Tag Archives: Siyavuş Novruzov

XANIM DEPUTAT JALƏ ƏHMƏDOVA O QƏDƏR MƏSUMDUR Kİ, ASLANIN DİŞİLİ-ERKƏKLİ OLDUĞUNU BİLMİR…

Стандартный

jale_ehmedova-2

Teleqraf.com “xanım deputat” Jalə Əhmədova ilə “açıqlama” təqdim edir.

Biz azərbyacanlılara gərək ən azı alt ay danışmaq, yazmaq qadağan edilə. Ruslar bizdə olanı bilirdilər ki, dilimizi məhdudlaşdırırdılar.

“Xanım deputat” nədir?

Əgər “xanım” “qadın” əvəzində işlədilirsə, onda gərək ardıcıl olaq:

Xanım müəlim;

Xanım həkim;

Xanım pambıqçı;

Xanım alverçi;
Xanım satıcı;

Xanım süpürgəçi;

Xanım fahişə və s.

Belə deyilmi?

Bizim niyə abrımız yoxdur?…

Bu bir yana.

Bu “xanım” niyə deputatdır? Özü də Salyandan. Salyanda deputatlığa layiq bir “xanım” tapılmadımı? Hələ kişiləri demirəm…

Əlbəttə, Salyanda xanım, bəy, çoxdur, yəni erkəyi də var, dişisi də. Ancaq bu Xanım Jalə “Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır”.

Vallah, mənim kəndçim Vaqif Axundoun gözəl zövqü var. Bərəkallah!

Şeyx Nəsrulla deyirdi: Şeyx Əhməd, mən xəstəyəm, özün bilirsən nəyin xəstəsiyəm…

Eh, mən Axundov kimi vəzifədə olsaydım və bu xanım mənin işçim olsaydı, onu heç gözümdən uzağa qoymazdım…

Yəqin Vaqif Axundov beş-altı zırpı zabiti təhkim edib Milli Məclisə, onun xanım işçisini güdürlər. Çünki Milli Məclisdə Aqil Abbas kimi, Siyavuş Novruzov kimi, Fəzail Ağamalı kimi pozğun adamlar var…

Xanım deputat 2018-ci ildən Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir.

Mənə elə gəlir ki, bu, düz deyil. Salyan deputatı, Vaqif Axundovun işçisi gərək bıçaq federasiyası təsis edəydi. Çünki bıçaq vurmaq salyanıların qədim milli ənənəsidir.  Mən o bıçaq federasiyasında xanım Jalənin müavini olmağa hazıram. Yəqin xanım Jalənin canısulu xanım kənizləri də olar. Darıxmazdım…

Xanım Jalə Əhmədova təklif edib ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsiylə girsinlər.

Dəstəkləyirəm! Üstəlik arayş təqdim etsinlər ki, başları xarab deyil və İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirlər.

Jalə xanım deyir: “Köməkçim Salyandan olan ağsaqqal və nüfuzlu bir insandır”. Qalmışam məəttəl: mən Salyanda bir nüfuzlu ağsaqqal tanıyırdım: Yavər Cəbrayılov. Onu bütün Azərbaycan tanıyır. Analoqu yoxdur. Bəlkə də ayrı adamdır. Bəlkə Cəbrayılov ölüb. Bəlkə də Axundovlar öz içlərindən “ağsaqqal və nüfuzlu insan” yetiriblər…

Ah, yazıq Salyan… O qədər bıçaqlar vurulub, o qədər qanlar axıdılıb, bəs hanı ədalət, hanı qeyrət, hanı demokratiya…

Jalə deyir: “Aslanın erkəyi, dişisi olmaz”.

Bircə bununla razı deyiləm. Jalə xanım o qədər məsumdur ki, bilmir dişi-erkək olmasa, nəsil artmaz…

Cavandır, öyrənəcək…

Sonda xanım Jalə deyir: “Prezidetə dəstək olaq lazımdır”.

Bununla qismən razıyam. Dəstək lazımdır, ancaq on milyon dəstək çoxdur.

Xanım Jalə, icazə verin Mirzə Əlil prezidentə qulp olsun. Avropa alimləri sübut ediblər ki, qulp qoyulmayan rəhbərin ağlı çaşır.

