Daily Archives: 01.08.2020

ERMƏNİ LOBBİSİ NİYƏ NAQİF HƏMZƏYEVƏ İANƏ GÖNDƏRMİR?

Стандартный

1

Millət vəkili Naqif Həmzəyev Teleqraf.com-a qatıqlamasında deyib ki, Ermənistan dilənçi günündədir və xaricdəki erməni lobbisinin göndərdiyi ianə ilə dolanır.

İndi mən gözümün qabağına Bakıda metro syansiyalarının birinin qabağında oturmuş bir dilənçi gətirdim. Birdən bu dilənçinin yanından geyimli-keçimli, güləş ya boks üzrə olimpiya çempionu keçir. Bu dilənçi durur ayağa, olimpiya çempionunu yıxır yerə, bir neçə qabırğasını sındırır və paltarının da iyirmi faizini və ayaqqabısının bir tayını çıxarıb yola salır…

Mən bunu təsəvvürümə gətirdim və öz təsəvvürümdən dəhşətə gəldim.

Ancaq bu cüvəllağı Naqifin dediyindən məhz belə çıxır.

Bəlkə ermənilərin lobbidən aldığı dilənçi payda sehrli bir şey var? Misri qılıncda olan sehrdən. Ona görə erməniər o ianəni alan kimi dönürlər şirə, düşürlər üstümüzə, generalımız, polkovnikimizi öldürürlər.

Ah, o ianədən bizimkilər də alaydı!

Əslində bizim yerazlara da o ianədən düşür. Elə bu Naqif Həmzəyevə. Ermənistanda anadan olub. Erməni lobbisi ona ianə verməlidir! Bu Naqif Həmzəyev lobbi ianəsi alsa, bəlkə qeyrətə gələr, gedər heç olmasa, Ağdamdakı ermənilərə “kiş!” deyər…

Soruşa bilərsiniz ki, mən niyə  Naqifə “cüvəllağı” deyirəm. Siz soruşa bilərsiniz, mən də deyərəm ki, əcəb eləyirəm.

Çünki bu cüvəllağı Nafiq Məmmədəmin Rəsulzadəyə “vətən xaini” demişdi. İndiyəcən buna görə onun yağlı sifətinə bir şillə çəkən olmayıb. İndi qoyun heç olmasa uzaqdan-uzağa ona “cüvəllağı” eyib hayıfımı alım.

Ancaq bu Naqif cüvəllağı olsa da, onun hüquqları qorunmalıdır. Ona görə üzümü erməni lobbisinə tutub təkidlə deyirəm: Naqif Həmzəyevin ianəsini təcili göndərin!

 Mirzə ƏLİL

01.08. 2020, Samara