Daily Archives: 12.08.2020

APREL ŞƏHİDLƏRİ:MAYOR TƏBRİZ MUSAZADƏ

Стандартный

Təbriz_Musazadə

Təbriz Tariyel oğlu Musazadə (d. 12 avqust 1981DmanisiGürcüstan — ö. 2 aprel 2016FüzuliAzərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.

Təbriz Musazadə 1981-ci ilin 12 avqust günündə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində Tovuz və Tariyel Musazadələrin ailəsində anadan olub.

Mayor Təbriz Musazadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu. Vi Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırıldı.

2016-cı ildə Təbriz Musazadənin ailə üzvləri tərəfindən onun, adını daşıyan Təhsil və İncəsənət Hazırlıq Məktəbi təsis edilib. Mərkəzdə, Təbriz Musazadənin xatirəsinə muzey guşəsi də yaradılıb. Muzeydə onun, şəxsi əşyaları, təltif olunduğu medallar və şəkillər sərgilənir.

VİKİPEDİYA

Реклама