Bıçaq federasiyasını yaddan çıxarmayın.

Poka, poka, milaya!

Mirzə ƏLİL

20. 09. 2020, Samara

ERKİN QƏDİRLİ İDDİA EDİR Kİ, PREZİDENTLƏ QUMAR OYNAYIR

Стандартный

Erkin Qədirli

Yeni deputat Erkin Qədirli fəal şəkildə açıqılama verən “millət vəkilləri”nə qoşulub və deyəsən tezliklə verməkdə bütün rekordları təzələyəcək. Bu açıqlamaları oxuyanda bəzən elə təsəvvür yaranır ki, Qədirlinin başına hava gəlib və elə öz-özüylə danışır. Son açıqlamasında Qədirli Müsavat başqanı (yəqin başçı seçiləndə başını vurub qanadıblar, ona görə başqan adlanır)  Arif Hacılıyla danışır. Elə bu da öz-özüylə danışmaq kimidir. Çünki Qədirli canlı, real Hacılıyla yox, xəyali Hacılıyla danışır. Hacılı uzaqdan buna sual verib: “Niyə İlham Əliyev məhz sizi seçdi?”

Burda haşiyə çıxmaq istəyirəm, çünki mahnı yadıma düşdü:

«Niyə sevdim mən səni,
Niyə vuruldum sənə..»

Əslində gərək Hacılı sualını İlham müəllimə erə, İlham müəllim də bəlkə bu mahnını oxuyardı…

Erkin Qədirli xəyali Hacılıya deyir ki, “biz açıq oynayırıq, ona görə İlham Əliyev bizi seçib”.

Mirzə Əlil bisavad adamdır, söz incə deyiləndə qalır məəttəl. Burda mən belə başa düşdüm ki, söhbət qumar oyunundan gedir. REAL partiyasına qumarbazlar yığılıb, ancaq açıq oynayırlar. Müsavat partiyasıını da rəhbərləri qumarbazdırlar, ancaq, Qədirlinin fikrincə, onlar kart basırlar…

Bunlar cəhənnəm. Qoy oynasınlar. Bizim millətdə qumarbazlıq həmişə olub. Salyanın Qələbə bağında gündüz günorta vaxtı aşıq atırdılar…

Yəni bunlar təbiidir. Məni darıxdıran ayrı şeydir. Belə çıxır ki, İlham müəllimın REAL-ı qeydiyyatdan keçirməkdə məqsədi onlarla qumat oynamaqdır?

Belə çıxır ki, əlahəzrət prezident qumar oynayır?

Vaveyla!

Belə şey olmaz! Olsa, mən adımı dəyişib qoyaram Mirzə Vəkil!

A kişi, vallah, sənin başın deyəsən xarab olub, get özünü  göstər Əli İnsanova. Prezidentə qara yaxma. Oyun nədir, qumar nədir!

Görəcəkli günlərimiz varmış. Şükür Siyavuş Novruzova!

Mirzə Əlil

06. 09. 2020

YAQUB ƏYYUBOVUN AĞZINA BİR MİLYON DOLLAR QOYUBLAR

Стандартный

Eyyubov_Yaqub_Abdulla_oğlı

Aslan İsmayılov İnternetdə xəbər yayıb ki, guya baş nazirin müavini Yaqub Əyyubov dişinə bir milyon dollar xərcləyib. Bu xəbər əslində doğrudur və eyni zamanda doğru deyil. İcazənizlə mən bunu bir yəhudi lətifəsi ilə başa salım.

“- Xaim, eşitmişəm ki, lotoreyada bir milyon dollar udmusunuz. Doğrudur?

— Tam doğru deyil.

— Necə yəni tam doğru deyil?

