and içir ki, bir nəfər də adam öldürməmişik. İnanmırsınız, baxın Elman Məmmədova. Şəhərin başçısı olub. Əgər ermənilər əhalini qırsaydılar, başçı birincilər sırasında ölərdi. Ancaq Elman Məmmədovun yumşaq yeri də cızılmayıb. İndi  də qıpqırmızıdır, eston cöngəsi kimidir.

Bu, ingilis jurnalistinin ağlına batır. Çünki alman faşistləri Britaniyaya girə bilsəydilər, tutduqları şəhərdə başçını hamıdan qabaq öldürərdilər. Xocalının başçısı top kimidirsə, bəlkə heç qırğın-zad da olmayıb…

Bu vələdəzzina Elman da çıxıb demir ki, ay ingilis, ay fransız, qırğın olub, ancaq mən orda olmamışam. Qaçmışam…

Bu adamı sonralar dama salmasaydılar da, gərək adam içinə çıxmağa qoymayaydılar. Rəsmi xəbər yayaydılar ki, “Elman Məmmədov Xocalı qırğınında aldığı ağır yaralardan ölüb”. Özünə də plastik əməliyyat edib çevirəydilərr arvada ki, heç kim tanımasın.

Eləməyiblər. Bu adam otuz ildir ki, xəzinədən bir ətək pul alır, yağ içində böyrək kimidir, deputatdır, yeyib-içməkdən kərgədana dönüb.  İndi bu adam utanmaz-utanmaz hər gün qəzetlərə “açıqlama” verir, Qarabağda gedən döyüşləri şərh edir…

Mənim Bakıda bir tanışım var. Mənə telefonla deyir ki, Mirzə, o açıqlamaların qəzetə çıxarılmayan yerləri var. Məsələn, jurnalist Elman Məmmədovdan soruşub ki. Xocalı alınsa, ora qayıdacaqsınızmı? Elman Məmmədov əlini qulağınaın dalına qoyb oxuyub:

“Yox, Bakıya ciddi alışmışam mən,
Bir də qayıtsam ora – oğraşam mən…”

Mirzə ƏLİL

08. 10. 2020, Samara

BAŞA “PAPKA” ATAN DEPUTAT XALAŞKAYA: CAN VERƏNLƏRLƏ AYRI YERLƏRİNİ VERƏNLƏRİ QARIŞDIRMA…

Стандартный

jale_eliyeva

Son dəfə Zərdab-Ucar seçki dairəsində min gür hoqqa ilə, o cümlədən “başa papka çırpmaqla” qalİb elan edilən Jalə Əliyeva “açıqlama” verib: “Torpaq bütövlüyümüzün uğrunda canını sipər edənlərin sayəsində Vətən olur”.

Nədənsə bu otuz ildə bir deputatın əri, arvadı, oğlu, qızı vətən uğrunda canını verməyib. Deputatlar da canlarını vermirlər. Gümman etmək olar ki, ayrı yerlərini verirlər, Ancaq canlarını yox.

Şəklinə baxın. 53 yaşlı bu arvad üzünə bir taborun xərcini çəkib. Hələ ayrı yerlərini demirəm…

Bunlar ordunu, ölkəni ermənidən də ağır təhqir edirlər. Erməni düşməndir. Bunlar kimdirlər? Xalqın çörəyini yeyib başına qapaz vururlar.

Bu xalaşka üstəlik papka da atır…

Mirzə ƏLİL

02. 10. 2020, Samara

BAHAR MURADOVANIN İKİ ÜZÜ VƏ SİMASIZ DEPUTATLAR

Стандартный

bahar_muradova

Bu şəkildəki qadınları biri-birinə oxşadırsınız? Yox, oxşamırlar. 2016-cı ildə çəkilmiş birinci şəkildəki qadın ağır fiziki işlə məşğul olan, işdən sonra iki üç litr pivə içib səhərəcən xoruldayan bəzi arvadları xatırladır. Belə arvadlar mənimlə bir sexdə işləyiblər.

