Monthly Archives: Июнь 2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XAQANİ FƏTİYEV

Стандартный

Xəqani Hüseynəli oğlu Fətiyev (30 iyun 1989Cəlilabad rayonuAzərbaycan SSR — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Xəqani Fətiyev 1989-cu il iyunun 30-da Cəlilabad rayonunun Adnalı kəndində anadan olub.  Ailəli idi. Dörd övladı yadigar qaldı.

Xəqani Fətiyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Xəqani Fətiyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AYSƏNAN ABBASOV

Стандартный

Aysənan Əsgər oğlu Abbasov (29 iyun 1992Tərtər rayonu – 30 sentyabr 2020Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Aysənan Abbasov 29 iyun 1992-ci ildə Tərtər rayonunda anadan olmuşdur.

Aysənan Abbasov 27 dekabr 2014-cü ildə hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  başlanan Vətən müharibəsinin iştirakçısı olmuş, 30 sentyabr 2020-ci ildə Suqovuşan döyüşlərində həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMAR ƏHMƏDOV

Стандартный

Elmar Elşən oğlu Əhmədov (28 iyun 2000Yuxarı ÖysüzlüTovuz rayonu – 14 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri

Elmar Əhmədov 2000-ci il iyunun 28-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən  hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edirdi.

 Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli döyüşləri zamanı həlak olub. Nəşi uzun müddət götürülə bilməyib. Noyabrın 19-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏD VƏLİYEV

Стандартный

Məhəmməd Nail oğlu Vəliyev(27 iyun 1996İmanlıMasallı rayonu – 23 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri.

27 iyun 1996-cı ildə Masallı rayonunun İmanlı kəndində anadan olub. 2014-cü ildə Binə Xocavar kənd tam orta məktəbini  bitirib. Ailəli idi. İki uşağı var.

2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun əsgəri Məhəmməd Nail oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixində  Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və Füzuli döyüşlərində həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR BAHADUROV

Стандартный

Anar Süleyman oğlu Bahadurov (26 iyun 1992Sabirabad – 8 noyabr 2020Qubadlı rayonu) — Vətən müharibəsi şəhidi.

Anar Bahadurov 26 iyun 1992-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. VII sinfədək  Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbində təhsil alıb.  2005-ci ildə imtahan verərək Şirvan şəhər Özəl Türk Liseyinə qəbul olub. Yüksək göstəricilərlə bu təhsil ocağını başa vuraraq 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 645 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə həmin ali məktəbin magistraturasına daxil olub. Lakin təhsilini yarımçıq saxlayaraq  həqiqi hərbi xidmətə yollanıb. Hərbi borcunu Tovuz rayonundakı  hərbi hissədə başa vurub geri dönən həmyerlimiz 2014-2016-cı illərdə Almaniyanın Köln şəhərində magistratura təhsili alıb. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Bahadurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı, Cəbrayıl və Şuşa döyüşlərində iştirak edib. 8 Noyabr 2020-ci ildə Qubadlı-Şuşa istiqamətində gedən həlledici ağır döyüşlərdə həlak olub. 9 noyabr 2020-ci ildə Sabirabad rayonu Şəhidlik Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AZƏR MUSAZADƏ

Стандартный

Azər Çingiz oğlu Musazadə (25 iyun 1998ŞəfiliQəbələ rayonu – 13 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Azər Musazadə 25 iyun 1998-ci ildə Qəbələ rayonunun Şəfili kəndində anadan olmuşdur. 2004-cü ildə Qəbələ rayon Şəfili kənd tam orta məktəbinə daxil olmuşdur. 2009-2015-ci illərdə şəhid Elbrus Məmmədov adına Çarxana kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil almışdır.

Azər Musazadə 20192020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 29 sentyabr 2020-ci ildən könüllü olaraq hərbi xidmətini davam etdirmişdir.

Azər Musazadə 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  13 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunun Şəfili kəndində torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ATİQ İBRAHİMOV

Стандартный

Atiq Ariz oğlu İbrahimov (d. 24 iyun 1990; MingəçevirAzərbaycan SSRSSRİ — 16 oktyabr 2020; AğdərəAzərbaycan Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə anadan olub.

Subay idi.

Atiq 5-ci sinifə kimi Mingəçevir Texniki Hümanitar Liseyində oxuyub, sonra 2002-ci ildə Mingəçevir Türk Litseyinə qəbul olub, 2008-ci ildə Türk Litseyini qurtarıb. Türkiyənin Akdeniz və 20122016-cı illərdə Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.2016-cı ildə Azərbaycana qayıdıb. 5 xarici dildə sərbəst danışa bilirdi. Karate üzrə qara kəmərə sahib olmuşdur.

Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib.

Atiq İbrahimov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində TalışSuqovuşan və Ağdərənin kəndlərinin azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etmişdir. Atiq Ariz oğlu İbrahimov oğlu 16 oktyabr 2020-ci ildə da Ağdərədə «Beton» post deyilən yerdə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLA OLANLAR; HİKMƏT İBRAHİMOV

Стандартный

Hikmət Zaur oglu İbrahimov (23 iyun 2001QarabörkUcar rayonu – 21 oktyabr 2020Füzuli rayonu) — Azərbaycanlı şəhidi.

Hikmət Zaur oğlu İbrahimov 23 iyun 2001-ci ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub. 2007-ci ildə Qarabörk kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2016-cı ildə doqquzuncu sinfini bitirmişdir.

Hikmət İbraimov 25 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb. Oktyabrın 21-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HƏSƏN BAYRAMOV

Стандартный

Həsən Ağaisa oğlu Bayramov (22 iyun 2001Göyçay rayonu – 1 oktyabr 2020AğdərəTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Həsən Ağaisa oğlu Bayramov 2001-ci il iyunun 22-də Göyçay rayonunda dünyaya gəlib.

2019-cu il iyulun 3-də hərbi xidmətə çağırılıb. Vətən müharibəmiz başlayanda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELŞƏN MUSAYEV

Стандартный

Elşən Hüseyn oğlu Musayev (21 iyun 1988AğsuAzərbaycan SSR — 30 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Kiçik çavuş Elşən Musayev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da həlak olub. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dəfn edilib.