Monthly Archives: Февраль 2021

«APREL DÖYÜŞLƏRİ»NDƏ HƏLAK OLANLAR: KAMRAN ŞİRƏLİYEV

Стандартный

Kamran_Şirəliyev

Kamran Faiq oğlu Şirəliyev (d. 28 fevral 1994BakıAzərbaycan — ö. 2 aprel 2016TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 

Kamran Şirəliyev 1994-cü ilin 28 fevral günündə Bakı şəhərinin Suraxanı rayonunda Faiq və Elvira Şirəliyevlərin ailəsində anadan olub. Xəzər rayonunda yerləşən H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Kamran Şirəliyev daha sonra peşə məktəbinə daxil olub.

Əsgər Kamran Şirəliyev 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına həlak oldu.

Aprelin 6-ı isə Kamran Şirəliyev doğulduğu Bakı şəhərinin Suraxanı rayonunda son mənzilə yola salındı. 

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR ƏLÖVSƏT MƏMMƏDOV

Стандартный

Əlövsət Məmmədov

Əlövsət Əli oğlu Məmmədov (28 fevral 1988Azərbaycan — 8 noyabr 2020XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Əlövsət Məmmədov 1988-ci il fevralın 28-də anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Əlövsət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Əlövsət Məmmədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN DAŞDƏMİROV

Стандартный

Orxan Daşdəmirov

Orxan Rəfail oğlu Daşdəmirov (27 fevral 2001Xaçmaz rayonuAzərbaycan — 28 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Daşdəmirov 2001-ci il fevralın 27-də Xaçmaz rayonunun Hülövlü kəndində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Orxan Daşdəmirov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı həlak olub. Xaçmaz rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VACİB MƏMMƏDOV

Стандартный

Vacib Məmmədov

Vacib Zabit oğlu Məmmədov (27 fevral 2001Şəmkir rayonuAzərbaycan — 30 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vacib Məmmədov 2001-ci il fevralın 27-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Vacib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vacib Məmmədov sentyabrın 30-da Talış döyüşləri zamanı həlak olub. Şəmkir rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURAL ABDULLAYEV

Стандартный

Tural_Abdullayev_(DİN_DQ)

Tural Şakir oğlu Abdullayev (26 fevral 1990ƏrikliLaçın rayonu — 30 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu.

Tural Abdullayev 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub.

Tural Abdullayev 2011-ci ildən Daxili Qoşunların sıralarında xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Tural Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Tural Abdullayev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı həlak olub.

«APREL DÖYÜŞLƏRİ»NDƏ HƏLAK OLANLAR: KAPİTAN NƏCMƏDDİN SAVALANOV

Стандартный

Nəcməddin_Savalanov

Nəcməddin Akif oğlu Savalanov (d. 26 fevral 1985İmişliAzərbaycan — ö. 8 may 2016BakıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı). 2016-cı ildə Aprel döyüşləri zamanı yaralansa da, may ayında şəhid olub.

Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamldıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı «Taktiki mühəndis qoşunları komandiri» ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb.

Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası aldı. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdi.

Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salındı.

VİKİPEDİYA

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN HƏSƏNOV

Стандартный

Elməddin_Həsənov

Elməddin Elşən oğlu Həsənov (25 fevral 1996Şərur rayonuAzərbaycan — 23 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elməddin Həsənov 1996-cı il fevralın 25-də Şərur rayonunun Şahtaxtı kəmdində anadan olub.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elməddin Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elməddin Həsənov oktyabrın 23-də Qubadlı döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CƏMİL XƏLƏFOV

Стандартный

Cəmil_Xələfov

Cəmil Fikrət oğlu Xələfov (25 fevral 1997Quba rayonu – 8 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cəmil Xələfov 1997-ci il fevralın 25-də Quba rayonunun Nərimanabad kəndində anadan olub. Subay idi.

Cəmil Xələfov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Kəşfiyyatçı-pulemyotçu idi.

Azərbaycan Ordusunun əsgəri olan Cəmil Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəmil Xələfov oktyabrın 8-də Füzuli döyüşləri zamanı həlak olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PODPOLKOVNİK MEHMAN ŞİRVANOV

Стандартный

Mehman_Şirvanov

Mehman Mirəziz oğlu Şirvanov (24 fevral 1980LənkəranAzərbaycan — 27 sentyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı.

Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. Ailəli idi.

Mehman Şirvanov Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən «N» saylı hərbi hissəsinin zabiti idi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşüb. Mehman Şirvanov sentyabrın 27-də həlak olub. Lənkəran rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin  09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov «Qarabağ» ordeni ilə təltif edildi.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏRHƏMƏT HƏMZƏYEV

Стандартный

Mərhəmət Həmzəyev

Mərhəmət Rizvan oğlu Həmzəyev (24 fevral 1997Şahbuz rayonuAzərbaycan — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Mərhəmət Həmzəyev 1997-cı il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Mərhəmət Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Mərhəmət Həmzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 22-də Şahbuz rayonunda dəfn edilib.

vikipediya