İkinci qadın haqqında nə demək olar? Belə qadın kazinoda krupye, massaj salonlarında “madam”, peşəkar yengə, zakon oğrularının rəfiqəsi və s. ola bilər.

Əslində hər iki şəkildəki arvad eyni adamdır: millət vəkili Bahar Muradova.

Birinci şəkil 21016-cı ildə çəkilib. İkinci şəklin nə vaxt çəkildiyi məlum deyil. Ancaq belə metamorfozlara, cilddəyişmələrə bir ətək pul lazımdır. Arvadın üzünün belə dəyiişməyi üçün bir gözəllik salonu kifayət deyil, bir neçə laboratoriyası olan bütöv bir uinstitut lazımdır.

Bahar Muradova bu bər-bəzəyi öz hesabına vurdursauydı, ona heç kimin sözü olmazdı. Ancaq bu deputatların saxlanmasına ətək-ətək xalq vəsaiti xərclənir.

Bahar Muradovadan xalqa bir xeir varmı?

Bahar Muradova uzun müddət insan haqları komissiyasının rəhbəri edib. Bu müddətdə hansı insanın haqqını müdafiə edib?

İşğal olunmuş Fizulidə doğulmuş bu arvad  qaçqın həyatı yox, milyonçu həyatı keçirir. Az müddətdə Azərbaycan dövlət universitetinin iki diplomunu alıb. Bu arvad həm filoloqdur, həm hüquqşünas. Hələ tikiş texnikumunu da qurtarıb. Oturub dərzilik eləsiydi, bəlkə halal çörək yeyərdi. İndi isə yalan və cəfəngiyyat danışmaqla gününü yubadır, xalqın gözünə kül üfürür.

Teleqraf-com-da bugünkü müsahibəni oxuuyn, görərsiniz ki, millət vəkili adını danışyanlarda —  qadınlı-kişili  — abır, həya, bir sözlə, əxlaq yoxdur. Bu arvad gözünü qırpmadan İlham Əliyevin ünvanına tükürpədici təriflər deyir və yalan danışır.

“- Sizcə, eyni regionda olan, amma fərqli statusa malik iki dövlətə yanaşma hansı müstəvidə qurulmalıdır?

— Bu sualın aydın və dəqiq cavabı möhtərəm Prezidentimiz BMT-nin tarixində az hallarda rast gəlinən bir tərzdə və məzmunda verdi. O, bizm hamımızın iradəsinin və mövqeyinin ifadəçisi kimi bu dəfə də öz missiyasının öhdəsindən layiqincə gəldi”.

Bu “vəkillər” hər gün belə “açıqlamalar” verirlər və hamısı İlham Əliyevin ünvanına tərif deməkdə bir-birini ötməyə çalışır. Yaxşı, bunlar bizdən utanmırlar. Öz ərlərindən ya arvadlarından, övladlarından utanırlar? Ya onların hamısının ailəsində yalan, yaltaqlıq normadır?

Necə yəni “BMT tarixində az rast gəlinən?” Sən BMT-nin tarixini bilirsən? Sən bilirsən onun kürsüsündən kimlər çıxış ediblər?

Müsahibənin sonunda daha bir tərif var. Bu tərif ölkənin, yəni bizim odlar yurdu Azəribaycanın ünvanınadır: “…öz resurslarını bütün ölkələrin və xalqların təhlükəsizliyi və rifahına yönəldən Azərbaycan”.

Bir şey başa düşdünüz?  Təkcə Rusiyada milyondan çox azərbaycanlı çörək pulu qazanır. Yəni milyonlarla azərbaycanlının rifahını Rusiya təmin edir. Yüz minlərlə insan Türkiyədə, İranda, Avropa ölkələrində başlarını dolandırırlar. Bu arvad utanmaz-utanmaz deyir ki, Azərbaycan “bütün ölkələrin və alqıların rifahını təmin edir”.

Azərbaycanlı arvadları  belə əxlaqsız və simasız görəndə çox məyus oluram…

Elə bilrisiniz Bahar Muradovanın başı xarab olub? Yox, başı yerindədir. Bu arvadın siması yoxdur.