— Birincisi, milyon yox, min dollar. İkincisi, lotoreyada yox, kartda. Üçüncsü, udmamışam, uduzmuşam…”

İndu keçək Yaqub Əyyubova. Bir milyon dolllara Yaqub Əyyubov di qayırtdırmayıb. Yetmiş beş yaşlı qocanın diş nəyinə lazımdır? Bir milyon dolları əlahəzrət prezident Əyyubovun ağzına qızıl-valyuta ehtiyatı kimi qoyub. Əyyubov əlli ildir hökumətdədir. Çox etibarlı adamdır. İndi banklara etibar yoxdur. Ona görə lham Əliyev ölkənin qızıl-valyuta ehtiyatlarını ən etibarlı yerlərdə saxlayır. Bir milyon da Əyyubovun ağzına qoyub. Ona görə də bir milyon məsələsi doğrudur, diş məsələsi yalandır. Biz hələ bilmirik ki, başqa məmurların,  etibar etdiyi başqa yaxınların ağzına prezident nə qədər qoyub…

Nə di.ş, a kişi? Əyyubov həppilim kişidir, manna sıyığıyla dolanan adamdır, dişi neynir? Nəyi, kimi dişləyəcək?

 Tələqraf.com-a istinadla
Mirzə ƏLİL

28.08. 2020, Samara

SƏRDAR CƏLALOĞLU, ÜSTÜNƏ TANKLA GƏLİRƏM!

Стандартный

Sərdar Cəlaloğlu

Ah, bu pandemiya! Ah, bu karantin! Sərhədləri bağlayıblar, qalmışıq qəfəsdə!

Sərhədlər bağlanmasaydı, mən yerimdə oturardımmı? Vallah, indi yox, bir həftə bundan qabaq tapançamı bağlardım belimə, uçardım Azərbaycana. Daha mənim səbrim tükənib, yaxşı adamlar oturub yerində, bu çaqqal-çuqqal, qarğa-quzğun düşüb Ramiz Mehdiyevin üstünə, kişini leş kimi dimdikləyirlər, cırıb-dağıdırlar.

“Dala durun, maygülülər! Əllər yuxarı!”

Tapançadan bir güllə atılan kimi bu cındırlar qaçıb dağılardılar.

Heyf, sərhəd bağlıdır!

Düzünə qalsa, mənim tapançam da yoxdur.

Açığını desəm, Bakıya getməyə pulum da yoxdur.

Azərbaycan sərhədini aşmağa pasportum da yoxdur.

Qalmışam yana-yana…

Baxıram bu Sərdar Cəlaloğluna, hansı kanaldasa yumruqlarını yelləyir aparıcı qadının gözünün qabağında. Hər yumruq mənim iki başım boydadır. Özü də adi yumruq deyil, naxçıvanlı yumruğudur. Belə yumruğun qabağına tapança ilə çıxmaq ollaz. Gərək tankla çıxasan!

İstyirəm Putinə müraciət edib bir tank istəyəm. Verər, sözümü yerə salmaz. O qədər istifadəsiz tankı var ki. Bəlkə ikisini verər. Qoşaram dallı-qabaqlı, keçərəm sərhədi, sürərəm tankları Sərdar Cəlaloğlunun qapısına, tankın lüləsini, Jvanetski demişkən, uzadaram pəncərəsinə, deyərəm: “Ramiz Mehdiyev haqqında dediklərini təkrar elə!”

Vallah, Sərdar Cəlaloğlu altını bulayar, ətrafına yumruqları boyda kömbələr qoyar…

A zalım oğlu, Ramiz Mehdiyev emissardır? Ölkəni son iyirmi ildə Ramiz Mehdiyev idarə edib? Edibsə, bəs sənin yerlilərin Kəmaləddin Heydərovu, Elçin Quliyevi kim qoyub vəzifəyə? Niyə akademiyanın yarısı naxçıvanlıdır? Milli Məclisə o qədər naxçıvanlını və yerazı kim dürtüb? Bunu da Ramiz Mehdiyev eləyib?

Gah deyirsən Mehdiyev Rusiyanın emissarıdır, gah deyirsən Amerikanın tapşırığı ilə Ramiz Mehdiyev müxalifəti basırdı dama. Rusiyanın ayrı dərdi yoxdur, elə gecə-gündüz Azərbaycanı ziyan vurmaq fikrindədir? Bəs niyə bir milyon azərbaycanlı Rusiyada Azərbaycandakından da sərbəst pul qazanır və milyardlarla dollar pul Rusiyadan Azərbaycana axır?

