Monthly Archives: Август 2018

ŞƏHİDLƏR: TURAL DADAŞOV

Стандартный

Tural_Dadaşov.jpg

Tural Sabir oğlu Dadaşov (d. 24 avqust 1993BakıAzərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Tural Dadaşov 1993-cü ilin 24 avqust günündə Bakı şəhərində anadan olub. Tural Dadaşov 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) «Kommersiya» fakültəsini bitirib.

Əsgər Tural Dadaşov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 8-i isə Tural Dadaşov Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Dadaşov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

ŞƏHİDLƏR: XAQANİ QOCAYEV

Стандартный

Xaqani Qocayev 21 avqust 1974-cü ildə Ermənistan SSR Krasnoselsk rayonunun Gölkənd kəndində  kəndində anadan olmuşdur.

22 avqust 1992-ci ildə Şəmkir RHK-ndan Milli orduya çağırılmışdır.

Sıravi əsgər 952-ci hərbi hissənin avtomatçısı Xaqani Qocayev Tərtər rayonunda hərbi xidmətdə olmuşdur.

Xaqani Qocayev 13 yanvar 1994-cü ildə Tərtər rayonunda döyüş zamanı həlak olmuşdur.

Şəmkirdə dəfn olunmuşdur.

ŞƏHİDLƏR:GƏNCƏLİ YUSİF QASIMOV

Стандартный

Qasımov_Yusif_Telman_oğlu.png

Yusif Telman oğlu Qasımov 13 avqust 1968-cü ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 6 iyun 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə vzvod komandiri olmuşdur.

1986-1990-cu illərdə SSRİ DİN-in Orconikidze Ali Hərbi Komandanlıq Məktəbində təhsil almışdır. Yusif Qasımov 19 iyul 1992-ci ildə Ağdərənin Aterk (Həsənriz) bölgəsində gedən döyüş zamanı şəhid düşmüşdür.
vikipediya

ŞƏHİDLƏR: FƏQAN XUDAVERDİYEV

Стандартный

Fəqan_Xudaverdiyev.jpeg

Fəqan Baxış oğlu Xudaverdiyev (d. 7 avqust 1975, QaravəlliAğcabədi rayonuAzərbaycan SSR — v. 22 avqust 2008, Tərtər rayonuAzərbaycan) — Azərbaycan Quru Qoşunlarının mayoru. 22 avqust 2008-ci ildə Tərtər rayonunda şəhid olub.

Fəqan Xudaverdiyev 1975-ci ilin 7 avqustunda Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 1983-1993-cü illərdə anadan olduğu kənddə orta təhsil alıb. Orta məktəbi bitirən kimi Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbinin «Taktiki Motatıcı Qoşunların Komandiri-Zirehli Tank və Avtomobil Texnikasının İstismarı Üzrə Muhəndis» fakültəsinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olan Fəqan Xudaverdiyev burada dörd il təhsil alıb və məzun olduğu 1997-ci ildə hərbi xidmətə başlayıb.

Fəqan Xudaverdiyev 2000-ci ildə ailə həyatı qurub; Adəm (24.04.2001), Gültəkin (27.10.2002), Elton (2.07.2005) və Elcan (25.04.2007) adlarında dörd övladı yadigar qalıb.

ŞƏHİDLƏR: QARYAĞDI ƏHMƏDOV

Стандартный

Qaryağdı_Əhmədov.jpg

Qaryağdı Eldar oğlu Əhmədov (d. 1 avqust 1992; Ağdam, Azərbaycan — ö. 1 avqust 2014; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Read the rest of this entry