Milli Məclisə simalıları buraxmırlar. Deyirlər bu yaxınlarda bir simalını döllük kimi buraxıblar parlanemtə. Erkin Qadirlini.

Onun da simalı olduğuna şübhə çoxdur. Göstərdiyi sülalə kağızlarına heç kim inanmır.

Necə inanasan…

Mirzə ƏLİL

26. 09. 2020, Samara

AĞSAQQALLAR ŞURASI MƏNİ O QƏDƏR GÜLDÜRÜB Kİ, SAQQALIM DA AĞRIYIB…

Стандартный

deputat Eldar Quliyev

Azərbaycanda Ağasaqqallar şurasının olduğunu bu gün bilmişəm. Bilən kimi o qədər gülmüşəm ki, nəinki qarnım, hətta saqalım da ağrıyıb. Hərçənd Molla Nəsrəddin deyirdi ki, saqqal ağrımaz.

Necə ağrımaz, a kişi! Sənin vaxtında  bəlkə ağrəmayıb, indi insanın elə yerləri ağrıyır ki, saqqal onların yanında toya-bayrama getməlidir.  Ay Molla Nəsrəddin, sənin vaxtında Milli Məclis var idi? Sənin vaxtında xanın arvadı vitse-xan idi? Sənin vaxtında Paşa holdinq var idi? Az TV var idi? “İşqal” sözünü eşitmişdin? “Təxribat” sözünü eşitmişdin?  Yox, molla, sən bilmirsən biz nə kefdəyik, səhər açılandan başlayırıq  gülməyə. Bəzən gecə yatanda da gülməli yuxular görüb ayılırıq. Məsələn yuxuna girir ki, Zakir Həsənov bayrağımızı sancıb İrəvana. Ya da yuxunda görürsən ki, Kür Xəzərə yox, Xəzər Kürə axır… Yox, bu doğrudan da olub. Bu yaxınlarda.

Ay Molla, sənin vaxtında dəniz çaya axmışdı? Kəmaləddin Heydərov vardı? Kefdəyik, Molla, kefdəyik…

Hə, bu ağsaqqallar şurası… Görəsən ora kimləri seçirlər? Saqqalı olanları? Saqqalı ağ olanları? Bəs saqqalına həna yaxanlar? Bəs kosalar? Kosa məsələsi məni çox maraqlandırır. Odlar yurdu Azəribaycan dünyaya ədalət nümunəsi göstərir. Gərək burda da ayrı-seçkilik olmaya. Ya gərək ağsaqqallar şurasına kosaları da götürələr, ya da ayrıca kosalar şurası yaradıla.

Azərbaycan kosalar şurası!

Görəsən Azərbaycan ağsaqqallar şurasına xarici üzvlər qəbul edilirmi? Edilirsə, mən də ərizəmi verərdim. Yəqin hər ay yal verirlər… Bilmirəm ərizəni kimə yazım. Bilmirəm Ağsaqqallar şurasının kuratoru kimdir, İlham Əliyev yoxsa Mehriban Əliyeva.

Yeri gəlmişkən, bəs Azərbaycanda niyə Ağbirçəklər şurası yoxdur? Doğrudur, bəzi arvadlarda müəyyən yaşda saqqal əmələ gəlir, ancaq hamısında yox. Deyək ki, saqqallı arvadları Ağsaqqallar şuyrasına götürdülər. Bəs üzü tüksüz arvadlar?

Vallah, Azərbaycanı idarə eləmək çox çəətin məsələdir. Mən bilmirəm Paşa holdinq bu məsələnin öhdəsindən necə gəlir. Ancaq ağbirçəklər şurası barədə düşünmək lazımdır. Yoxsa türkmənlər bizə nə deyərlər? Onlarda bu məsələlər çoxdan həll olunub. Qurbanqulu şəxsən bütün saqqalları və ümiumimiyyətlə qadınlarda və kişilərdə olan tük örtüyünü nəzarətə götürüb. Hər gün ölçüsünü və rəngini yoxlayır.