Əgər hər şey Ramiz Mehdiyevin əlində və ixtiyarında olubsa, sən necə “qəzet sahibi” olmusan? Pul tapmışdın?

Niyə qadınla danışanda yekə yumruqlarını yelləyirsən?

Arvadın ərə tabe olmağını Xudayar bəydən eşitmisən?

Yox, gərək, mən Putindən tank istəyəm. Minib  gələcəyəm Bakıya, tankı sürəcəyəm Sərdar Cəlaloğlunun qapısına. Lüləsini tuşlayacağam Sərdarın sərinə, yəni başına. Mərmi başına da dəyməsə. yumruğunun birinə dəyər, çünki yumruğu da başı boydadır…

Ramiz müəllim, darıxma, gəlirəm. Sən o biri nəvələrinə də toy hazırlığı gör. Tankı saxlaram mağarın  yanında, bir polis yaxın gələ bilməz…

Poka, poka…

Mirzə ƏLİL

28.08. 2020, Samara

ANAR MƏMMƏDOVLA MÜQAYİSƏDƏ SİYAVUŞ NOVRUZOV RƏĞBƏT DOĞURUR…

Стандартный

3

“Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir”.

“…əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır”.

“Ölkədə ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi hakimiyyəti çox mürəkkəb duruma salıb”.

Söhbət hansə ölkədən gedir? Deyilənlər Azərbaycanı xatırlatmırmı? Dünənəcən hakim komandada olmuş adamlar zdə qandallanmırmı? Nə qədər icra baççsı tutulub?

Əhalinin  etimadını itirən Azərbaycan hakimiyyəti deyilmi?

Hüquq və azadlıqlar Azərbaycanda poğulmurmu? Nə qədər gəc fəal elə son vaxtla turtulub?

Mənə elə gəlir ki ağlı başında və vicdanı lazımi yerində olan insan deyər ki, bəli, bu, Azərbaycandır.

Ağlını deyə bilmərəm, ancaq vicdanıın olmağı böyük şübhə doğuran millət vəkili Anar Məmmmədov deyir ki, bura Ermənistandır.

Yəni Anar Məmmədov deyir ki, Ermənistan ölüb, yerdən götürəni yoxdur. Apar bayrağını sanc Yerevanda ürəyin isytəyən yerə.

Ancaq nədənsə bu qırışmal deputat Ermənistanın bu ölü vəziyyətində aparıb bayrağımızı Ağdamın ya Cəbrayılın bir kəndinə də sanca bilmir.

Bu adamın işi-peşəsi milləti tovlamaq, gözünə kül üfürmək, ağı qara kimi göstərməkdir. Bu cinayətkar fəaliyyətə görə Anar Məmmədov ayda bir ətək pul qazanır.

Bu Anar Məmmədov ömründə bir gün ictimai-faydalı əməklə məşğul olmayıb. Elə oxumaqla məşğuldur. Türkün məsəli bu məktəbə girir, türkün məsəli, o biri məktəbdən çıxır. Beş-altı universitet qurtarıb. Üç il bundan qabaq, ayıb olmasın, yenə girib birinə.

“Mən eylə bilirdim ki…”

Mən elə bilirdim ki, yalan danışmaq, fırıldaqla məşğul olmaq üçün çox oxumaq lazım deyil…

Bu adan Siyavuş Novruzovdan da təhlükəli və ziyanlıdır. Siyavuşun xeyli yaşı var, özü də xəstəyə oxşayır. Ancaq by Anar Məmmədli cavandır, özü də buğa kimidir.

Vay bu odlar yurdu Azəribaycanımızın halına…

Mirzə ƏLİL

25.08.2020, Samara

RAMİZ MEHDİYEVİN LENİNLƏ SÖHBƏTİ

Стандартный

1

Akademik Ramiz Mehdiyevi haqsız təqiblər o qədər çaş-baş salıb ki, ictimaiyyət üçün açıqlamasında Məhəmməd peyğəmbərin hədisini sitat gətirib. Sitatı bitirən kimi Vladimir İliç gözünün qabağında peyda olub və yekə daz başını yırğalaya-yırğalaya deyib:

— Yoldaş Mehdiyev! Ah, yoldaş Mehdiyev! Sən mənim əsərlərimdən dissertasiya yazıb adam olmusan, indi müsəlman peyğəmbərindən sitat gətirirsən. Ayıb olsun!

