Daily Archives: 11.08.2020

ZAHİD ORUC HAQQINDA: YALTAQ SÖZLƏR AĞIZDAN YOX, DALDAN ÇIXIR…

Стандартный

Zahid_Oruc

Zahid Oruc fevralın 1-də dünyaya gəlib. Fefral soyuq aydır, Gədəbəyin də iqlimi sərtdir. Zahid Oruc doğulan kimi üşüyüb, deyib ana, n soyuq yerdir bura, mən istəyirəm qayıdam dala, mən qotxuram bu dünyada yaşaya bilməyəm, elə tifil yaşımda tələf olub gedəm.

Anası uşağın tüksüz başını sığallayıb deyib ki, bala, daha geriyə yol yoxdur. Ancaq qorxma, bu dünyada gör nə qədər adam yaşayır. Sən də öyrəşərsən. Ancaq gərək yaşamağı gərək bacarasan. Bacarmağınsa ən birinci şərti yaltaqlıqdır. Yaltaqlıq eləsən, kefin olacqq Gədəbəy kartofu kimi kök. İşin kimdən keçsə, təriflə, ayıb-zad bilmə…

O gündən Zahid anasının sözünü bircə anda yadından çıxarmır. Tərifdə indi oun qabağına Azərbaycan kimi yaltaqlar ölkəsində də hər adam çıxa bilməz.

Zahid Oruycunmətbuatdakı son qatıqlamasından sitatlar:

“…pandemiya dövründə dövlətin bütün strukturlarının çevik işləməsini təşkil edən, həm daxili, həm beynəlxalq əlaqələrini bu çağırışlara uyğunlaşdıran ən qabaqcıl liderlərdən biri cənab Prezident İlham Əliyev oldu”.

“ cənab Prezident 12 iyul tarixində ölkəmizə qarşı Ermənistan tərəfindən edilən qəsdin qarşısında dayanan ən böyük qüvvə oldu”.

“…cənab Prezidentin özünün dediyi kimi, bir neçə gün davam edən hərbi əməliyyatlar sübüt etdi ki, o, sərkərdə kimi müharibə durumunda millətinin yanındadır və onun mübarizəsini təşkil edir, gücünü yaradan ən böyük qüvvədir”.

“Sərkərdə” sözünə fikir verirsiniz? Aleksandr Makedonski, Teymurləng, Napoleon, Suvorov yadınıza düşür? İki nəfər sütül erməni əsgəri bir kapitanla öz ərazimizdə generalı, polkovniki, mayoru öldürür, bu şərəfsiz də hərbi qələbədən danışır…

Zahid Oruc, bütün başqa yaltaqlar kimi və hətta onlardan da artıq yalançıdır. Deyir: “Sübut olundu ki, millətin hər bir nəfəri — ən gənc adamları da meydanlara çıxıb birbaşa silaha sarılıb torpaq bütünlüyümüzü təmin etməyə hazırdır, prinsipialdır, güzəştsizdir”.

Hər bir nəfəri? Bəs onda niyə onlarla insan türməyə niyə atıldı? Bəs niyə millətin yarısını ölkə başçısı “antimilli ünsür adlandırır”?

Bütün yalançılar ki, Zahid Orucun dili çaşıb doğruya gəlir.

“…erməni mətbuatının 60-70 faizi Paşinyana müxalif olan qüvvələrin əlindədir. Ordu da həmçinin. O, hökuməti, parlamenti, məhkəmə sistemini ələ almağa çalışır. Amma indiki halda bunu həyata keçirmək o qədər də sadə deyil. Bunun müqayisəsində isə Azərbaycanda tamamilə ordu və dövlət, Ali baş komandan arasında birlik mövcuddur””.

Yəni dolayısı ilə Zahid Oruc etiraf edir ki, Ermənistan – demokratik dövlətdir, Azərbaycanda isə yarımfeodal rejim hökm sürür. Bunu mən demirəm, Zahid Oruc deyir. Bəlkə də Zahid Oruc ermənilərə işləyir. Çünki belə insanlar öz yaltaqlıqları, yalançılıqları, qısa desək, şərəfsizlikləri və əqidəsizlikləri ilə xalqın mənəviyyatını korlayır, dövlətin əsaslarını sarsıdırlar. İndi mənə desələr ki, Zahid Oruc erməni casusu çıxıb, mən təəccüblənmərəm…

Ancaq hələlik Zahid Oruc millət vəkilidir və hər gün başqa millət vəkilləri kimi yalan danışmalı, öz yaltaqlığını göstərməlidir.

Nədənsə, mənə elə gəlir ki, yaltağın nitqi başda yaranıb ağızdan çıxmır. Yaltaq nitqlər, zənnimcə, ayrı yerdə yaranıb hardasa dal tərəfdən çıxır… Yalqat qatıqlamaları oxuyanda elə bil burnuna pis iy gəlir…

Ah, o soyuq fevral günü… Kaş o gün təqvimdə olmayaydı…

Mirzə ƏLİL

11.08. 20, Samara