Maraqlıdır, Azərbaycanın ağsaqqallar şurasında saqqala hansı tələblər var? Uzunluğu, sıxlığı, rəngi və s. Yəni deyirəm ki, mən də hazır olum. Saqqalımı qaydaya salım. Sonra şəklini çəkdirib göndərim prezidentin üstünə.

Vallah, məni gülməjk öldürəcək, deyəcəklər Mirzə Əlil kefindən öldü. Ancaq mən kefimdən gülmürəm. Bu, necə deyərlər, faciəvi gülüşdür…

Bu gün Ağsaqqallar şurasınnın sədrliyinə namizədin şəklini gördüm. Bu deputat Eldar Quliyev yəqin layiqli namizəddir, İlham müəllimin daxili və arici siyasətii dəstəkləir, ancaq özünün saqqalı yoxdur.

Bəlkə kosadır?

Elədirsə, kosalar şurası yarasdıb bu cənabı ora sədr qoymaq düzgün olmazdımı?

Ah, yenə məni gülmək tutdu, saqqallım dibinəcən ağrıyır…

Ay milla Nəsrəddin, bilmirsən biz nə gündəyik…

Mirzə ƏLİL

25.09. 2020, Samara

DEPUTAT VÜQAR BAYRAMOVUN BIÇAĞI SÜMÜYƏ DAYANIB

Стандартный

Deputat Vüqar Bayramov deyib ki, “qələbə günü yaxındır”.

Qələbə gününün yaxınlığını cənab Bayramov yəqin ki, qabırğa kababı üçün ət doğrayarkən başa düşüb. Çünki Bayramov deyib: “Bıçaq süqmüyə dayanıb”.

Vüqar Bayramov bu xəbəri Teleqraf.com vasitəsiylə xalqa təcili çatdırmağı vacib bilib, çünki ölkədə  kabablıq ət doğraya bilən insanlar o qədər də çox deyil ki, onların da bıçağı sümüyə dayansın. Azərbaycanda daha çox arvadlarını öldürənlərin bıçağı sümüyə dayanır. Ancaq onlar qələbənin yaxınlığından bir şey demirlər.

Vüqar Bayramov həmçinin deyib ki, ordumuzun hazırlığı çox yüksəkdir. Mirzə Əlil bir hərbi ekspert kimi deyə bilər ki, Vüqar Bayramovu bunu deməklə hərbi sirri açıb. Çünki düşmən ordumuzun hazırlıq səviyyəsini bilməməlidir. İlham Əliyev ona görə Məhərrəm Əliyevi baş hərbi müşavir qoyub ki, ermənilər desinlər Azərbaycan ordusunda “bardak”dır. Yəqin hərbi sirri açdığına görə Vüqar Bayramovun qulağını burarlar.

Qələbə gününün yaxınlığı yaxşıdır. Ancaq belə deputat «açlıqlamaları”ndan sonra bizim ya çavuşumuzu öldürürlər, ya da generalımızı…

Belə hallarda qabaqlar deyərdiəlr: “Dilinıə yara çıxsın…”

Mirzə ƏLİL

23.09. 2020, Samara

MƏMMƏD ARAZ MAMIRA DÖNMƏDİ, AQİL ABBASI PARLAMENTİZMİN DİVARINA YAXIB GETDİ…

Стандартный

Aqil_Abbas

Məmməd Araz bir vaxt vətənin daşında mamır olmaq istəyirdi. Yəqin sonra özü də başa düşdü ki, onun mamırından kimə nə xeyir olacaq. Ona görə də kürəkəni Aqil Abbası Azərbaycan parlaentizmnin suvağı təzə çəkilmiş divarına pox kimi yapışdırıb getdi.

Vətəni Ağdamı ermənilərə peşkəş eləyib Bakıda heç Zeynalabdin Tağıyevin də çəkmədiyi kefləri çəkən bu arsız və abırsız adam hər dəfə ağzını açanda sifəti şillə istəyir. Soğan məsələsi yadınızdadır?