Akademik o qədər həyəcanlanıb ki, üstüörtülü desək, əyni-başı islanıb.

— Yoldaş Lenin! Əziz Vladimir İliç! Sən bilmirsən ki, biz necə ölkədə yaşayırıq. Bir toydan ötrü az qalıblar məni çarmıxa çəksinlər.

— Yoldaş Mehdiyev! Bolşevik mətin olmalıdır! Dini mövhumata uymaq bizə yaraşmaz. Sən gərək Marksdan, Engelsdən, məndən sitat gətirəydin. Məsləhət görürəm ki, mənim “Marksizm və empriokritisizm” əsərimdən bir neçə səhifə ilə inqilabçı və mütərəqqi Azərbaycan xalqına müraciət edəsən.

— Vladimir İliç! Bizdə karantindir. Marksizm də qadağandır, empriokritisizim də. Özü də məhərrəmlikdir. Qorxulu vaxtdır. Hamı baş yarır…

— Yoldaş Mehdiyev! Yaddan çıxarmayın! “Materilaizm və empiriokritisizm”. Əlavə ədəbiyyat kimi “Biz Rabkrini necə yenidən təşkil etməliyik” məqaləmi məsləhət görürəm…

— Hökmən, Vladimir İliç. Axırıma çıxmasalar, şaqqalamasalar, çarmıxa çəkməsələr, payaya sancmasalar…

Mirzə Əlil

24.08. 2020, Samara

İLHAM ƏLİYEV SİYAVUŞ NOVRUZOVU «İSTEFA» ORDENİ İLƏ TƏLTİF EDİB

Стандартный

Siyavuş Novruzov

Azərbaycan prezidenti əlahəzrət İlham Əliyev görkəmli dövlət xadimi Siyavuş Novruzovu daha bir ordenlə, «İstefa» ordeni ilə təltif edib.

Mirzə ƏLİL

24.08. 2020, Samara

AZƏRBAYCANI RAMİZ MEHDİYEVİN TOYU YOX, ONUN «AKADEMİK»LİYİ NARAHAT ETMƏLİDİR!

Стандартный

1

Hakimiyyət millətin, xüsusən onun çoxluq təşkil edən sadəlövh və hətta cahil hissəsinin havasını yaxşı bilir və “lazım gələndə” zurnasını qoltuğundan çıxarıb bu havanı çalır və millət də düşür ortalığa.

Ramiz Mehdiyevin nəvəsinin toyu ən azı təşkil baxımından çox sadə görünür, əgər Bakıda və rayonlarda iş fəaliyyəti varsa, açıq havada belə məclislərin keşirilməsini qadağan etməyə dəyməz. Yəni Ramiz Mehdiyvein yaxın adamlarının cəzalandırılması iki məqsəd güdür: hansı ədavətlərə görəsə Mehdiyevdən acıq çıxmaq və xalqın gözündə qanunsevər və ədalətli görünmək.

Məni Ramiz Mehdiyevin toyu maraqlandırmr. Cəhənnəmə eləyib, göra eləyib. Kaş elə Ramiz Mehdiyev Siyauş Novruzov və Abel Məhərrəmov kimiləri bir yerə yığıb onları virusla yoluxdursun. Günahlarının br qismindən Tanrı bəlkə keçər.

Günahlar isə çoxdur.

Məni maraqlandıran Ramiz Mehdiyevin akademikliyidir. Hecə olur ki, heç bir elm sahəsində heç bir xidməti olmayan adam bu rütbəyə yuksəlir. Ramiz Mehdiyev yüz il qabaq, az qala Leninin sağlığında onun əsərlərindən dissertasiya yazıb. Beə dissertasiya müəllifini heç yerdə alim saymazlar. Azərbaycanda isə bu adam Akademiyanın prezidentidir!

Milli elmlər akademiyasının!

