Tag Archives: Ceyhun Bayramov

«QARDAŞ OLUB HAYASTAN, AZƏRBAYCAN…»

Стандартный

Qarabağ atəşkəs

ХОРОШО СИДИМ!

ƏCƏB OTURMUŞUQ!

AYNUR CAMALQIZINA: BİZİM HƏYƏCANIMIZIN TƏBİLİNİ ERMƏNİLƏR NİYƏ ÇALIRLAR?

Стандартный

Kak_nauchitsya_igrat_na_barabanah_6

Jurnalist Aynur Camalqızı, türkün məsəli, açıqlama verib. Və, ayıb olmasın, aşıqlama verərək deyib ki. ermənilər Livanda partlayışdan zəzər çəkmiş soydaşlarını Qarabağda yerləşdirməyə hazırlaşırlar. Bundan narahat olan Azərbaycan rəhbərliyi həyəcan təbili çalır. Konkret olaraq:

Xarici işlər naziri Ceyhun Bayramov təbil çalır;

Prezidentin köməkçisi Hikmət Hacıyev təbil çalır;

Azərbaycan diplomatları təbil çalırlar;

Azərbaycan daspor təşkilatlarının rəhbərləri təbil çalırlar…

Burda mənim yadıma keçən əsrin 70-ci illəri düşdü. Azərbaycanda nağaraçılar ansamblı var idi. Çingiz Mehdiyev rəhbərlik edirdi. Böyük sovet-partiya konsertlərində hökmən 40-50 kişi nağaranı qoltuqlayıb səhnəyə çıxır, yarım saat gumbuldadırdılar.

Bu nağaraçalanlar Azərbaycan KP MK-in 1-ci katibi Heydər Əliyevim çox xoşuna gəlirdilər. Onlar gumbuldatdıqca, yoldaş Əliyev yerində çəpik çalırdı…

Məni Azərbaycandan o nağaraçılar qaçırdılar…

İndi o “Qobustan ritmləri” yadıma düşdü, gözümün qabağında qoltuqlarında nağara Ceyhun Bayramovla Hİkmət Hacıyev gəldilər, hönkür-hönkür ağladım…

Görün Aynur Camalqızı sonra nə deyir. Deyir ki, hətta bu işə bəzi erməni siyasətçiləri və siyasətşünasları da həyəcan təbili çalırlar…

Dünyanın axırıdır, vallah! Başlı başını saxlasın! Başdan papaq götürürlər!

Ermənilər qabaqlar kamança çalardılar. İndi keçiblər təbilə. Özü də bizim yerimizə çalırlar.

Axı həyəcan bizimdir! Bizim həyəcanın təbilini ermənilər niyə çalırlar?

Bircə onu başa düşdüm ki, Aynur Camalqızı da saatlarla həyəcan təbili çalır və buna görə ağlı bir az çaşıb.

Gərək bundan sonra bu xanım, türkün məsəli, açıqlamanı ayıq başşla versin..

Ya heç verməsin.

Nə qədər açıqlama vermək olar?

Ustadlar demişkən, biz dəxi rüsvayi-cahan olduq…

Mirzə ƏLİL (hal –hazırda Mirzə Təbil)

01.09. 2020
Samara

CƏNAB NAZİR, RAYONLARI BİRDƏN ALMAYIN, BİR-BİR ALIN…

Стандартный

Ceyhun_Bayramov

Qubadlının işğalı ölkədə geniş qeyd edilir. Xüsusən kütləvi informasiya vasitələri bu günü Novruzu, Şaxta babanı gözlədikləri kimi gözləyirlər. Məəsələn, Teleqraf.com saytında Qubadlının işğalı haqqında məlumat gecə saat 12 tamam olan kimi yerləşdirilib. Yəqin bütün redaksiya kompütüerlərin arxasında oturub vaxtı izləyirmiş.

Məşədi İbad demişkən, çox gözəl, çox pakizə!
Ancaq ən xoş xəbəri xarici işlər naziri Ceyhun Bayramov verib. Bu cənab belə deyib: “Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək».