İndi yenə “açıqlanıb”. Prezident “işqal”ı bitirib “təxribat”a keçəndən nə qədər biqeyrət və əqidəsiz adam varsa, hamısı “təxribat” sözünü tutuquşu kimi təkrar eidir.

“(Prezident) Tovuz təxribatı və digər məsələlərə dair fikrini bildirib. İndi baş verənlərə gəldikdə hesab edirəm ki, bu, Ermənistan tərəfinin açıq təxribatıdır. Bizi təxribata çəkmək istəyirlər ki, onları vuraq, sərhədi keçək və s”.

Üç cümlədə üç “təxribat”. Bu soğanbaş deputat inanır ki, “təbliğat” sözünü nə qədər çox işlətsə, deputatlıq ömrü o qədər çox uzanar.

Əgər ermənilər istəyirlər ki, sərhədi keçəsiniz, niyə keçmirsiniz? Gəlib evinizin içində generalınızı öldürürlər, niyə cavab vermirsiniz?

Sonda soğanbaş deputat ümidini İsrailin dəstəyinə bağlayır…

İsrailin əhalisi 3-4 milyon olanda əhalisinin ümumi sayı 100 milyon olan ərəb ölkələrini qabğına qatıb qovurdu.

Əhalisi 10 milyon olan Azərbaycan 3 milyon adamı olan Ermənistanın əlində əsir-yesirdir.

Səbəbi nədir?

Səbəbi çoxdur. Biri budur ki, Azərbaycan xalqı bu şərəfsiz, və haram pula harınlamış deputatların nazını çəkməklə məşğuldur.

Məmməd Araz rahat yata bilər. Mamıra dönsəydi, kimin ondan xəbəri olacaqdı? Parlamentizim divarına pox kimi yapışdırdığı deputat Aqil Abbasın qoxusu bütün Azərbaycana yayılır…

Mirzə ƏLİL

22.09. 2020, Samara

BABAOĞLU DEYİR Kİ, PREZİDENT BÜTÜN ELMLƏRİ BİLİR. YƏQİN ÖLÜ DİRİLTMƏK ELMİNDƏN BAŞQA…

Стандартный

“Azərbaycan” qəzetinin redaktoru Hikmət Baboğlunun bugünkü “açıqlanması”nı oxuyun, görörsiniz ki, bu cənab antimilli ünsürdür, ara qarışan kimi ölkəsini, millətini və hətta ailəsini də satar. Çünki ağbirçək vaxtında utanıb qızarmadan yalan danışan, abır-həya haqqında anlayış və təsəvvür sərhədlərində kənara çıxan yaltaqlıq edən insandan hər cür oğ… lənət şeytana… hər cür pis hərəkət gözləmək olar.

Millət, ayıq ol! İçində Hilmət Babaoğlu kimi ünsür var!

Hikmət Babaoğlu açıqlanmasını İlham Əliyevin ünvanına təriflərdən başlayır. Deyir ki, “ölkə başçımız bütün sahələr üzrə ensiklopedik biliklərə malikdir…”

Bunu oxuyanda yerimdən elə tullandım ki, boyumun balacalığına baxmayaraq başım tavana dəydi. Özümə gələndən sonra da hirsim soyumadı, başımı bu dəfə vurdum qapının tininə…

«Товарищ Сталин, ты большой ученый…»

Hər sahədə? Ensiklopedik biliklər?

Yalançının lap…

A kişi, nə dediyini başa düşürsən? Necə yəni “elmin hər sahəsində”? Aerodinamika? Optika? Nəzəri Mexanika? Qazın və mayenin mexanikası?Astrofizika? Nəzəri fizika?

Bəlkə qadın xıstəlikləri də?

Virusologiya? İxtiologiya?

A kişi, sabah-birgün ölüb gedəcəksən, niyə özünə hörmət qoymursan? Birdən sənin uşaqlarına, nəvələrinə səhrə yoldaşları dedilər: “Sizin atanız ya babanız çox binamus adamdır”. Hə? Deyərlər?