Fikir verirsiniz? Milli elmlər! Yəni fizika yox, riyaziyyat yox, biologiya yox. Hansısa milli eləmlər. Yəni bu elmlər Azərbaycanda yaranır və nə ilə məşğul olduğu, nə öyrəndiyi, nə yaratdığı məlum deyil.

Mən başa düşürəm ki, addakı məna daşıyan bu qüsur dilin xassəsi ilə bağlıdır. Ruscaya çevirəndə ayrı cür olur: Национальная академия наук. Yəni ki, milli – akademiyadır, elm deyil…

Əslində dildən doğan yanlışlıq həqiqəti açır: Azərbaycanda elm millidir, yəni əslində elm yoxdur. Bəlkə nəsə var, ancaq Ramiz Mehdiyevin prezident olduğu akademiyada elmin olduğuna inana bilmirəm.

Yadınıza salım ki, karantin rejimini Boris Conson da, onun yksək rütbəli əməkdaşları da pozmuşdular. Qınandılar, üzrxahlıq elədilər, söhbət bitdi.

Ramiz Mehdiyevin toyunun xalqı belə qıcıqlandırmağı, onun ailə üzvlərinin cəzalandırılmağı göstərir ki, Azərbaycanda elmin olub-olmadığı heç kimin vecinə deyil.

Bəlkə də elm barəsində, nəyə görə Ramiz Mehdiyevun akademik olduğu barədə düşünməyə başlayanlar olur. Başlayan kimi də İlham Əliyev qoltuğundan zurnasını çıxarıb millətin havasını çalır, millət də arsız-arsız düşür ortalığa…

Subaylar üçün olsun!

Mirzə ƏLİL

23. 08. 2020, Samara

OMBUDSMAN SƏBİNƏ ƏLİYEVA BELƏ CƏZALANDIRILDI

Стандартный

1

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakına görə ombudsman Səbinə Əliyeva da cəzalandırılıb və məhərrəmlik nəzərə alınaraq ona 29 (iyirmi) şallaq cəzası kəsilib. Şallağı Milli Məclisin ən canısulu arvad deputatı, əməkdar ekzekutor Qənirə Paşayeva vurub. Hər şallaq dəyəndə ombudsman «Ya Hüseyn!» deyirmiş. 

Cəzanın icrasını əlahəzrət prezident öz sarayanıda canlı yayımla izləyib və aparıcı Azərbaycan jurnalistlərinin yazdığına görə, «göz yaşlarına hakim ola bilməyib».

Mirzə Əlil

23.08. 2020, Samara

KƏRAMƏT BÖYÜKÇÖL SİYAVUŞ NOVRUZOVUN RUHUNDAN VƏ İNTELLEKTİNDƏN DOĞULUB

Стандартный

Kəramət_Böyükçöl

Kəramət Böyükçöl adlı gənc yazıçının tutulduğunu eşidib ağladım.

Bilmirəm qocalıqdandır ya ürəyimin yumşaqlığından, həbs xəbəri eşidən kimi ağlayıram. Naziri tuturlar – ağlayıram, demokratı tuturlar – ağlayıram…

Nə gizlədim, hətta serial qatillər tutulanda da, Azərbaycan jurnalistlətinin yzdığı kimi desəm, “göz yaşlarıma hakim ola bilmirəm…”

Dünənəcən Kəramət Böyükçöl adlı insan tanımırdım. Və təbii ki, yazıçı olduğunu da bilmirdim. Tutulandan sonra bildim ki, bu Kəramət Cəlil Məmmədquluzadədən də böyük yazıçıdır. Bunu biləndə Cəlil Məmmədquluzadəni yadıma salıb ağladım…

Sonra İnterneti eşib bu böyük çöldən çıxmış yazıçının bəzi çıxışlarını oxudum, bəzi çıxışlarına baxdım.

Biz azərbaycanlılarda xasiyyətdir: təzə gördüyümüz adamı tanıdığımız adamlardan kiməsə oxşadırıq. Məsələn, azərbaycanlı arvad Fransa prezidentini televizorda görür, əlini əlinə vurub deyir ki, Ətağa cəddi, bu kişi bizim böyük qızın qayınatasına oxşayır…

Bəzən azərbaycanlılar təzə gördükləri adamı heyvanlara oxşadırlar. “Lap meymuna oxşayır”. “Başı mal başıdır”. “Ağzı naqqa balığının ağzına oxşayır” və s.

