ŞƏHİDLƏR: QARYAĞDI ƏHMƏDOV

Стандартный

Qaryağdı_Əhmədov.jpg

Qaryağdı Eldar oğlu Əhmədov (d. 1 avqust 1992; Ağdam, Azərbaycan — ö. 1 avqust 2014; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub.

Qaryağdı Əhmədov 1992-ci ilin 1 avqust günündə Ağdam rayonunun Saybalı kəndində anadan olub.

Əsgər Qaryağdı Əhmədov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-i isə Qaryağdı Əhmədov Ağdam rayonunun Quzanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əhmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

Реклама

Обсуждение закрыто.