Sonra Babaoğlu keçir “erməni təxribatına”. Məmur, deputat  “erməni təxribatından” danışırsa, bilin ki, o, ermənilərin yox, kasıb kəndçi azərbaycalı yeniyetmələrin qanını soyuyub. Bu “təxribata” qarşı durmağa nə özü gedəcək, nə də balalarını göndərəcək.

“Azərbaycan” adında qəzet 1918-ci ildə yaranıb. O vaxtın  xadimlərini, jurnalistlərini yada salın. İndi  Azərbaycan “Yeni Azəraycana” çevrilib və görün nə günə qalıb. Jurnalist adını qarın otaranlar, yal mrağıyla gündəyməz yalayanlar daşıyırlar.

“Elmin bütün sahələrində ensiklopedik bilikləri olan” İlham Əliyev deyil, İnternetdir ki, onu da biz yaratmamışıq. Ölkə başçısından ensiklopedik biliklər tələb olunmur. Ölkə rəhbərindən siyasi iradə, tamahsızlığı, ictimai maraqları şəxisi marağından, ailə marağından üstün tutması, zamin olduğu qanuna özünün danışıqsız əməl etməyi və bu kimi xassələr tələb olunur. Bunlar, təəssüf ki, Azərbaycanın rəhbərində yoxdur. Ona görə də ətrafına Babaoğlu kimi əqidəsiz və qab dibi yalayan insanları yığılır ki, bu vacib xassəllərin olduğuna xalqı inandırsınlar…

Mirzə ƏLİL

20.09. 2020, Samara

MƏN QÜDRƏT HƏSƏNQULİYEVƏ HƏRBİ ƏSİRLİK ARZULAYIRAM!

Стандартный

Qüdrət Həsənquliyev

Azərbaycan ordusuna, əlbəttə. mən həmişə qələbə arzulayıram. Ancaq orduya heç bir aidliyi və mənsybluğu olmayan, həyatı boyu dönə-dönə cildini dəyişmiş, üzü üzlər görmüş, indi quduz deputat qazanclarından harınlamış və azğınlamış deputat Qüdrət Hüseyquliyevə hərbi əsirlik arzulayıram.

Universiteti 27 yaşında, özü də mühariubənin şıdırğı vaxtında, 1992-ci ildə guya fərqlənmə diplomu ilə bitirmiş, o vaxtdan götünü pullu yerlərdə qızdıran bu manıs deyir ki, əsgərlərimiz gecə-gündüz Paşinyanı və onun arvadını əsir götürəcəklərini gözləyirlər.

Xocalı camaatı qırılanda, sağ qalanları əsgər gedəndə bu yağlı qabanın 26 yaşı olub. Öz qadınlarımızın, öz uşaqlarımızın otuz ilə yaxın əsirlik çəkməyini  vecinə almayan, öz kefində olan,vəzifədən ötrü gündəyməzlər yalayan bu rəzil insan özgə həyatlarından elə danışır ki, elə bil onlar loto çəlləkləridir.

Gecə-gündüz müharibə həstərində olan, Paşinyanı və onun arvadını əsir götürmək arzusunda olan əsgərlərin içində Həsənquliyevlərdən kimsə var? Ya Paşinyanın dalınca yenə kasıbların uşaqları gedəcəklər?

Mən Həsənquliyevə, onun əzizlərinə əsirlik arzulayıram. Bəlkə onda özü gecə-gündüz müharibə arzular.

Öz torpağında öz anasının qəbrini ziyarətə getmiş Dilqəm zindanda, əsirlikdədir. Bu qudurub ağlını itiriş deputat Paşinyanı əsir götürməkdən danışır…

“Parlament”, məlumdur ki, “danışmaq” sözü ilə bağlıdır. Ancaq Azərbaycan kimi ölkədə parlamentin dəyəri və qiyməti məlumdur. Ona görə bura yığılan, xalq pulunu yeyib harınlananların ən böyük xidməti susmaq olardı…

Yeri gəlmişkən, “Əbrəqunus” nə addır? Rus dilindəki “гнусь»  sözü ilə qohumluğu yoxdur ki?

 

Mirzə ƏLİL

21.09. 2020, Samara