Bir sözlə, çox gözəl xalqıq!

İndi mən də baxıraM Kəramət Böyükçölün simasına, danışığına qulaq asıram, fikirləşirəm ki, bu cavan mənə kimisə xatırladır. Dədəsi Qəşəmə oxşamır. Bütün yazıçıarın atası Anara da oxşamır. Otaqda xeyi var-gəl edəndən sonra birdən Siyavuş Novruzun gözıl siması gözümün qabağına gəldi, gözəl səsi qulaqlarımda cingildədi və dərhal başa düşdüm ki, Kəramət Böyükçöl elə bil Siyavuşun burnundan düşüb. Onun da sinəsinə çoxlu orden və medal taxsan, əlinə, türkün məsəli, deputat vəsiqəsi versən, elə bilərsən ki, Siyavuşun burnundan düşüb.

Bu oxşarlıq ilk növbədə imtellektual oxşarlıqdır. Çünki hər ikisi ağıl dəryasıdır, hər ikisi dühadır və bu dühalar qrammatik qaydalara sığmırlar, sintaktik normalar onlar üçün əsarətdir. Hər ikisi Azərbaycan dilini sözün əsil mənasında mələdir. Çünki bu adamlarda elə səs zənginliyi var ki, beş-on sözlə keçinirlər, ona görə də söz ehtiyatı yaradıb beyinlərinə ağırlıq salmırlar. Götürək fili. Gör nə boyda heyvandır, ancaq bir kəlmə söz işlətmir. Kəramətdə də fil böyüklüyü var, mübdtəda və xəbərə tüpürür, ikinci dərəcəli üzvləri isə sadəcə olaraq işədir…

Biləndə ki, Kəramət Bakı universitetində müəllimdir, özümdən getdim və yarım saatdan sonra ayılıb göz yaşlarına qərq oldum. Yox, mən universitetin halına ağlamadım, öz halıma ağladım ki, cavan deyiləm, tələbəlik vaxtım keçib, Kəramət kimi dünya dahisinin şagirdi olmaq səadətindən mərhumam…

Ah, acı tale!

Ah, mənim Kəramət kimi, Siyavuş kimi dühalar yetrən millətim!

Mən bilmirəm Kəramət professor tələbələrə nə dərsi deyir. Mənə elə gəlir ki, o, riyaziyyatda kəllədir. Deyirdi ki, min kitab satıb, biri on manata, on min qazanıb, hər üç ayda bir kitab yazacaq, doqquz ayda otuz min qazanacaq…

Belə çətin hesabı aparan insanda nə qədər intellekt olmalıdır! Yəqin başının çəkisi otuz kilodan az olmaz. Heç Sabirabadda bu ağırlıqda qarpız yetişdirə bilmirlər!

Mən Kəramətin yazdıqlarını oxumamışam. Mən köhnə adamam, azsavadlı adamam, mən belə dərin təfəkkürlü, qlobal baxışlı və universal təhsilli, ensiklopedik bilikli yazıçını başa düşmərəm. Ancaq mənə elə gəlir ki, o nəinki Cəlil Məmmədquuzadədən, o hətta Dostoyevskidən də böyük yazıçıdır.

Və fikirləşirəm ki, bəlkə heç Böyükçöl həbs olunmayıb, onu həbs adıyla prezidentin nəvələrinə tərbiyəçi-müəllim aparıblar?

Necə ki, Dostoyevski imperator uşaqlarına tərbiyəçi-müəllim təyin olunmuşdu…

Vallah, Böyükçöl layiqdir!

Ah, mənim xoşbəxt millətim! Sən belə dahi oğulları necə əkirsən, necə doğursan! Əhsən!

Yenə ağlayıram. Azərbaycan jurnalistləri demişkən “göz yaşlarıma hakim ola bilmirəm!.

Sevincdən!

Mİrzə ƏLİL

19.08. 2020, Samara