Yəqin Qubadlı qaçqınları bunu eşidəndə “Uzundərə” oynatıblar. Qubadlı qaçqınları qocaldıqlarından, həm də ürəkəri yaralı olduğuna görə şıdırğı havaları oynaya bilmirlrər. Elə “Uzundərə” oynayırlar…

Cənab Bayramov! Torpaqların hamısını birdən almayın, növbə ilə alın, yavaş-yavaş alın. Çünki bu rayonlarda alınanda onların təntənəli açılışı olacaq, əlahəzrət prezident şəxsən özü gedib qırmızı lent kəsəcək. Ona görə prezident yorulmasın deyə, rayonları bir-bir, iki-üç aylıq fasilə ilə alın. Həm də qaçqınlar qocalıblar, xəstədirlər. Onların birdən-birə sevinclə çox yükləmək olmaz…

Yaşasın Xarici işlər nazirliyi!

Yaşasın Qubadlı qaçqınları!

Yaşasın AzTV!
Mirzə ƏLİL

31.08. 2020, Samara

MİRZƏ ƏLİL MƏMMƏDYAROVUN QİSASINI YERDƏ QOYMAZ…

Стандартный

2

Əlahəzrət prezident İlham Əliyevin siyasətini, atdığı addımları, verdiyi qərarları başa düşmək üçün gərək prezidentdə olan intellektin heç olmasa yüzdə biri səndə ola. Boynuma alıram, məndə heç mində biri də yoxdur. Ona görə qalmışam məəttəl.

Götürək bu Tovuz döyüşlərini. Biz qələbə çalmışıq ya basılmışıq? Mən, prezident demişkən, boş başımla fikirləşirdim ki, basılmışıq. Çünki riyazi hesablama aparmağa ağlım çatmır, mən, tavtalogiyaya görə üzr istəyirəm, hesabi hesablama aparıram.

Yəni mən belə sayıram: erməni tərəfdən iki Smbat ölüb, iki Karapet. Yəqin ikisi də narkoman olub. Bəlkə başqa pozğunluqlar da eləyiblər. Yəni dörd nəfər ölüvay erməni sıradan çıxıb. Bizdə isə on iki ölən var: general, polkovnik, mayor…

İndi hesab kimin xeyrinə olur? Mən boş başımla fikirləşirdim ki, ermənilər böyük hesabla qələbə qazanıblar. Əlahəzrət prezident mürəkkəb riyazi hesablama aparır və deyir ki, qələbəni biz qazanmışıq.

Mən bunu başa düşə bilmərəm, lap dəyənək altına salıb əzişdirsələr də. Ağlım çatmır. Ona görə prezidentin dediyi ilə razılaşıram. Ancaq belədirsə, Məmmədyarovu niyə işdən çıxarırlar? Belə çıxır ki, qələbə qazanmışıq, ancaq bir o qədər də yox. Hə?

Yaxşı, deyək ki, mən başıboş deyən düzdür. Qələbəni ermənilər qazanıblar. Onda niyə Məmmədyarov cəzalanır? Məmmədyarov müdafiə naziri deyil, qərargah rəisi deyil, Məmmədyarov başı batmış heç rota komandiri deyil. Niyə görə xarici işlər naziri cəzalanır? Tovuz xaricdir yoxsa daxil? Bizdə daxili işlər naziri kimdir? Daxili qoşunların komandiri kimdir?

Niyə müdafiə naziri cəzalanmır, xarici işlər naziri cəzalanır? Bəlkə prezident Zakir Həsənovdan, lənət şeytana, qorxur? Axı onun tapançası var! Yazıq Məmmədyarovun isə tapançası-zadı yox idi. Ağzında bir rus dili var idi, onu da az qalırdılar çəkib çıxarsınlar.

Bir sözlə, Mirzə Əlil Məmmədyarovun işdən çıxarılmağından çox narazıdır, heyf ki, bilmir bilmir şikayətini hara eləsin, kimə eləsin. Ancaq Molla Nəsrəddin demişkən, Mirzə Əlil bilir ki, neyləyəcək.

Burda mənim yadıma… hə, futbol oyunu düşdü. Penaltini nə vaxt verirlər? Qayda cərimə meydançasında pozulanda! Əgər döyüşlər Tovuzda baş veribsə və biz iki Smbatla iki Karapeti öldürüb 12 iki igid oğul itirmişiksə, niyə daxildəkiləri cəzalandırmırlar? Niyə generalların poqonları və sinələrindəki bir sentnerlik ordenlər çıxarılmır?

Mən bilirəm neyləyəcəyəm…Mən Məmmədyarovun hayıfını çıxmasam, adımı dəyişib qoyaram Mirzə Zəlil…

Mirzə ƏLİL

16.07. 2020, Samara